Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balıqlı
Balıqlı (Amasiya)
Baliqli (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. == Həmçinin bax == Balıqlı Bakugöl == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Balıqlı (Amasiya)
Balıqlı və ya Zorakert — Ermənistanın Amasiya rayonunda kənd. == Tarixi == Balıqlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20–21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qədim türk dilində "sığınacaq, şəhər, qala" mə'nası bildirən balıq sözünə -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur. XIII əsrə aid mənbədə Balak, 1728-ci ilə aid arxiv sənədində İrəvan əyalətinin Dərələyəz nahiyəsində Balaklı kimi qeyd olunmuşdur.
Balıqlı (Sava)
Balıqlı (fars. بالقلو‎ , az.-əbcəd بالیقلی‎) - İranın Mərkəzi ostanının Sava şəhristanının Nobaran bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1 091 nəfər yaşayır (390 ailə).Kənd əhalisi bütünlükdə azərbaycan türklərindən ibarətdir. == Görməli yerlər == Sava bölgəsinin ən çox sulu bulağı olan Kəbir və yaxud Balıqlı bulağı bu kənddə yerləşir ki il boyunda çox sayda turisti özünə cəzb edir.Bulağın suyu sərt daşlar arasından qaynayıb çıxaraq, saniyədə 70 litrə dək su verir. Bundan başqa kənddə soyu şiələrin 7-ci imamı olan Musa əl-Kazıma gedib çatan İmamzadə Nuh türbəsidə bu kənddə yerləşir.Türbə kərpiçdən tikilərək, üstü konus şəklində olan günbəz ilə , döşəməsi isə mərmər daşıyla örtülmüşdür.Türbənin tikintisi Səfəvilər imperiyasının ilk dönəmlərinə gedib çıxır.
Balıqlı (göl)
Balıqlı — Göyçə gölünə şimal-qərbdən tökülən bir çayın adı. XX əsrin 30-cu illərində çay ermənicə Dzıknaqet adlandırılmışdır. Çayın adı onda balığın bolluğu ilə əlaqədardır. == Həmçinin bax == Balıqlı Bakugöl == Ədəbiyyat == Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Balıqlı məscidi
Balıqlı məscidi — Amasiya rayonunun Balıqlı kəndinin məscidi
Amazon yaşıl balıqçılı
Amazon yaşıl balıqçılı (lat. Chloroceryle amazona) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Köhnə Balıqlı (Bakalı)
Köhnə Balıqlı (başq. Иҫке Балыҡлы, rus. Старые Балыклы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Axman kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 5 km, kənd sovetliyindən (Axman): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 67 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (94 %), kryaşenlər (34 %) üstünlük təşkil edir.
Yeni Balıqlı (Bakalı)
Yeni Balıqlı (başq. Яңы Останков, rus. Яңы Балыҡлы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Bakalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 7 km, kənd sovetliyindən (Bakalı): 7 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 80 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (44%), kryaşlar (44%) üstünlük təşkil edir.