Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
München
Münxen (alm. München‎) — Bavariya (almanca: Bayern) Federal Torpağının paytaxtıdır. Almaniyanın Berlin və Hamburqdan sonra üçüncü ən böyük şəhəridir. Əhalisi 1,3 milyondur. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münxendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münxen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münxen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münxen dünyada yaşayış üçün ən münasib şəhər seçilib. == Tarixi == Münxen şəhərinin adına yazılı mənbələrdə ilk dəfə 1158-ci ildə rast gəlinir.
Jizel Bündhen
Jizel Bündhen (Gisele Bündchen, 20 iyul 1980) — Braziliya supermodeli. == Həyatı == Braziliya əsilli olub dünyanın ən varlı supermodeli kimi tanınan cəlbedici model Gisele Bündchen 13 yaşı olarkən kəşf olunmuşdur. Əslində model olmamışdan öncə Gisele Bündchen peşəkar voleybolçu olmaq istəyirdi. Karyerası boyunca Gisele Bündchen Balenciaga, Celine, Givenchy, Bvlgari, Louis Vuitton və Victoria’s Secret və s. kimi dünya şöhrətli markalar üçün işləmişdir. Bündchen iyul ayının 20-si 1980-ci ildə Tres de Maioda anadan olmuş, Horizontina, Rio Grande do Sulda boya başa çatmışdır. Onun valideynlərinin hər ikisi alman idilər. Anası Vânia Nonnenmacher bank işçisi, atası Valdir Bündchen universitetdə müəllim və yazıçı olmuşdur. Beş bacısı var – Raquel, Graziela, Gabriela, Rafaela və Giseldən beş dəqiqə əvvəl dünyaya gəlmiş əkiz bacısı Patricia. Giselenin əsas ana dili portuqal dilidir, lakin əlavə olaraq o, ispan və ingilis dillərini də bilir.