Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brüs Benner
Halk (ing. Hulk) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılmış xəyalı super qəhrəman. 1962-ci ildə Sten Li və Cek Kyorbi tərəfindən yaradılmış və həmin ilin mayında "İnanılmaz Halk" komiksinin ilk sayında peyda olmuşdur. "Qisasçılar" komiksinin ilk sayında komandanın qurucu üzvləri arasında da yer almışdır. Ən məşhur ifadəsi "Halk əzər!!!" (ing. Hulk Smash!!!) ifadəsidir. == Bioqrafiya == === İlk illəri === Brayan və həyat yoldaşı Rebekka Bennerin yeganə övladı kimi Ohayo ştatının Dayton şəhərində anadan olmuşdur. Brüs tez-tez içki qəbul edərək sərxoş olan atası tərəfindən döyülərək pis uşaqlıq keçirmişdir. Atası yenə onu döymək istəyərkən anası onu qorumaq istəmiş, amma Brayan onu öldürmüşdür. Atası müalicə üçün bir instituta yerləşdirilmişdir və Brüsə xalası baxmışdır.
Həsən Əbdüləzimov (legioner)
Həsən Əbdüləzimov – Faşist Almaniyası dövründə almanların təşkil etdiyi Azərbaycan legionları tərkibində vuruşmuş sərkərdələrdən biri Həsən Əbdüləzimov legioner kimi vuruşarkən kapitan rütbəsində II tabur komandiri vəzifəsini yerinə yetirmişdir. Sənədlərdə əslən Naxçıvanlı olması ilə bağlı məlumatlar əksini tapmışdır. Sonradan almanlara qarşı çıxdığına görə almanlar tərəfindən 1943-cü il oktyabrın 8-də Krımda Sultanovka kəndində qətlə yetirilmiş 9 nəfər legionerdən biridir. == Mənbə == Yaqublu N. Azərbaycan legionerləri. Bakı: “Çıraq”, 2005, 336 səh.
GMTA (Böyük beyinlər eyni düşünür)
GMTA (Böyük beyinlər eyni düşünür) - GMTA (ing. Great minds think alike, ru. Великие умы мыслят одинаково) – elektron poçtda, telekonfranslarda və gap-forumlarda qəbul olunmuş abreviatur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.