BULAMAQ
1. Mayenin içinə qaşıq və s. salıb onu qarışdırmaq. Dovğanı bulamaq. Südü bulamaq.
2. Sürtüb ləkələmək, bulaşdırmaq, batırmaq. Üst-başını palçığa bulamaq. Əllərini mürəkkəbə bulamaq.
3. O tərəf-bu tərəfə tərpətmək, yellətmək. İt sahibini görüb quyruğunu bulamağa başladı.
4. Bəzən isimlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: başını bulamaq, quyruq bulamaq, qılınc bulamaq, dil bulamaq.
◊ Qana bulamaq – bax qan.