Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bonampak
Bonampak (isp. Bonampak,qədim mayyalarda şəhər Ukul adlanırdı) — 1946-cı ildə arxeoloji qazıntılar nəticəsində aşkar olunan Mayya sivilizasiyasının mühüm şəhərlərindən biri. Bonampak özünün divar rəsmləri (freskaları ilə) məşhurlaşmışdı. == Ümumi məlumat == Bonampak Meksikanın Çiapas ştatında, Lakanha çayının sahilində (Yaşçilandan 25 km cənubda) yerləşir. Şəhər qalıqları amerikalı fotoqraf Cayls Hilli (Giles Healey) tərəfindən, mayya-lakandonların köməyi ilə aşkar olunmuşdu. Mayya sivilizasiyasının klassik inkişaf dövründə (e.ə. 250-ci — b.e. 900-cü illəri arasında) Ukul (Bonampak) Şukalnax çarlığının sonuncu paytaxtlarından olmuşdu; onun bu çarlıqda ikinci dərəcəli əhəmiyyəti vardı, lakin yaxşı qorunub-saxlanılmış rəsm və freskaların köməyi ilə onun tarixi bərpa edilə bilər. == "Şukalnaxın tanrı çarları (kukul axav)" == Ax Yaş Punim (400 illər) (Şukalnax sülaləsinin yaradıcısı)… naməlum adlı hökmdar («7-ci stelanın hökmdarı») (554—600) Yaxav Çan Muvan I, oğul (600—605) Ax-Olnal, oğul (605—610, 611 — 614-cü ildən sonra) Ax Çan Tok (610—611) (Şukalnax hakimiyyətini ələ keçirdi və Ax-Olnalı didərgin salır) Vinakhab Tok (643 —648) naməlum adlı hökmdar (658 (?) — 670) Ax Nak'ey (683—692) «Knot-Eye» B’alam, K’iniç Çak Çixanın oğlu (732—746) Ax Sak Teleç, Yo’nal Balamın oğlu, (747/748 — 776) Yaxav Çan Muvan II, Ax Sak Teleçin oğlu (776 — 791) == Freskalar məbədi == Bonampak adı mayya dilində "rənglənmiş divar" mənasını verir. Bu gün bu şəhər öz görkəmli freskaları ilə məşhurdur.
Nunatak
Nunatak (qren. nunataaq) — ətrafı buzla örtülü olan qayalı pik və ya təpə. Bu coğrafi obyekt buz örtüyünün və ya dağ buzlağının üzərinə çıxır. Nunataklar əsasən Qrenlandiya və Antarktida ərazisində yerləşir. Buzlaq zonasında bitki örtüyünün formalaşmasına imkan verir. Vaxtı ilə buzlarla tam örtülən dağ zirvələri dairəvi formaya malik olur. Onların ifadə edilməsində bəzən islandiyalı dilində işlənən "nunakol" (ing. Nunakol) sözü keçərlidir. "Nunatak" sözü eskimos dilidən Qərbi Avropa dillərinə 1880-ci illərdə daxil olmuşdur. == Geomorfoloji termin == Nunatak — (rus.
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Bulamac (Xoy)
Bulamac (fars. بولاماج‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Bunçak Xan
Bunçaq xan - türk və altay mifologiyasında keşikçi tanrısı. Buncak (Muncak, Monçak, Ponçah, Ponçak) olaraq da tanınır. Kayra Xanın saray yolunu qoruyan iki gözətçilər biridir. Busul Xan ilə birlikdə xatırlanır. == Etimologiya == (Bun/Mun) kökündən törəmişdir. Böhrana salan, çətinlik verən deməkdir. Bundan başqa gözmuncuğu demək olan "Munçuk/Monçuk" ilə də əlaqədardır.
Dejö Buncak
Dejö Buncak (mac. Dezső Bundzsák; 3 may 1928 – 1 oktyabr 2010, Budapeşt) — Macarıstan futbolçusu və məşqçisi. Buncak oyunçu karyerası boyu yalnız "Vaşaş" klubunda çıxış etmişdir və Macarıstan millisinin üzvü olmuşdur. Məşqçi kimi isə həm Avropa, həm də Afrikada çalışmışdır. == Karyerası == === Oyunçu karyerası === Kişkunhalaş şəhərində doğulan Buncak 1950-ci ildə "Vaşaş" klubunda peşəkar karyerasına başladı. O, klubda keçirdiyi 14 mövsüm ərzində 249 oyuna 73 qol vura bilmişdir. Klubla 1957/1958 mövsümündə Çempionlar Kubokunda çıxış etmişdir.1956-1961-ci illərdə o, həmçinin Macarıstan milli futbol komandasının heyətində 25 dəfə meydana çıxmışdır və 1958 FİFA Dünya Kubokunda iştirak etmişdir. === Məşqçi karyerası === Buncak bir sıra yunan klublarında məşqçilik etmişdir, onların sırasına Piyerikos, Panionios, Apollon Afina və Panaxaiki klubları daxildir. Bundan başqa o, 1979-cu ildə Misir milli komandasına və 1980-1982-ci illərdə doğma "Vaşaş" klubuna başçılıq etmişdir.
Unimak adası
Unimak (ing. Unimak Island) — Aleut adaları qrupuna daxil olan ən şərqdə yerləşən və ən iri adasıdır. Adanın sahəsi 4069,9 km² təşkil edir. Üstəlik ABŞ-yə məxsus olan 9-cu, dünyada isə 132-cidir. == Təsviri == Adada altı vulkan vardır. Üstəlik adada dünyanın ilk onluğuna daxil olan vulkandan biri burada yerləşir — Şişaldin vulkanı (aleutca adı — Xaqinak). İnzibati cəhətdən Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi cəmi 64 (2000) nəfər təşkil edir. Yeganə yaşayış məntəqəsi Fels-Pass qəsəbəsidir. 1903-ci ildə adada mayak inşa edilmişdir.
Unimak boğazı
Unimak boğazı - Berinq dənizində yerləşir, Kreniçin və Unimak adalarını ayırır. Boğaz Aleut, Komandor adaları hövzəsinin şərqində yerləşir. Boğazın eni 19,6 km, dərinliyi isə 72 m təşkil edir. Ərazisi 1,18 km² təşkil edir. Boğazın suyunun temperaturu 3,5 °C-dən aşağı düşmür. Suyun duzluluğu isə 32‰ təşkil edir.
Binamaz Əhməd piri
Binamaz Əhməd piri — Şərur rayonunun Dəmirçi kəndində ziyarətgah. Vaxtilə pirin yerində dördkünc formalı, möhrədən tikilmiş bina olmuşdur. Hazırda bina bərpa olunmuş və daşdan tikilmişdir. İçərisində bir müsəlman qəbri vardır. Baş daşının üzərində kitabə yoxdur. Pirin içəri tərəfindəki divarlarda şam yandırmaq üçün taxçalar vardır. Bərpa zamanı pirin ön tərəfində əlavə bir bina tikilmişdir. Pirlə bağlı xalq arasında rəvayətlər vardır. Pirin ətrafından aşkar olunan keramika məmulatı və etnoqrafik materiallar onu XVI əsrə aid etməyə imkan verir.
Viktor Bunak
Viktor Valerianoviç Bunak (rus. Бунак, Виктор Валерианович) (22.9.1891, Moskva – 11.4.1979, Moskva) — Rusiya antropoloqu. == Həyatı == Moskva Universitetini (1912) bitirmiş, Moskva Dövlət Universitetinin professoru (1925–48) olmuşdur. 1922-ci ildə D. N. Anuçinlə birlikdə MDU-nun Antropologiya Elmi Tədqiqat İnstitutunu yaratmış, 1923–30-cu illərdə onun direktoru, 1943–48-ci illərdə SSRİ EA Etnoqrafiya İnstitutunun antropologiya şöbəsinin müdiri işləmişdir. Ən iri Rusiya antropoloji ekspedisiyasına (1955–59) rəhbərlik etmişdir. Fiziki antropologiyanın bütün bölmələrinə, o cümlədən insan morfologiyasına, etnik və təkamül antropologiyasına dair fundamental əsərlərin müəllifidir. == Fəaliyyəti == Bunak hamı tərəfindən qəbul edilən göz rəngləri cədvəlini işləyib hazırlamış; konstitusional tiplərin yeni təsnifatını yaratmış; tətbiqi antropologiyanın və standartlaşdırmanın əsasını qoymuşdur. Antropogenez nəzəriyyəsinə dair tədqiqatlarında həmin dövr üçün yeni olan famnogenetik konsepsiyaya əsaslanmışdır. İrqlərin genezisində xronoloji cəhətdən 3 müxtəlif mərhələni ayırmışdır: ən qədim (irqlərin tropik qolu), qədim (cənub qolu) və müasir liyə ən yaxın (qərb və şərq qolları). İrqlərin populyasiya konsepsiyasını qabaqlayaraq, insan irqlərini tarixən formalaşmış dəyişkən statistik kateqoriyalar kimi nəzərdən keçirmişdir.