Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gorilla beringei beringei
Şərq dağ qorillası və ya Dağ qorillası (lat. Gorilla beringei beringei) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə, Şərq qorillası növünə aid olan yarımnöv. Növ adı alman zabiti Fridrix Robert fon Berinqenin (1865–1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Yarımnöv nəsli kəsilmək ərəfəsindədir. 2012-ci il məlumatına görə onların sayı 880 başı keçmir. == Areal == Dağ qorillaları Mərkəsi Afrikanın Böyük Rift Dərəsi rayonunda yayılmışdır. Onlar 6 sönmüş vulkanın ətəklərində, 40 km uzunluğa və 3–19 km enə, 2200–4300 metr hündürlüyə malik ərazidə yayılmışlar. Cəmi iki iri olmayan populyasiya mövcuddur. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır.
Gorilla beringei
Şərq qorillası (lat. Gorilla beringei) — xullar fəsiləsinin qorilla cinsinə aid heyvan növü. Növ alman zabiti Fridrix Robert fon Berinqenin (1865—1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. == Təsnifat == Şərq qorillası iki yarımnövə bölünür: Gorilla beringei beringei Matschie, 1903 — Şərq dağ qorillası. Populyasiyanın sayı 700 başdır. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır. Gorilla beringei graueri Matschie, 1914 — Şərq düzənlik qorillası. Az təhlükədə olan yarımnövdür. Populyasiyanın sayı 5 min baş olaraq qiymətləndirilir.
Fringe (teleserial)
Fringe — Cefri Ceykob Abrams, Aleks Kurtzman və Roberto Orci tərəfindən ssenariləşdirilən Amerika elm-fantastik teleserialıdır. Serialda Dövlət Təhlükəsizlik Təşkilatı (Department of Homeland Security) nəzarəti altındakı FBI-ın bir qolu olan və Boston, Massaçusets mərkəzli Fringe Bölümü izah edilməkdədir. Fringe komandası qorxunc və bütün dünyaya təsir göstərə biləcək açıqlana bilinməyən hadisələri üzə çıxarmaq üçün görülməmiş elmi üsullardan və FBI istintaq üsullarından yararlanmaqdadır. Teleserialın yaranmasında, "Lost", "The x-files", "Altered States" və "The Twilight Zone" teleseriallarından ilham alınmışdır. Teleserialın premyerası Şimali Amerikada Fox Yayım Şirkəti tərəfindən 19 avqust 2008-ci ildə keçirilmişdir. Fringe serialı Foxun Remote-Free TV təşəbbüsünün bir hissəsi olmuşdur. Serial televiziyalardakı digər dramlara görə daha uzun çəkmişdir. Reklamlar üçün verilən ara serialın müddətini 6 dəqiqə daha uzatmışdır. Serial reklam arası verəndə ekranda reklamların nə qədər davam edəcəyini göstərən bir yazı çıxır. 1 oktyabr 2008-ci ildə serialın birinci mövsümü 22 bölümə yüksəldildi.
Emil von Behring
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı == Həyatı == 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Emil Adolf von Behring

Berinq
== Şəxslər ==
Xristianlıqda təfriqə
Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir. Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur. == Xalkedon parçalanması (monofizit-diafizit) == 451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir.
Berinq (dəqiqləşdirmə)
== Şəxslər ==
Berinq adası
Berinq adası — Komandor adalarının tərkibinə daxil olan ən iri ada. Kamçatka yarımadasından Kamçatka boğazı ilə ayrılır. Boğaz Sakit okeanı ilə Berinq dənizini birləşdirilir. İnzibati cəhətdən Rusiyanın Kamçatka diyarının Aleut rayonu ərazisinə daxildir. Adada Vitus Berinqin qəbri yerləşir. == Xüsusiyyətləri == Berinq adası bir necə on kilometrlərlə aralıda yerləşən Mednı adasından Admiral Kuzneçov boğazı ilə ayrılır. Adanın uzunluğu 90 km, eni 24 km təşkil edir. Komandor adalarına daxil olan digər adalar kimi Berinq adasıda sualtı silsilələrlə Alyaska yarımadasına qədər uzanır. == Əhalisi == Adada yegahə yaşayım məntəqəsi Nikolskoye kəndidir. 2005-ci il məlumatına görə adada 752 nəfər yaşayır.
Berinq boğazı
Berinq boğazı (bering) — Çukot dənizi ilə Berinq dənizini bir-birinə bağlayır. Berinq boğazı, Asiyanın ən şərq nöqtəsi (169 ° 44 'W) ilə Amerikanın ən qərb nöqtəsi (168 ° 05' W) arasında bir boğazdır. Rusiya ilə ABŞ (Alyaska) arasında coğrafi bir sərhəd mövqeyində olması ilə birlikdə Amerika və Asiya qitələrinin bir-birinə ən yaxın olduğu yerdir. Boğaz təxminən 83 km genişliyində, 30–50 m dərinliyində olub şimalındakı Çukot dənizi (Şimal Buzlu okean) ilə cənubundakı Berinq dənizini (Sakit Okean) bir-birinə bağlayır. 1648-ci ildə Semyon Dejnev tərəfindən keçildiyi qəbul edilməsinə baxmayaraq, adını boğazı 1728-ci ildə keçən Rus əsilli Danimarkalı səyyah Vitus Berinqdən almışdır. Buzlaq dövründə boğazın bir quru körpü rolu oynadığı məlumdur. Bəzi elm adamları, bu çağlarda suların böyük hissəsinin buza çevrilərək dəniz səviyyəsini saldığına və daha çox quru parçasını göz önünə çıxardığına inanır; bəziləri də boğazın tamamilə donduğunu, beləliklə insanlarla heyvanların üzərindən keçməsinin mümkün olduğuna inanır. == Mənbə == PBS Video of St.
Berinq burnu
Berinq burnu (çuk. Энмыльын, esk. Ынмылин) — Çukot yarımadası şərq sahillərində yerləşən, Berinq dənizinin suları yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar Rayonunun Providenski rayonu ərazisinə daxildir. Anadır körfəzinin şimal-şərqində qərarlaşır. 402 metr hündürlüyə malikdir. 2,5 km aralıda isə Enmelen kəndi yerləşir. Çukca dilində çuk. Энмыльын — «Qayalı» mənasını verir. Burun ilk dəfə Fyodor Litkenin 1828-ci ildə təkil etdiyi dövrü aləm səyahəti zamanı kəşf edilmişdir.
Berinq dənizi
Berinq dənizi — Sakit okeanın şimalında və Avrasiyanın şimal şərqində yerləşən materik kənarı dənizdir. Sakit okeanından cənubda Aleut adaları və Komandor adaları ilə ayrılır. Şimalda Şahzadə Uels burnu və Müqəddəs Lourens adası yerləşir. Berinq boğazı bu dənizi Çukot dəniziylə və Şimal Buzlu okeanıyla birləşdirir. Berinq dənizi Rusiyanın və ABŞ-nin sahillərini yuyur. == Tədqiqatın tarixi == Dəniz – dəniz səyyahı Vitus Berinqin şərəfinə adlandırılmışdır. XVIII əsrin Rusiya xəritələrində dəniz Kamçatka və ya Qunduz dənizi adlanırdı. İlk dəfə Berinq dənizi adı XIX əsrin başlanğıcında fransız coğrafiyaçısı Ş. P. Flioren tərəfindən təklif edilmişdi, ancaq beynəlxalq aləmdə yalnız 1818-ci ildə rus dəniz səyyahı V. M. Qolovnin tərəfindən daxil edilmişdi. == Fiziki-coğrafi vəziyyət == Sahəsi 2,315 milyon kv. kilometrdir.
Berinq qarabatdağı
Berinq qarabatdağı (lat. Phalacrocorax pelagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Vitus Berinq
Vitus Berinq — Danimarkalı səyyah. Vitus Berinq, Rusiya Dəniz Donamasında xidmət etmişdir. Xidmət müddətində İvan İvanoviç adı ilə tanınırdı. Berinq, Alyaska ərazisinə ekspedisiya təşkil etmiş ilk səyyahlardan hesab olunur. Gəmilərlə səfər çıxan berinq, Alyaska yaxınlığında yerləşən adada vəfat etmişdir. Sonradan vəfat etdiyi ada Berinq adası adlandırılmışdır. ABŞ və Rusiyanı bir-birindən ayıran Berinq boğazı da səyyahın adına adlandırılmışdır. == Ədəbiyyat == Berq L. S. Otkrıtie Kamçatki i gkspediüii Berinqa. 1725–1742. M.; L., 1946; İstoriçeskie pamətniki vtoroy Kamçatskoy gkspediüii.
Xelen Berinq
Xelen Berinq (d. 27 iyul 1964) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Xelen Berinq, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Anders Berinq Breyvik
Anders Berinq Breyvik (norv. Anders Behring Breivik; 13 fevral 1979) — Norveçli ekstremist və terrorçu. 22 iyul 2011-ci ildə Norveçin paytaxtı Osloda bomba partlayışı və hakimiyyətdəki Əmək partiyasının Ütöya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına qarşı həyata keçirdiyi silahlı hücum nəticəsində 77 nəfəri öldürməkdə və 97 nəfəri yaralamaqda ittiham edilir. Cinayətləri etiraf etsə də, özünü təqsirkar kimi qəbul etmir. Xristianlığın lüteran cərəyanına etiqad edir.
Berinq boğazı tuneli
Berinq boğazı tuneli - Avrasiyanı Şimali Amerika ilə birləşdirəcək tunel. Tunel Berinq boğazının dibindən keçərək ABŞ-ni Rusiya ilə birləşdirəcək. 22 avqust 2011 tarixində Rusiya tunelin inşasına dəstək verəcəyini bildirib. Nyu-Yorkdan başlayıb Asiya və Avropanı keçərək Londonda sona çatacaq bu nəqliyyat layihəsinin ümumi dəyərinin 60 milyard dollar olduğu bildirilir. 106 kilometr uzunluğunda tunelin inşası ilə qlobal nəqliyyatın yüzdə üçü buradan keçəcək və illik qazanc 7 milyard olacaq. Dünyanın ən uzun dəmir yolu xətti layihəsi olaraq təyin olunan tuneldən sərnişin və yük daşınması həyata keçiriləcək. Rusiyanın şimalındakı Böyük Diomed adasından ABŞ-nin Kiçik Diomed adası arasında tikiləcək tunelin çatışmayan cəhəti Alyaskada dəmir yol xəttinin olmamasıdır. Bu layihə 100 ildir ki, Rusiyanın gündəliyindədir. İlk dəfə 1905-ci ildə çar II Nikolay bu ideyanı irəli sürüb. I dünya müharibəsinin başlanması bu ideyanı həyata keçirməyə imkan verməyib.
Emil fon Berinq
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı == Həyatı == 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Əfrində itkin düşmüş qadınlar
Əfrində itkin düşmüş qadınlar — 2018-ci ilin mart ayında Suriya Milli Ordusu və Türkiyə Silahlı Qüvvələri tərəfindən Əfrinin ələ keçirilməsindən sonra itkin düşmüş qadınlar. O dövrdən bəri 173-dən çox qadın və qızın qaçırıldığı, onlardan 109-nun hələ də itkin düşdüyünə dair çoxsaylı xəbərlər ortaya çıxmışdır. Bu keyslərin təxminən 30-da işgəncə və cinsi zorakılıq iddiaları olmuşdur. Müxtəlif mənbələr Suriya Milli Ordusu və Türkiyə Silahlı Qüvvələrinin üzvləri tərəfindən girov götürmə, işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar, habelə seksual və genderə əsaslanan zorakılıq kimi müharibə cinayətlərinin törədilməsi ehtimalını göstərir. Buna baxmayaraq, bu ittihamlarla bağlı heç bir hökm çıxarılmamışdır. Suriya Ərəb Respublikasının hesabatı üzrə Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası qadın və qızların Suriya Milli Ordusu döyüşçüləri tərəfindən təcavüz, zorlama və cinsi zorakılığa məruz qalması, nəticədə həm fərdi, həm də icma səviyyələrində ağır fiziki və psixoloji zərər əldə etməsi məqsədilə saxlanıldığını göstərən sübutlar tapmışdır. Nəticədə, Təl-Əbyəzdən olan bəzi ailələr zorlama və cinsi zorakılıq riski ilə bağlı narahatlıqlar səbəbindən evlərinə qayıtmamağı seçmişdilər. Bundan əlavə, Suriya Milli Ordusunun Hərbi Polis zabitlərinin kişi məhbusları alçaltmaq, etiraflar almaq və qorxu aşılamaq vasitəsi kimi bir azyaşlının zorlanmasına şahidlik etməyə məcbur qoyulduğu barədə məlumatlar var. Hadisə şahidinin sözlərinə görə, ilk gün müəssisədə Türkiyə rəsmiləri olmuşdu. 2019-cu ildən bəri Əfrin və Rəsulayn bölgələrində kürd qadınların Suriya Milli Ordusu briqadalarının üzvləri tərəfindən qaçırılma, işgəncə və zorlama təhdidləri ilə üzləşdiyi barədə xəbərlər ortaya çıxmışdır.
Bristol körfəzi (Berinq dənizi)
Bristol körfəzi (ing. Bristol Bay) — Berinq dənizində Alyaska yarımadasının cənub-qərbində yerləşir. Körfəz 320 km materikin daxilinə daxil olur. Ən enli yeri 480 km təşkil edir. Körfəzin dərinliyi 27–84 metrdir. Bu isə körfəzə yalnız balıqçı gəmiıərinin daxil olmasına imkan verir. Körfəzə Toqinak, Nuşaqan, Kviçak və Uqaşık çayları axır. Noyabrdan mart-aprel aylarına qədər üzəri buzla örtülü olur. Qabarma və çəkilmənin hündürlüyü 3,7 metr təşkil edir. Sularında çoxlu sayda balıqlar olur.
Emil Adolf fon Berinq