Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Behbudəli ağa Cavanşir
Behbudəli ağa İbrahimxəlil ağa oğlu Sarıcalı-Cavanşir (1695, Arazbar – 1767, Şuşa) — Qarabağ bəyi, sərkərdə. Pənahəli xanla Fəzləli ağanın qardaşı. == Həyatı == Bеhbudəli ağa İbrahimxəlil ağa oğlu 1695-ci ildə Sarıcalı obasının yerləşdiyi Arazbarda Qarabağın zadəgan ailələrindən biri olan Cavanşirlər ailəsində dünyaya gəlmişdir. Onun atası İbrahimxəlil ağa Sarıcalı tayfasının başçısı olmaqla birlikdə, həm də Arazbarinin hakimi olmuşdur. Mirzə Camal Cavanşirə görə, Osmanlı dövlətinin Qarabağdan qovulması ilə yadda qalan (1735) prosesdə Nadir xan Cavanşir tayfasından olan sərkərdələrdən yararlanmışdır. Bu sərkərdələr gələcəkdə Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanla Behbudəli ağa idi. Osmanlı ilə olan döyüşlərdə Qarabağdan olan döyüşçülər də fəal iştirak etmişdir. Bu xidmətlərinə görə Nadir xan Pənahəli xanı özünün komandanlarından biri, Behbudəlini isə mərasimlər üzrə rəhbər təyin etdi. Bu vəzifələrə olan təyinatlardan sonra hər iki şəxs sarayda Nadir xanla birlikdə yaşamaqla birbaşa onun nəzarətinə daxil oldular. 1736-cı ildə özünü şah elanedən Nadirin hakimiyyətini şah sülaləsində yalnız Səfəvi ailəsindən kimsə otura bilər iddiasiyla Cavanşir, Otuzikilər və Kəbirlilər tanımadılar.
Behbud Behbudlu
Behbud Rübail oğlu Behbudlu (9 sentyabr 2001, Mustafaağalı, Bərdə rayonu – 1 oktyabr 2020, Toğana, Göygöl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Behbud Behbudlu 9 sentyabr 2001-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olmuşdur. G. Qarayev adına Bərdə rayon Mustafaağalı kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Behbud Behbudlu 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Hərbi xidmət müddətində bir neçə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Behbud Behbudlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Behbud Behbudlu 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Göygöl rayonunun Toğanalı kəndində "Canavar sol" döyüş mövqeyi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Behbud Behbudlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Behbud Behbudlu ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Behbud Behbudlu ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Mahmud xoca Behbudi
Mahmud xoca Behbudi(1875-1919) — Özbəkistan ziyalısı, Cədidizmin öndərlərindən. == Həyatı == Rusiya İmperiyasının ən son işğal etdiyi bölgələr Türküstanın Səmərqənd və Buxara bölgələri oldu. Yeni işğal altına düşən bölgələrin əhalisi Rusiyanın qanun-qaydalarına heç də asanlıqla tabe olmaq istəmirdi. Əsarətə qarşı sərt və qəti mübarizə aparanların sayı az olsa da, əhalinin böyük bir qismi gizli müxalifətdə idi. Xalqı əsarətdən qurtarmaq istəyənlər isə fərqli mübarizə yolları seçmişdilər. Kimisi açıq silahlı müqavimət təklif edirdisə, kimisi orta əsir idarəçiliyini geri qaytarmaq istəyir, xalqın döyüş ruhunu özünə qaytarmağa çalışır, islam dinindəki cihadı təbliğ edirdi. Ziyalıların bir qismi isə xalqı maarifləndirməyi, sonra azadlıq mübarizəsinə qaldırmağı düşünürdü. Mahmud xoca Behbudi dindar bir ailədə doğulsa da, soykökü Əhməd Yəsəviyə bağlansa da o cihadın deyil, maarifçiliyin tərəfdarlarından idi. Müfti ailəsində doğulan, necə deyərlər Yəsəvi dərvişlərinin arasında böyüyən Mahmud gələcəyin ən öndə gedən maarifçilərindən- cədidçilərindən olmuş, həyatını da əqidəsi yolunda qurban vermişdir. 1875-ci il yanvarın 20-də Səmərqənd yaxınlığındakı Baxşıtəpə kəndində anadan olan Mahmud ilk təhsilini evdə atasından almışdır.