Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayburdlu oymağı
Bayburdlu oymağı — Cənubi Azərbaycanın bölgələrindən biri olan Qaradağ vilayətində yaşamış olan türk tayfalarından biri. == Tarixi == Tayfanın adından bəlli olur ki, onlar ilk öncə Şərqi Anadoluda, Ərzurumdan şimal-qərbdə yerləşən Bayburd köçüb bu bölgəyə gəlmişdirlər. Bu tayfa Səfəvi imperiyasını yaradan Qızılbaş tayfalarından biri olmuşdur. Bu tayfanın başçısı olan Qaraca İlyas Bayburdlu I Şah İsmayılın Ağqoyunlu hökmdarı Əlvənd Mirzə ilə döyüşdüyü Şərur döyüşündə iştirak etmiş, Qızılbaş ordusunun komandanlarından biri kimi olmuşdur. Bu döyüşdə I İsmayıl Əlvənd Mirzəni darmadağın etmiş və bir qədər sonra Təbrizə daxil olaraq özünü şah elan etmişdir. I Şah İsmayıl və oğlu I Şah Təhmasib (1524-1576) hakimiyyət illərində Bayburdlu eli Osmanlı sınır-sərhədlərində uc gözətçisi idi. Çuxursəd əyalətinin Şuragil mahalı bu el başçısının tiyul mülkü idi. Qaraxan bəy Bayburdlunun başçılığı ilə bayburdlular Çuxursəddən köçüb Azərbaycana – Qaradağ vilayətinə gəldilər. Onlar Qaradağ və Savalan arasında yerləşən kəndlərdə sakin oldular. Qaraxan bəy və başqa böyüklər Əhər şəhərinə yerləşdilər.