Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qoca-Əbilxeyr xan
Kart-Əbülxair Xan ( 1687 - 1730 ) — Böyük Sifət xanı ( 1717 - 1730 ). == Bioqrafiya == Əbülxeyr 1687-ci ildə anadan olub . Əbülxeyr gənc ikən atası Aytək Sultanın ölümündən sonra o, kiçik qardaşı Yolbarislə birlikdə Abdolla Binin əlində idi. Cunqar istilasından sonra Abdullahi Bi öldü. Əbilxeyr və Yolbarış 1710-cu ildə keçirilən Qaraqum yığıncağında iştirak etdilər. 1715-ci ildə Tauke xan getdi və Orta Yüz xanı oldu. Əbülxeyr və onun kiçik qardaşı Yolbaris taxtda oturmaq istəyirlər. Amma Küsrau sultanın oğlu Xəyib oturur. 1717-ci ildə Ayagöz döyüşündə Ulu Yüz xanı Tursin həlak oldu. Əbülxeyr Böyük Yüzün növbəti xanı olacaq .
Bilqeys
Bilqeys Zişərh qızi, Səba məlikəsi və ya Makida – hazırkı Efiopiya və ya Yəmənin ərazisində mövcud olduğu guman edilən tarixi Səba Krallığının (İbricə Sh'va və ya Səba שבא, Ərəbcə Səba və ya Səba سبأ, Amhar dilində: ሳባ) hökmdarıdır. Müasir arxeologiyaya görə bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır. == İslama görə == Nəml surəsində 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bilqeys" olaraq adlandırılır. Bilqeys haqqında Quran və Əhdi-Ətiq rəvayətləri bir-birinə çox bənzəyir.
Bulxer
Bulxer, Bəlqər — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Bulxeyir, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətiriin icmal dəftəri"ndə Əbülxeyir, Bulxeyir, Qafqazın 5 verstlik xəritəsində Blxer formalarında qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Plxer, Bulxayır kimi də göstərilir. Sarmatiyada yaşayan xalqlardan birinin adı bulxi olmuşdur. Bu qənaətə gəlmək olar ki, bulxi etnoniminə türk dilində "igid, qoçaq"mənasında işlənən ər sözünün qoşulması əsasında bulxer etnonimi yaranmışdır. Fikrimizcə, bulxer bulqar etnoniminin fonetik variantıdır. Xəzər, salar, toxar, quqar və s. türk etnonimləri də həmin konstruksiya əsasında formalaşmışdır. Belə qənaətə gəlirik ki, toponim bulxer etnonimindən əmələ gəlmişdir.
Əbülxeyr xan
Əbülxeyr xan (özb. Abulxayrxon) — Şeybanilər sülaləsindən Özbək xanlığının əsasını qoymuş xan. == Həyatı == 1411/1412-ci ildə Dövlətşeyx sultanın ailəsində doğulmuşdu. Əslən Çingiz xanın nəvəsi Şeyban xanın nəslindən idi. Gəncliyində Şeybani ulusunun rəhbəri Cumaduk xanın ordusunda sol cinah komandiri idi. Hələ 1427-ci ildə Cumaduk xan Noqay Ordasının əmiri Yedigeyin oğlu Qazi bəy tərəfindən öldürüləndə noqaylar tərəfindən əsir alınmış, daha sonra isə azad edilmişdi. == Hakimiyyəti == Azad edildikdən sonra 1428-ci ildə Sibir xanlığını işğal edərək Tümen və Tura çayı arasındakı bölgəyə nəzarət etməyə başladı. 1446-cı ilədək Çimgi Tura (müasir Tümen) şəhərindən dövlətini idarə edən Əbülxeyr xan 1430-cu ildə Xarəzmi işğal etdi, buradakı Teymuri əmiri olan İbrahimi qovaraq Ürgənci ələ keçirdi. Lakin burada çox qalmayaraq həm şimaldan gələn təhlükə, həm də dözülməz istilərə görə Qazaxıstan çöllərinə qayıtdı və burada Həştərxan xanlığı ordularını məğlub etdi. 1435-ci ildə yenidən Xarəzmi, 1440-cı ildə Astrabadı qarət edən Əbülxeyr xan dövlətin sərhədlərini genişləndirirdi.
Əbu Səid Əbülxeyr
Əbu Səid Fəzlullah ibn Əbülxeyr Əhməd bin Məhəmməd əl-Meyhəni (d.967- ö. 1049)— Sufi-təkyə ənənələrini təsbit edən və qurduğu səma məclislərində oxuduğu aşiqanə rubailərlə tanınan Xorasanlı Fars sufi filosofu. == Həyatı == 7 dekabr 967-ci il tarixində Xorasanda Sərəxs ilə Əbivərd arasında olan Havran bölgəsində Meyhənə (Mihnə) qəsəbəsində doğuldu.Atası Əbülxeyr Əhməd sufilərin dostu olan və səma məclislərinə davam edən bir əttardı. Uşaqlığını Məyhənədə keçirən Əbu Səid atasıyla birlikdə getdiyi səma məclislərində təsəvvufu tanıdı. Sufi şair Əbülqasım Bişr-i Yasinin dərslərinə davam edib dil və ədəbiyyat elmlərində ondan faydalandı, şeir və təsəvvüf anlayışından da təsirləndi. Ondan öyrəndiyi şeirləri çeşidli söhbət məclislərində oxudu və bu şeirlər onun üçün ilham qaynağı oldu. Bir rəvayətə görə 30.000 beyt əzbərləmişdi. Əbu Səid fiqh, təfsir və hədis bilgisini irəlilətmək üçün Mərvə getdi. Burada Şafei fiqh alimi Əbu Abdullah Məhəmməd ibn Əhməd əl-Hazrinin (Husri, ö. 373/983 [?]) vəfatından sonra beş il Əbu Bəkir Abdullah ibn Əhməd əl-Kaffal əl-Mərvəzinin dərslərinə davam etdi.
Saira Bleyr
Saira Bleyr (ing. Saira Blair; d. 11 iyul 1996) — ABŞ siyasətçisi. Qərbi Virciniya ştatının Nümayəndələr Palatasının üzvü. == Həyatı == 11 iyul 1996-cı ildə siyasətçi ailəsində anadan olmuşdur. Atası Kreyq Bleyr Qərbi Virciniya ştatının parlamentində senatordur. Saira siyasətlə hələ məktəb illərindən maraqlanmağa başlayıb. Uşaq yaşlarından atasının siyasi kampaniyası ilə maraqlanmış və daha sonra özü də siyasətlə məşğul olmağa başlayanda atasından məsləhətlər almışdır. Qərbi Virciniya Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır. 2014-cü ildə respublikaçıların namizədi olan Saira Bleyr rəqibi - demokrat namizəd Leyn Diel üzərində qələbə çalaraq, seçicilərin səslərinin 62.69 faizini toplamış və Qərbi Virciniya ştatının Nümayəndələr Palatasına ən gənc üzv seçilmişdir.
Toni Bleyr
Entoni Çarlz Linton Bleyr (ing. Tony Blair, tam adı Entoni Çarlz Linton Bleyr, ing. Anthony Charles Lynton Blair; 6 may 1953-cü il, Edinburq, Böyük Britaniya — Böyük Britaniya Leyborist Partiyasının keçmiş lideri, Böyük Britaniyanın (1997-ci ildən 2007-ci ilədək 73-cü Baş Naziri. Britaniya leyboristləri tarixində ən çox partiya liderliyində qalmış şəxs. XX əsrdə ancaq Bler və Marqaret Tetçer üç seçki nəticəsində hakimiyyətdə qalıblar.
Əbülxeyr xan (kiçik juz)
Əbülxeyr Məhəmməd Qazi Bahadur xan (qaz. Әбілқайыр Мұхаммед Қазы бахадүр хан), həmçinin sadəcə Əbülxeyr (1693, Türkistan – 12 avqust 1748) — kiçik juz xanı. O, 1720-ci illərdə cunqarlara qarşı mübarizədə qazax milislərinə komandanlıq etmişdir. Əbülxeyr xan 1731-ci ildə Rusiya vətəndaşlığını qəbul etmiş və bu, Qazaxıstanın Rusiyaya birləşdirilməsinin başlanğıcı olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ерофеева, Ирина В. Хан Абулхаир. Полководец, правитель, политик. Алматы, Даик-Пресс, 2007, 452 с.
Seyfəddin Bilbəy
Seyfəddin Bilbəy və ya Yelbəy (II minillik – 1468) — 4 dekabr 1467-ci il tarixlərində Misirin Məmlük sultanı.
Səyfəddin Bilbəy
Seyfəddin Bilbəy və ya Yelbəy (II minillik – 1468) — 4 dekabr 1467-ci il tarixlərində Misirin Məmlük sultanı.
Biləyi açan dirsək əzələsi
== Həmçinin bax ==
Biləyi bükən dirsək əzələsi
== Həmçinin bax ==
Bardaqdan nə tökülə bilər (film, 1988)
Bardaqdan nə tökülə bilər qısametrajlı sənədli televiziya filmi rejissor M. Ağayev tərəfindən 1988-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir. == Məzmun == Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir.
Xəyallar hara gətirə bilər (film, 1998)
Xəyallar hara gətirə bilər (ing. What Dreams May Come) — Riçard Metisonun eyniadlı əsəri əsasında Vinsent Uord tərəfindən çəkilmiş fentezi-dram filmi. Film ən yaxşı vizual effektlər nominasiyasında Oskar mükafatının laureatı olmuşdu. == Məzmun == Kris və Enni tətildə olarkən tanış olurlar. Aşiq olduqdan sonra evlənirlər, vaxt keçdikcə bir oğul və bir qızları da olur. Amma bir gün hər iki övladını avtomobil qəzasında itirirlər. Enni depressiyaya düşür, Kris isə unutmağa çalışaraq pediatr peşəsinə çoxlu vaxt ayırır. Dörd il sonra Kris də avtomobil qəzasına düşərək dünyasın; dəyişir. Ruhu arvadı Enninin yanında qalır, Enni bunu hiss edir, lakin psixikası dözmür. Buna görə Kris onu tərk edir və cənnətə düşür.