Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Masson
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Dance Passion
Dance Passion – Roxette qruppunun Pearls of Passion albomun remiks albomudur.
Leandro Bassano
Leandro Bassano (doğum 10 iyun 1557-ci il, Venesiya - ölüm 15 aprel 1622-ci il, Venesiya) Leandro dal Ponte adı ilə də tanınan Bassano del Grappadan olan italyan rəssam. Adlarını şəhərlərinin adından götürən Yasopo Bassanonun üçüncü oğlu, Fransesko Bassanonun isə kiçik qardaşıdır. Leandro atasının emalatxanasında öz qardaşı ilə öyrənməyə başlamışdı, amma Fransesko Venesiyada sex açdıqdan sonra Leandro emalatxananı ələ keçirdi. Leandro atasının dini işlər ənənəsini davam etdirirdi, bununla yanaşı, o, yaxşı portret rəssamı kimi də tanınmışdı. 1575-ci ildə Leandro qardaşının Venesiyaya köçməsi ilə atasının əsas köməkçisi oldu. Leandronun emalatxanada işi davam etdirməsi atasının arzusu idi. Atasının ölümündən və qardaşı Franseskonun intiharından sonra Leanrdo Venesiyada emalatxananı ələ keçirdi. Orada o, Tintoretto üslubunda işləyərək uğurlu portretçi oldu. Leandro öz üslubunu təkmilləşdirirdi. Onun uğuru Venesiyada əhəmiyyətli dərəcədə artmışdı.
Besson (kommuna)
Besson (fr. Besson) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03026. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 797 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 511 nəfər (15-64 yaş) arasında 386 nəfər iqtisadi cəhətdən, 125 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.5%, 1999-cu ildə 73.9%). Fəal olan 386 nəfərdən 361 nəfər (190 kişi və 171 qadın), 25 nəfər işsiz (8 kişi və 17 qadın) idi.
Felisiti Passon
Lyuk Besson
Lük Besson (fr. Luc Paul Maurice Besson; 18 mart 1959[…], Paris) — Fransa rejissoru. == Həyatı == Lük Bessonun uşaqlıq arzusu delfinlər üzrə mütəxəssis olmaq idi. Amma bədbəxt bir hadisə nəticəsində fiziki imkanları məhdudlaşır və bu səbəbdən o, arzusuna çata bilmir və mehrini kino sənətinə salır. Tanınmış fransız rejissoru və prodüseri Lük Besson böyük kinoya rejissor assistenti kimi gəlir. "Axırdan ikinci" debüt filmi uğurlu alınır və Bessonu ikinci "Yeni dalğa" cərəyanına aid edirlər.
Lük Besson
Lük Besson (fr. Luc Paul Maurice Besson; 18 mart 1959[…], Paris) — Fransa rejissoru. == Həyatı == Lük Bessonun uşaqlıq arzusu delfinlər üzrə mütəxəssis olmaq idi. Amma bədbəxt bir hadisə nəticəsində fiziki imkanları məhdudlaşır və bu səbəbdən o, arzusuna çata bilmir və mehrini kino sənətinə salır. Tanınmış fransız rejissoru və prodüseri Lük Besson böyük kinoya rejissor assistenti kimi gəlir. "Axırdan ikinci" debüt filmi uğurlu alınır və Bessonu ikinci "Yeni dalğa" cərəyanına aid edirlər.
Mixail Masson
Mixail Yevgeniyeviç Masson (21 noyabr (3 dekabr) 1897, Sankt-Peterburq – 2 oktyabr 1986, Daşkənd) — SSRİ arxeoloqu, pedaqoq, tarix elmləri doktoru, professor, Türkmənistan EA-nın akademiki. == Həyatı == Mixail Masson 4 dekabr 1897-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. O, anası ilə bərabər Səmərqənd şəhərində yaşamışdı. Burada da kişi gimnaziyasını bitirmişdi. Mixail Masson 2 oktyabr 1986-cı ildə Daşkənd şəhərində vəfat edib. == Ekspedisiyaları == M. E. Massonun və V. M. Massonun arxeoloji qazıntılarının əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Onların apardıqları tədqiqatlar nəticəsində Türkmənistan, Özbəkistan və Cənubi Qazaxıstan ərazilərində erken orta əsrlərə aid çoxlu pullar, silahlar və başqa maddi mədəniyyət nümunələri aşkara çıxarılmış, həmin əsrlərdə yaşamış əhalinin Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri araşdırılmışdır. Qazaxıstan və Altayda erkən orta əsrlərə aid qədim abidələrin bir növü elmdə "balbal" adlanan daş kişi heykəlləridir. Eranın VIII–IX əsrlərinə aid bu heykəllər Altaydan Volqaboyuna qədər geniş bir ərazidə tapılmışdır. Tədqiqatçıların yekdil fıkri belədir ki, bu heykəllər türkdilli tayfalara aiddir və döyüşlərdə həlak olmuş igidlərin qəbirlərinin üzərinə qoyulmuş abidələrdir.
Pearls of Passion
Pearls of Passion — Roxette qruppunun debut albomudur. 1997-də albomun bonus-treklər ilə yeni versiya çıxdı.
Suzan Basso
Suzan Marqaret Basso (15 may 1954, Skenektadi[d], Nyu-York ştatı – 5 fevral 2014, Hantsvill[d], Texas) — 1998-ci ilin avqustunda həyat siğortası pulu üçün öldürülən əqli qüsurlu Lui “Buddi” Mussonun işğəncə və qətlində mühakimə olunan 6 müttəhimdən biri olan amerikalı qadın. O, 1999-cu ilin oktyabrında ölüm hökmünə məhkum edildi. Basso 5 fevral 2014-cü ildə ölümcül inyeksiya ilə edam edildi. Edamından əvvəl Basso dövlətin ölüm sırasında olan qadın məhkumlarının hamısının həbs olunduğu yer olan Texas ştatının Qeytsvill şəhərindəki Mountain View şöbəsində saxlanıldı. Cinayət baş verən zaman Basso Texas ştatının Hasinto şəhərindəki Hyuston şəhərətrafı qəsəbəsində yaşayırdı. == Qurban == Buddi Musso əvvəllər evli idi və 1980-ci ildə xərçəngdən ölən həyat yoldaşı ilə bir oğlu var idi. 1997-ci ildə Musso Nyu-York şəhəri yaxınlığındakı Nyu-Cersi ştatında, Kliffsayd Parkda bir evdə yaşayırdı və “Shop-Rite” mağazasında çalışırdı. Musso 58 yaşında olarkən 43 yaşlı Suzan Basso ilə evinin yaxınlığındakı bir kilsənin bazarında tanış oldu. Onlar uzaq məsafəli münasibətə başladılar və o, Basso ilə Texas ştatına köçməyi planlaşdırdı. O, 14 iyun 1998-ci ildə Hyuston bölgəsinə köçdü.