Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksandr Çuçelov
Aleksandr Dmitriyeviç Çuçelov (26 aprel 1933, Tallin, Estoniya — 1 yanvar 2017) — Estoniyanı və SSRİ-ni beynəlxalq yarışlarda təmsil etmiş yelkənli qayıqçı. Olimpiya Oyunlarında gümüş medal qazanmışdır. Estoniya SSR-in əməkdar məşqçisi olmuşdur. == Karyerası == Çuçelov 1960 Yay Olimpiya Oyunlarında iştirak etmiş və Finn sinfi üzrə gümüş medal qazanmışdır. Tokioda təşkil edilən 1964 Yay Olimpiya Oyunlarında Çuçelov həmin sinif üzrə 12-ci yeri tutmuşdur. Finn sinfindən sonra Solinq sinfinə keçdi. Bu üzrə o, SSRİ-də üç dəfə çempion oldu. 1976-cı ildən məşqçi kimi fəaliyyət göstərməyə başladı. İdman gəmi inşaatının Tallin eksperimental tərsanəsində baş konstruktor işləyirdi. 1979-cu ildə Estoniya SSR-in əməkdar məşqçisi adına layiq görülmüşdür.