Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Burulma çubuğu
Torsion bar və ya burulma çubuğu ümumiyyətlə tanklar və ya Zirehli transportyor kimi zirehli maşınlarda avtomobilin gövdəsi ilə yol arasında əlaqəni çevik vəziyyətə gətirmək üçün istifadə edilən bir cihazdır. Belə qurğular İkinci Dünya Müharibəsi zamanı tanklarda istifadə edilmiş qayçı və qıvrım yaylardan ibarət ənənəvi asqı (transmissiya) mexanizmlərini sadələşdirmək və təkmilləşdirmək məqsədi ilə hazırlanmışdır. İkinci Dünya Müharibəsi illərində tankların atış məsafəsinin və silah daşıma qabiliyyətinin artırılması zərurəti bu döyüş maşınlarının çəkisinin artması ilə nəticələndi. Ənənəvi asqı sistemləri öz çəkilərinə, strukturlarına görə yüksək keyfiyyətli metaldan istifadə zərurəti və istehsal çətinliklərinə görə kifayət etməmiş və bu mexanizmlərlə əvəz edilmişdirlər. 50-60 ton ağırlığında olan tanklar bu az yer tutan və daha ucuz başa gələn mexanizmlərin köməyi ilə daha effektiv döyüş maşınlarına çevrilmişdirlər. Burulma çubuqlu asqı sistemi, adından da göründüyü kimi, yükün təsiri ilə metal çubuğun burulması prinsipi ilə işləyir. Xüsusi metal ərintilərindən istehsal edilən burulma çubuqlarının bir ucu avtomobilin gövdəsinə, digər ucu isə palet və ya təkərə birləşdirilərək yol və avtomobil arasında çevik əlaqə təmin edilir. Burulma çubuğu asqı sistemləri bir müddət bəzi avtomobillərdə əsas asqı mexanizmi kimi istifadə edilmişdirlər. Bu gün oxşar birləşmələr hələ də müstəqil asqı sistemi olmayan bəzi avtomobillərin arxa oxlarında istifadə olunur.
Soyuq burulma imitatoru aparatı (CCS)
Soyuq burulma imitatoru aparatı (Cold-Cranking Simulator CCS)- rusca “Симулятор холодного проворачивания” – motor yağlarının mənfi temperaturlarda (mənfi 35- mənfi 50C –dək) özlülüklərini təyin edir. Bu üsul soyuq şəraitdə yağların işə salınmasında özlülüklərin imitasiyası üçündür və istifadə olunan üsul- ASTM D5293 beynəlxalq standartlara uyğundur. == CCS aparatının istifadəsinin məqsədi == Dirsəkli valın aşağıtemperatur özlülüyü SAE J300 təsnifatına əsasən dörd əsas özlülük gösrəcilərindən biri olub və motor yağının özlülüyünü düzgün qiymətləndirilməsi üçün istifadə edilir. Odur ki, hazır motor yağının hansı özlülük sınfinə uyğunluğunu müəyyənləşdirmək üçün bu yağ üçün CCS göstəricisini təyin etmək lazımdır. == İş prinsipi == CCS aparatı temperaturu nəzarətdə saxlayan kamera ilə təchiz olunub.(Qlikol ilə) . Mühərriklə idarə olunan stator kameranın içində yerləşir Sınanan nümunəni sınaq kamerasına daxil edilməsi üçün vacuum nasosundan istifadə edilir. Burada nümunə tələb olunan temperatura qədər soyudulur. Mühərriyin statoru daimi cərəyanla işə salınır. Sınaq temperaturunda nümunənin içində statorun müqaviməti özlülüyə çevrilir. Bu özlülük meqaPaskal vahidi ilə (мПа) ölçülür.