I BOY (insanın, heyvanın və s.-nin bədən quruluşu) Boyun sürahidir, bədənin büllur; Gərdənin çəkilmiş minadan, Pəri (M.P.Vaqif); BAZBURUD (dan.) Yəhyanın dili gödək olacaq, “Nə bilim” deyəcək, – bazburuduna inandım (Mir Cəlal); BİÇİM [Bədircahan:] ..bu biçimdə mən ömrümdə adam görməmişəm (N.Vəzirov); BOY-BUXUN Səməd... Nadirin boy-buxununa baxırdı (B.Talıblı); ƏNDAM (kl.əd.) Bunların şirin ləhcələri... mütənasib əndamları və alıcı, xumar gözləri vardır (M.S.Ordubadi); QAMƏT Bahadır ilkiydi Rüstəm kişinin; Qamətdə, cüssədə sanki özüydü (B.Vahabzadə); QAVARA (məh.) Hacı Nuru şair: Əgər qatırçılıq etsəydin, bu qavara və zor ilə ildə yüz əlli manata pul deməzdin (M.F.Axundzadə); QƏDD Zorbadı hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sənin (M.Ə.Sabir).
II boy bax fəsil 2