Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Batalyon
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. == Motaatıcı tabor == Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Tank taboru == Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım == Rabitə taboru == Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi == Təmir taboru == Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Yenilməz batalyon
Yenilməz batalyon — Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film. == Məzmun == Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır. == Film haqqında == Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir. Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir. Film yazıçı Qılman Musayevin Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə "Qalada üsyan" romanı əsasında ekranlaşdırılmışdır. Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər. Film Şəkidə çəkilib. == Səhvlər == Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.
Batalyon (film, 2016)
Batalyon tammetrajlı sənədli filmi rejissor Nizami Abbas tərəfindən 2016-cı ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər Batalyonu haqqındadır. == Məzmun == Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəman döyüşlər aparmış əfsanəvi Tərtər Batalyonu haqqındadır. Film batalyonun keçdiyi şərəfli döyüş yolundan bəhs edir. == Film haqqında == Filmin çəkilişləri Ağdərə rayonunun işğaldan azad olunmuş ərazilərində aparılmışdır.
Bergmann xüsusi təyinatlı batalyon
Berqman — İkinci dünya müharibəsi zamanı Vermaxta tabe olan tabor. Tabor ermənilər, gürcülər və azərbaycanlılardan təşkil olunmuşdu. Tabor İkinci dünya müharibəsinin gedişində almanlara əsir düşən əsgərlərdən təşkil edilmişdi. Taborun əsası azərbaycanlı və erməni əsgərlədən ibarət idi. Sonderverband Bergmann 1941-ci ilin 14 noyabrında Aşağı Sileziyanın Vehrau kəndində yaradılmışdır. Sonralar tabor Vermaxta tabe olan Ahuverin tabeliyinə keçmişdir. Taborda az sayıda tatar əsgələri də vardı. 1942-ci ildə Fransada hitler tərəfdarı bir qrup qafqazlı döyüşcü, könüllü olaraq tabora qoşulmuşdur. Bergmann taboru Teodor Oberlanderin rəhbərlik etdiyi Bau-Lehr z.b. V 800 adlı hərbi birləşmənin tərkibinə qatılmışdır.
Yenilməz batalyon (film, 1965)
Yenilməz batalyon — Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film. == Məzmun == Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır. == Film haqqında == Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir. Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir. Film yazıçı Qılman Musayevin Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə "Qalada üsyan" romanı əsasında ekranlaşdırılmışdır. Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər. Film Şəkidə çəkilib. == Səhvlər == Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.
772 saylı Xüsusi Təyinatlı batalyon
772 saylı Xüsusi Təyinatlı batalyon — Birinci Qarabağ müharibəsində uğurlu əməliyyatları olan, lakin gizli saxlanılan xüsusi təyinatlı batalyon. == Yaradılması == 772 saylı batalyonun yaradılması təşəbbüsü 1992-ci il fevral ayında sadə zəvod fəhlələri olan Kazlov Vladimir və Malinov Vladimir tərəfindən irəli sürülmüşdür. Həmin ildə onlar televiziya vasitesi ilə xalqa müraciət etdilər. Çağrışlarına Bakıda yaşayan müxtəlif millətlərin nümayəndələri toplandı. Bunlar rus, ləzgi, talış, ukraynalı, tatar, yəhudi və azərbaycanlılar idi. Fevralın 25-nə qədər 125 nəfər toplanmışdı. Azərbaycanlılar arasında "əfqan" döyüşçüləri də çox idi. Onlar Əfqanıstanda xidmət keçmiş təcrübəli döyüşçülər idi. 772-ci hərbi hissə reyd dəstəsi formasında yaradılmışdı. Komanda mart ayının 17-si 128 nəfərlik tərkiblə Müdafiə Nazirliyi tərəfindən təsdiq edildi.
Yenilməz Batalyon (Teymurun Mahnısı) (mahnı)
Yenilməz Batalyon (Teymurun Mahnısı) - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri Qılman İlkinə, bəstə Cahangir Cahangirova, aranjemanı isə Qara Dərvişə aiddir.