Balizadə Mustafa Əfəndi
Balizadə Mustafa Əfəndi (Bosniya və Herseqovina – dekabr 1662, Konstantinopol) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı.
== Həyatı ==
Əslən Kastamonulu olan Mustafa Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası Bali Əfəndi məhəllə mollası idi. İlk təhsilini atasından aldıqdan sonra şeyxülislam Xocazadə Mehmed Əfəndinin tələbəsi oldu və dini təhsilini burada başa vurdu. Ardından 1615-ci ilin iyununda müdərrisliyə keçdi və 1631-ci ilin iyununa qədər İstanbulun müxtəlif mədrəsələrində fəaliyyət göstərdi.
Daha sonra qazılığa yüksəldi və 1632-ci ilin iyulunda Mədinə qazısı oldu. 2 il burada xidmət etdikdən sonra paytaxta qayıtdı (iyul 1635). 4 il dövlət vəzifələrindən uzaq qaldıqdan sonra 1639-cu ilin mayında Üsküdar qazısı təyin olundu. 2 il bu vəzifədə qaldıqdan sonra bir müddət vəzifə gözlədi və 1647-ci ilin aprelində Bursa və Qalata qazısı təyin olundu. 5 ay bu vəzifədə qaldıqdan sonra 1648-ci ilin aprelində Rumeli başqazısı oldu və 3 ay sonra təqaüdə ayrıldı.