Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qıvrım boruçiçəyi
Qırçiçəyi (Aralıq)
Qırçiçəyi — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Qıraçbağı kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 24 km, Aralıq qəsəbə mərkəzindən 21 km məsafədədir.
Cənub çuğundur birəciyi
Cənub çuğundur birəciyi (lat. Chaetocnema breviuscula) — Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir. == Quruluşu == Tünd metal rənglidir. Uzunluğu 1,5–2 mm-dir. == Yayılması == Kələm aqrosenozlarında geniş yayılmışdır. Azərbaycanın Şəki-Zaqatala, Quba-Xaçmaz, Abşeron, Dağlıq Qarabağ, Lənkəran-Astara zonalarında yayılmışdır. == Zərər vurması == Çuğundur əkilən təsərrüfatlar üçün qorxulu zərərvericidir. Onları əsasən kələm, turp, şəkər çuğunduru bitkilərinin üzərində görmək olar. Birəciklər aprelin əvvəllərində alaq otlarının, sonra isə mədəni bitkilərin üzərində görünür.
Qara xaççiçək birəciyi
== Quruluşu == Rəngi qara və ya metal parıltısına bənzəyir. Uzunluğu 2–3 mm-dir. Bu birəciklər nəmliyi az olan yerlərdə yaşayırlar. == Yayılması == Başqa birəciklərə nisbətən onlar respublikamızda geniş yayılmışdılar və daha çox zərər verirlər. Respublikanın Quba-Xaçmaz, Abşeron, Gəncə-Daşkəsən, Lənkəran-Astara zonalarında daha geniş yayılmışdır. == Qışlaması == Azərbaycan şəraitində onlar erkən fevralın axırı və martın əvvələrində qışlamadan çıxırlar. == Qidalanması == Qışlamadan çıxandan sonra əvvəlcə alaq otları, sonra isə mədəni bitkilərlə qidalanırlar. əlavə qidalanma hava şəraitindən asılı olaraq bir aya qədər davam edir. == Nəsilvermə == əlavə qidalanmadan sonra yumurtaqoyma və cütləşmə başlayır. Bu proses aprelin ikinci yarısından may ayına qədər davam edir.