Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mühərrikli vasitə
Mühərrikli vasitə, aldığı hər hansı bir enerjini mexaniki enerjiyə çevirən vasitələrin köməyi ilə itələmədən və çəkmədən hərəkət edə bilən özüyeriyən bir nəqliyyat vasitəsidir.
Stels yerüstü vasitə
Stels yerüstü vasitələr, stels texnologiyasının tətbiq olunduğu hərbi vasitələrdir. Bir çox ölkə bu texnologiyanı özlərinin nəqliyyat vasitələrində tətbiq etmişdirlər. İsveç istehsalı olan Stridsvagn 103, aşkarlanma ehtimalını azaltmaq üçün aşağı profilli dizayn edilmişdir. Chieftain tankı, stels tank texnologiyasında ingilislərin ilk təşəbbüsü idi. Challenger 2-nin əvvəlki modellə müqayisədə daha aşağı Radara Görünmə Sahəsi təklif edən gövdəsi və qülləsi var. Digər nəqliyyat vasitələri, xüsusən də insansız yerüstü vasitələr kiçik ölçüləri səbəbindən nəzərə çarpmayan dərəcədə aşağı radar izinə sahib ola bilərlər.
İnsansız yerüstü vasitə
İnsansız yerüstü vasitə (qısaca İYV) yerüstü hərəkət edən və içində insanlar olmayan nəqliyyat vasitələrinin ümumi adıdır. İnsan varlığının uyğun olmayan, təhlükəli və ya qeyri-mümkün olduğu hallarda istifadə olunur. Uzaqdan idarəedici cihazla idarə edilən növləri olduğu kimi, sensorlar vasitəsilə özü hərəkət edə bilən tipləri də mövcuddur.
Minaya davamlı pusquya qarşı qorunan vasitə
MRAP (ing: Mine Resistant Ambush Protected), ABŞ tərəfindən hazırlanmış zirehli, minaya davamlıdır və pusquya qarşı effektiv müdafiə təmin edən döyüş maşınıdır. Yol kənarında yerləşdirilmiş bombalardan içərisindəki şəxsi heyətini qorumaq üçün “V” şəkilli bir gövdəsi olan yüksək şassili nəqliyyat vasitələri, gərgin münaqişə regionlarına belə təhlükəsiz şəkildə şəxsi heyəti çatdıra və ya şəxsi heyəti həmin yerdən çıxartmağı təmin edə bilirlər. Fərqli növləri vardır: 4x4 və 6x6. Avtomobilin çəkisi və ölçüləri nəzərə alınmaqla 3 ayrı kateqoriyaya bölünür. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunan MRAP vasitələri BMC Sanayi ve Ticaret A.Ş. və Nurol Holdinq tərəfindən istehsal olunur.