Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cüttərkibli cümlələr
Cüttərkibli cümlələr — baş üzvlərin hər ikisinin iştirakı ilə qurulan sadə cümlələrə cüttərkibli cümlələr deyilir. == Ümumi məlumat == Cüttərkibli cümlələrdə adətən fikir predmeti mübtəda və ya mübtəda qrupu şəklində, fikir predmetinin hərəkət və əlaməti xəbər və ya xəbər qrupu şəklində ifadə olunur. Hər iki baş üzvün iştirakı ilə formalaşdığı üçün bu cür cümlələr cüttərkibli hesab olunur.Cüttərkibli cümlələrdə əksərən mübtəda məntiqi subyektə, xəbər məntiqi predikata uyğun gəlir. Cümlə genişlənmiş olduqda iki qütbə, iki zonaya — mübtəda və xəbər zonalarına ayrılır. Mübtəda ona aid olan üzvlə — təyinlə birlikdə mübtəda zonasını (və ya mübtəda qütbünü), xəbər ona aid olan üzvlərlə — tamamlıq, zərflik və təyinlə birlikdə xəbər zonasını (və ya xəbər qütbünü) əmələ gətirir. Cüttərkibli cümlələrdə mübtəda (və mübtəda zonası) adətən "verilən"i, xəbər (və xəbər zonası) "yeni"ni bildirir, yəni söhbətin predmeti mübtəda və mübtəda zonası vasitəsilə, yeni məlumat isə xəbər və xəbər zonası vasitəsilə ifadə olunur.Cüttərkibli cümlələr dildə ən çox işlənən cümlə növüdür, ona görə də bədii əsərlərin dilində böyük üstünlük təşkil edir.Cüttərkibli cümlələrin qurulma şərtləri aydındır: hər iki baş üzvün iştirakı vacibdir. Lakin bəzən təkrara yol verməmək, fikri sadə, səlis və yığcam ifadə etmək üçün cümlələrin mübtədası buraxılır, mübtəda bilavasitə cümlədə iştirak etmir. Belə cümlələr təktərkibli deyil, cüttərkibli hesab olunur, çünki bu cür cümlələrin buraxılmış mübtədasını mətnə əsasən asanlıqla bərpa etmək olur. Cüttərkibli cümlələr sadə cümlənin əsas xüsusiyyətlərini özündə cəmləşdirən cümlə tipidir. Bu cür cümlələr feili və ismi xəbərli, təsdiq və inkar ola bilir.
Cümlənin baş üzvləri
Cümlənin baş üzvləri — cümlənin qrammatik əsasını təşkil edir, fikir predmetini, onun hərəkət və əlamətini bildirir. Cümlənin mübtəda və xəbər olmaqla iki baş üzvü var.
Tabesiz mürəkkəb cümlələr
Tabesiz mürəkkəb cümlələr iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən bərabər hüquq əsasında vahid bir tam kimi birləşməsi yolu ilə əmələ gələn sintaktik vahiddir. == Quruluş xüsusiyyətləri == Tabesiz mürəkkəb cümlələrin səciyyəvi quruluş xüsusiyyətləri vardır. Çox zaman tərkib hissələrində bir paralellik olur; bu xüsusiyyət atalar sözləri və məsəllərdə özünü daha çox göstərir; məs.: Lələ var, yurdu yox. Xalq qız alır – quda qazanır, mən qız aldım, qada qazandım. Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər. Bu gün sən deyirsən, sabah sənə deyərlər. Artıq tamah daş yarar, daş qayıdar baş yarar və s. Belə cümlələr üçün komponentlərdən ikincisinin (və ya hər ikisinin) natamamlığı, yarımçıqlığı, cümlənin ümumi mənası əsasında bərpa oluna bilməsi də səciyyəvi hallardandır: Xəbərçi yalançı olar, yalançı – xəbərçi. Rəhmət yazana, lənət pozana! Sözlərdə qonaq sözü, səslərdə kəfkir səsi.
Cümlənin ikinci dərəcəli üzvləri
Cümlənin ikinci dərəcəli üzvləri — cümlənin təşkiledici mərkəzinə, mübtəda , xəbərə və zərfliyə aid olan izahedici, aydınlaşdırıcı, tamamlayıcı sözlər və birləşmələrə deyilir.Bəzən söz birləşməsi ilə də ifadə olunur Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallardan başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi?, nəyi?, nə?, kimə?, nəyə?, kimdə?, nədə?, kimdən?, nədən?, kim ilə?, nə ilə?, kim üçün?, nə üçün?, kim haqqında?, nə haqqında?, nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi?) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitab var. Biz onunla (kim ilə?) fəxr edirik. Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz və s. Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi.
Sadə cümlənin şəxsə görə növləri
Sintaksisdə şəxs dedikdə mübtəda nəzərdə tutulur. Cümlənin şəxsə görə növləri də mübtədanın olması və ya onun təsəvvür olunması dərəcəsinə görə müəyyənləşir. Sadə cümlənin şəxsə görə növləri aşağıdakılardır: Müəyyən şəxsli cümlə. Qeyri-müəyyən şəxsli cümlə. Ümumi şəxsli cümlə. Şəxssiz cümlə. Adlıq cümlə (mübtəda əsasında formalaşır). == Müəyyən şəxsli cümlə == Mübtədası və xəbəri- cümlənin qrammatik əsası iştirak edən cümlələr müəyyən şəxsli cümlələrdir. Məsələn: Həyat mübarizədir. Aqşin dərs əlaçısıdır.