Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Roman Boçkala
Roman Boçkala (ukr. Роман Олександрович Бочкала; 3 may 1984, Canköy, Krım vilayəti[d]) — Ukraynalı jurnalist, müharibə müxbiri, ictimai xadim. == Bioqrafiya == Əslən Krımdakı Cankoy şəöhərindəndir. 17 yaşından jurnalist fəaliyyəti ilə məşquldur. Əvvəlcə qəzetdə, sonra 11-ci kanalda, sonra isə Qara Dəniz Yayım Şirkətində işləyib. Taurida Milli Universitetinin İdarəetmə fakültəsində qiyabi ali təhsil alıb. 2005-ci ildə Boçkalanın dediyinə görə, o, hücuma məruz qalıb, nəticədə onu asıb, döyüblər (topuğunun üçqat sınığı, diz sınığı, körpücük sümüyü, qabırğaların sınması) və qarda huşsuz vəziyyətdə qalıb. Həmin vaxt o, narkotik ticarəti və metal qırıntılarının qəbulu məntəqələrinin polis tərəfindən “örtülməsi” faktlarını araşdırırdı. 2007-ci ildə İnterşkolaya daxil olub, sonra 2008-ci ildə Kiyevə köçüb və İnter telekanalında işləməyə başlayıb. Müxbir kimi o, İran, Əfqanıstan, Suriya, Somali, Konqo DR, Kosovo, Livan, Ruanda, Liberiya, Misir, Cənubi Osetiya, dağlıq Abxaziya, İordaniya, Türkiyədə hərbi və mülki münaqişələri işıqlandırıb.
Çapar (tarixsəl poçtaçı)
Çapar (Farsca:چاپار) və ya Çaparlar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi. "Əhəmənlər bu növ ata "Aq Qaroy" (Yunanca: Ἀγγαρήιον) deyirlər."Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. "Çapar Xana" Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi.
Pokaçi
Pokaçi — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Ocaçi
Ocaçi (serb. Оџаци) — Serbiyanın Voyevodina muxtar bölgəsi, Qərbi Bax mahalında bir şəhər. Eyni adlı icmanın inzibati mərkəzidir. Voyevodinanın qərbində, Belqraddan 151 km məsafədə yerləşir. Şəhər çoxsaylı kiçik göllərlə əhatə olunmuşdur. Bu bölgədə ovçuluq və balıqçılıq yaxşı inkişaf etmişdir. Trans-Avropa velosiped yolu «Euro Velo 6» Ocaçinin üzərindən keçir. 31 dekabr 2011-ci il tarixinə şəhər əhalisi 8 795 nəfər təşkil etmişdir. Bunların təxminən 83%-i serblər, 3%-i macarlar, 1,5%-i isə yuqoslavlardır. == Tarixi == Şəhər haqqında ilk yazılı qeyd 1522-ci il sənədində tapılmışdır.
Alessio Bombaci
Alessio Bombaci (27 avqust 1914 – 20 yanvar 1979, Neapol) — İtalyan şərqsünası, türkoloq. Neapolda şərqşünaslıq unistutunun professoru olub. Ərəb, fars, türk dilləri və ədəbiyyatına dair əsərlərin müəllifidir. "Türk ədəbiyyatı tarixi" (1956) kitabında başqa türkdilli xalqların klassikləri ilə yanaşı, İmadəddin Nəsimi və Məhəmməd Füzulidən də ayrıca bəhs olunur. Füzulinin "Leyli və Məcnun" poemasının ingiliscə nəşrinə (1970, London) şairin həyat və yaradıcılığından bəhs olunan geniş müqəddimədə yazılmışdır. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1978, II hissə, səh. 245.
Oliviye Boskali
Oliviye Maksim Boskali (18 noyabr 1997-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Boskali Nitsa klubu ilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü 25 aprel 2015-ci ildə Renn klubuna qarşı oyunda etmişdir. O, 84 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Nitsa Rennə 2-1 hesabı ilə məğlub olmuşdur. Boskali klubda ilk qolunu 18 dekabr 2015-ci ildə Monpelye klubuna qarşı oyunda vurmuş və komandası 1-0 hesabı ilə qələbə qazanmışdır. Beləliklə Boskali 2015-16 Liqa 1 mövsümündə qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. == Milli karyerası == Boskali Monakoda anadan olmuşdur. Monako milli futbol komandası UEFA və FİFA-ya üzv olmadığı üçün Boskali Fransa millisini təmsil etmək qərarına gəlmişdir. Fransanın U-17, U-18, U-19 və U-20 gənclər millilərində çıxış etmişdir.
Süməyyə Boyacı
Süməyyə Boyacı (türk. Sümeyye Boyacı; 5 fevral 2003, Əskişəhər) — Türkiyə üzgüçü-paralimpiyaçısı. == Bioqrafiya == 5 fevral 2003-cü ildə Əskişəhərdə anadan olmuşdur. O, omba displaziyası ilə doğulub və qolları yoxdur. O, doğma şəhərində xüsusi məktəbdə oxumuş, orada ayaqları ilə yazmağı öyrənmişdir. === Rəsmlığı === Dörd yaş yarım ikən ayaqları ilə rəsm çəkməyi öyrənib. O, Aleksandr Puşkinin "Balıqçı və balıq nağılı" əsəri üçün illüstrasiya çəkib. Türkiyənin baş naziri Abdullah Gül Rusiyaya səfəri zamanı bu rəsm əsərini özü ilə aparıb. 2009-cu ilin aprelində Boyacının akvarel rəsmləri Rusiyanın paytaxtı Moskvada fərdi sərgidə nümayiş etdirilib. 2010-cu ildə Boyacının rəsmlərindən biri Rusiya prezidenti Dmitri Medvedevin həyat yoldaşı Svetlana Medvedevaya təqdim edilmişdir.