Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Valeh Bərşadlı
Bərşadlı Valeh Əyyub oğlu (6 iyul 1927, Eyvazlı, Zəngəzur qəzası – 15 may 1999, Bakı) — general, Azərbaycanın müdafiə naziri. == Həyatı == Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir. Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, taqım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir. 1999-cu il, 15 may tarixində vəfat etmiş və məzarı Fəxri Xiyabanda yerləşir. == İstinadlar == == Xarici keçidlər == "Qarabağın görkəmli şəxsiyyətləri:Valeh Bərşadlı (1927-1999)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.).
Saru Brayli
Saru Brayli — Saroo 5 yaşında öz ailəsindən ayri düşmüş avstraliyali biznesmendir. O, avstraliyalı cütlük tərəfindən övladlığa götürülmüş və yalnız 25 ildən sonra öz bioloji anasını tapa bilmişdir. Onun həyat hekayəsi bir çox media orqanlarının xüsusilə Hindistan ve Avstraliya metbu orqanlarının diqqetini cəlb etmişdir. Onun şəxsi həyatından bəhs edən avtobioqrafik kitabı “A long way home” – Avstraliyada 2013, beynəlxalq səviyyədə isə 2014–cü ildə nəşr edilmişdir. 2016-cı ildə Nikol Kidmanın övladlığa götürdüyü anası Suu Brayli rolunu canlandırdığı “Lion” filmi bu kitabin əsasında səhnələşdirilmişdir. == Həyatı == Saru Brayli Madhya Pradeş şəhərinə qonşu olan Ganeş-Talai qəsəbəsində anadan olmuşdur. O, uşaq olarkən atası tərəfindən tərk edilən ailəsini anası böyük kasıbçılıq içərisində böyütmüşdür. İnşaatda çalışan anası ailəsini dolandırmaq üçün kifayət qədər qazana bilmir və həmçinin onları məktəbə göndərə bilmirdi. 5 yaşlı Saru ve qardaşları Quddu ve Khalu qatar stansiyalarında yemək və pul üçün dilənirdi. Qardaşı Quddu bəzən qatar vaqonlarını təmizləməklə də məşğul olurdu.