Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əl-Cümhuriyyə
"Əl-Cümhuriyyə" (ərəb. الجمهورية‎; mənası – respublika) — dövlətə məxsus Misir gündəlik qəzeti. == Tarix və profil == "Əl-Cümhuriyyə" 1954-cü ildə Misir inqilabından sonra qurulmuşdur və yeni rejimin aparıcı media orqanı olmuşdur. Qəzet "Vəfd" partiyasının rejim tərəfindən ləğv edilmiş "Əl-Misri" qəzetinin imkanlarından istifadə etməklə nəşr edilmişdir. Ənvər Sədat qəzetin redaktoru olmuşdur. Qəzetin nəşriyyatçısı 1952-ci il inqilabından sonra əsası qoyulan "Dar Əl-Təhrir"dir. Buna baxmayaraq, "Əl-Cümhuriyyə" Camal Əbdül Nasirin qarşıya qoyduğu məqsədlərə tam nail ola bilməmişdir. 2000-ci ildə gündəlik tirajı 400,000 nüsxə idi. 2005-ci ildə gündəlik tirajı 200,000 nüsxəyə enmişdir.