Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miramax
Miramax və ya Miramax Films — 1979-cu ildə ABŞ-nin Nyu-York şəhərində Harvey və Bob Vaynşteyn qardaşları tərəfindən yaradılmış olan film istehsalı şirkətidir. 1993-cü ildə The Walt Disney Company tərəfindən satın alınana qədər böyük miqyasda müstəqil filmlər istehsal etmişdir. Şirkətin ən məşhur olan filmlərinə Scandal, Sex, lies, and videotape, Tie Me Up! Tie Me Down!, The Crying Game, My Left Foot, Reservoir Dogs, Pulp Fiction, The English Patient, Heavenly Creatures ve Shakespeare in Love filmlərini nümunə göstərmək mümkündür. 28 yanvar 2010-cu ildə The Walt Disney Company tərəfindən bağlanmışdır. 1 mart 2016-cı ildə beIN Media Group Miramax şirkətini satın aldığını elan etmişdir.
Sidama
Sidama — Efiopiyada yaşayan xalqlarından biri,sidamo dilində danışirlar. Sidamanın etnik ərazisi Efiopiyanın cənubunda, Avasa və Dilla şəhərlərin arasında yerləşir. Təxmini sayı - 3 milyon nəfərdir. Dindarların əksəriyyəti - monofizit xristiandır,qismən müsəlmandırlar. Əkinçilik və heyvandarlıqla məşğuldurlar.
Bidam
Bidam (Koreya[d] – 17 yanvar 647, Koreya[d]) – Koreyanın tarixi üç krallığından biri olan Şilada üsyan qaldırması ilə tanınır. Üsyan qaldırmazdan əvvəl, (məhkəmədə ən yüksəək vəzifə) adını aldı. Doğum taroxi və ya qazandığı nəaliyyətləri bəzi sənədlərdə tam olaraq göstərilməyib. Ancaq onun bir Sangdaedeung olmağı krallıq zadəganlarının və ya bir Jinggol-un tərkibində olduğunu göstərir. == Üsyan == Bidam 635-ci ildə Kraliça Seondeok tərfindən məhkəmənin ən yüksək vəzifəsi olan sangdeung təyin edildi. Həmin zamanlarda Kraliçanın səhhətində problemlər baş qaldırırdı və artıq vəzifəsinin öhtəsindən əvvəlki kimi gələ bilmirdi. Buna görə də işlərin çoxunu Bidama həvalə etdi. Bu ərəfədə Şila qərbdəb 40 qalanı zəbt edən Baekje və Goguryeo krallıqlarının birləşmiş güclərinin hücumuna məruz qaldı. Digər tərəfdən ,Kraliçanın gücünün artması Hwanbaek şürasının zadəgan üzvlərini narahat edirdi. Şilla yavaş-yavaş solurdu.
Binamaz Əhməd piri
Binamaz Əhməd piri — Şərur rayonunun Dəmirçi kəndində ziyarətgah. Vaxtilə pirin yerində dördkünc formalı, möhrədən tikilmiş bina olmuşdur. Hazırda bina bərpa olunmuş və daşdan tikilmişdir. İçərisində bir müsəlman qəbri vardır. Baş daşının üzərində kitabə yoxdur. Pirin içəri tərəfindəki divarlarda şam yandırmaq üçün taxçalar vardır. Bərpa zamanı pirin ön tərəfində əlavə bir bina tikilmişdir. Pirlə bağlı xalq arasında rəvayətlər vardır. Pirin ətrafından aşkar olunan keramika məmulatı və etnoqrafik materiallar onu XVI əsrə aid etməyə imkan verir.