Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Viktor Bondarev
Viktor Nikolayeviç Bondarev (rus. Виктор Николаевич Бондарев; d. 7 dekabr 1959, Voronej, SSRİ) Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. 1 avqust 2015-ci il tarixindən etibarən Rusiya Aerokosmik Qüvvələrinin Komandanıdır. Bu vəzifəyə təyin olunmazdan əvvəl Rusiya Hərbi Hava Qüvvələrinin Komandanı olmuşdur. == Həyatı == Bondarevin hərbi karyerası 1977-ci ildə Sovet Hərbi Hava Qüvvələrinə qoşulduqdan sonra başlamışdır. O, 1981-ci ilə qədər Borisoqlebsk şəhərində yerləşən Boris Aviasiya Təlim Mərkəzində, 1992-ci ilə qədər isə Qaqarin Hərbi Hava Qüvvələri Akademiyasında təhsil almışdır. 2004-cü ildə General heyəti üçün Hərbi Akademiyanı bitirmişdir.O, Boris Aviasiya Təlim Mərkəzində eskadrilya komandiri təyin olunmazdan əvvəl, Hücum Aviasiyası Alayında xidmət etmiş və Sovet hərbi qüvvələrinin tərkibində Əfqanıstan müharibəsində iştirak etmişdir. Voronej vilayətinin Buturlinovka şəhərində yerləşən 899-cu Döyüş Aviasiyası Alayının komandiri vəzifəsinə yüksələn Bondarev bu alayın tərkibində Çeçen-Rus müharibələrində iştirak etmişdir. 2006-cı ilin mayından etibarən 14-cü Ordunun Hərbi Hava və Hava Hücumundan Müdafiə Qoşunlarında komandir müavini, 2008-ci ilin iyun ayında isə həmin hərbi hissənin komandiri vəzifəsinə təyin olunmuşdur.
Lars Onsager
Lars Onsager (27 noyabr 1903[…], Kristianiya[d] – 5 oktyabr 1976[…]) — ABŞ fiziki və kimyaçısı. O, 1968-ci ildə "Nobel" mükafatına layiq görülmüşdür. == Həyatı == Lars Onsager 27 noyabr 1903-cü ildə Norveçdə anadan olmuşdur. O, milliyətçi norveçlidir. Onsager 1928-ci ildən ABŞ-də yaşayır. Onun əsas tədqiqatları dönməyən proseslərin, faza keçidlərinin və elektrolitlərin nəzəriyyələrinə aiddir. Onsager elektrikkeçirmə tənliyini vermiş, kinetik əmsalların simmetriya prinsipini kəşf etmişdir. Sonuncu Onsager teoremi adlanır. O həmçinin, ifrat axıcı heliumun kvant burulğanları nəzəriyyəsini təklif etmişdir. == İstinadlar == == Xarici keçidlər == Lars Onsager papers (MS 794).