Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cırnatma
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Cırdala
== Tərkibi == 400 qr gicitkan və ya cincilim, ya da hər ikisinin qarışığı 3 baş soğan 100 qr yağ 0,5 stəkan düyü zövqə görə duz 1 stəkan sarımsaqlı qatıq. == Hazırlanma qaydası == İlk əvvəl suda yarıbişmiş olana qədər qaynadılaraq süzülür. Soğan doğranılır, yağda qızardılır və üzərinə su tökülür. Su qaynadıqda yarıbişmiş düyü əlavə edilir. Buğum qaynadıldıqdan sonra isə doğranmış göyərti tökülüb bişirilir. Sonda hazır cırdala süfrəyə sarımsaqlı qatıqla verilir.
Cırlaşma
Cırlaşma – кvant mexanikasında verilmiş sistemi (atom, molekul və s.) xarakterizə edən hər hansı fiziki kəmiyyət L sistemin mцxtəlif halları цчцn eyni qiymətə malikdir. L-in eyni qiymətinə cavab verən belə mцxtəlif halların sayı verilmiş kəmiyyətin cırlaşma tərtibi adlanır. Kvant mexanikasında sistemin enerji səviyyələrinin cırlaşması əsas rol oynayır. Belə ki, sistem müəyyən enerjiyə malik olub, müxtəlif hallarda ola bilər. Məsələn: Sərbəst zərrrəcik üçün enerjinin sonsuz cırlaşması mövcuddur. Zərrəciyin enerjisi ancaq impulsun ədədi qiyməti ilə müəyyən edilir, impulsun istiqamяti isə istənilən ola bilər(yəni, sonsuz sayda üsullarla seçilə bilər). Bu misalda əyani surətdə cırlaşma ilə sistemin fiziki simmetriyası arasında əlaqə aşkar olur; bu simmetriya fəzada bütün istiqamяtlərin bərabər hüquqluluğu deməkdir. Xarici sahədə zərrəciyin hərəkəti zamanı cırlaşma bu sahənin quruluşu – onun hansı simmetriyaya malik olması ilə əhəmiyyətli surətdə əlaqədardır. Əgər sahə sferik simmetriyaya malikdirsə, yəni onda istiqamətlərin eyni hцquqluluğu saxlanılırsa, onda zərrəciyin (məs: atomda elektronun) hərəkət miqdarının orbital momentinin, maqnit momentinin və spinin istiqaməti onun (atomun) enerjisinin qiymətinə təsir edə bilməz. Deməli, burada da enerji səviyyələrinin cırlaşması mövcuddur.
Cariama cristata
Kəkilli seriem (lat. Cariama cristata) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü.
Hendra Purnama
Hendra Purnama (12 noyabr 1997) — İndoneziyalı oxatan. Hendra Purnama İndoneziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hendra Purnama birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ukraynanın nümayəndəsi Viktor Ruban ilə üz-üzə gəldi. Həmin görüşdə Hendra Purnama rəqibinə 3:7 hesabı ilə uduzdu.
Circaea
İkiləçək (lat. Circaea) — yağıotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == İkiləçək:The Plant List saytında takson barədə məlumat.
Circaea cordata
Ürəkvari ikiləçək (lat. Circaea cordata) — i̇kiləçək cinsinə aid bitki növü.
Cinema 4D
Cinema 4D – kompüter proqramı. == MAXON == MAXON Computer GmbH 1986-ilində indiki CEO- ları Harald Egel, Harald Schneider və Uwe Bärtels tərəfindən qurulmuşdur. Şirkət müdürü Frakfurt-un şimalında Friedrichsdrof-Almaniya-dadır. Daha sonra sırasıyla 1998-ilində U.S yan qurulşu MAXON Inc-2001 ilində MAXON məhsullarının dünya çapında 70% in dən çox ölkədə 40-dan çox distribütör tərəfindən satış olunmaqda idi. 2000-ilinin başlarında, mərkəzi Münih-Almanya olan Nemetschek AG (www.nemetschek.de) MAXON-un 70% hissəsini əldə etmiş ancaq qalan 30% hissesini şirkət qurucularında qalmişdir. MAXON Computer, bazardakı 3 Boyutlu Grafika bazarında öncü proqram yüksəldiciləri arasında yerini almaqda idi. MAXON işə ticari digital jurnal çap yayıncılıqı, avadanlıq və yazılım yuksəldici olaraq başladı. İllər sonra, MAXON-un nəzər nöqtəsi 3D yazılım paketləri yüksəltmə sahəsinə yönəldi. MAXON-un ilk məhsulu , Medya yayımları içərisində öndə gələn animasiya proqramlarindan CİNEMA 4D etrafında birləşdi və Bodypaint o da öncül rəngləndirmə paketi oldu. Bu softlar sürətlərinə, güvənirliyinə ve mövqelərinə görə kateqoriyalara bölündülər.
Park Cinema
Park Cinema – Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar şəbəkəsi. Azərbaycanda ilk yeni nəsil kinoteatr şəbəkəsi hesab olunur. == Tarixi == Park Cinema 26 oktyabr 2010-cu ildə fəaliyyət göstərməyə başlamışdır. 2020-ci ildə başlamış COVİD-19 pandemiyası səbəbilə kinoteatr 2021-ci ilin oktybarına qədər fəaliyyətinə dayandırmalı olmuşdu. == Xüsusiyyətlər == Şəbəkənin kinoteatrları Park Bulvar, Metro Park, Zagulba Ticarət Mərkəzi, Alov qüllələrinin ticarət mərkəzi, dənizqırağı Amburan əyləncə kompleksi, Masallı, Şahdağ və Aygün Mall-da yerləşir.Hər il Park Cinema şəbəkəsində kinofestivallar keçirilir, bəzi filmlər və fanatları üçün kospleyli tədbirlər, müntəzəm olaraq qala-premyeralar və press-nümayişlər, sadiq tamaşaçılar üçün geniş aksiyalar, özəl günlərə aid kampaniyalar və filmlərin xeyriyyə nümayişi təşkil olunur. Bədii və cizgi filmlərlə yanaşı BTS kimi K-pop qruplarının film-konsertləri nümayiş etdirilir. Socialbakers-ə görə Park Cinema səhifəsi istifadəçilərin sorğularının 98%-ni cavablandırdığına görə sertifikat alıb və Azərbaycanın ən müzakirə olunan və populyar kinoman qrupu statusunu alıb. 2016-cı ildə "Warner Bros." və "Universal Pictures" tərəfindən aparılmış film icarəsi hesabatında kassa gəliri və tamaşaçı sayı baxımından "Park Cinema" Azərbaycanda birinci yerdə göstərilmişdir. Digər kinoteatrlar şəbəkəsi olan "CinemaPlus" ilə, eləcə də, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edir. == Kinoteatrlar == Park Bulvar – şəbəkənin birinci ən məşhur kinoteatrı hesab olunur.
28 Cinema
CinemaPlus və ya keçmiş adı ilə 28 Cinema – Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar şəbəkəsi. == Tarixi == Kinoteatr şəbəkəsinin əsası 17 dekabr 2012-ci ildə 28 Cinema adı ilə qoyulmuşdur. 2015-ci ildə adını CinemaPlus olaraq dəyişdirmişdir. 2020-ci ildə Azərbaycanca başlamış COVİD-19 pandemiyası səbəbilə 2021-ci ilin oktyabrına qədər fəaliyyətinə fasilə verməli olmuşdu. == Haqqında == Kinoteatrlar şəbəkəsinə 9 kinoteatr, 50-dən çox ekran və 5000-dən çox oturacaq daxildir. 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və kinoekranlar ilə təchiz olunub. Həmçinin gücləndirilmiş parlaqlıq və Enhanced 4K Barco təsvirinə malikdir.Kinoteatrlar şəbəkəsində Platinum Movie Suites konsepsiyası əsasında tamaşaçılara dəridən hazırlanmış, söykənəcəyi arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradılmışdır. Azərbaycanda Dolby Atmos texnologiyası ilk dəfə CinemaPlus tərəfindən tətbiq edilmişdir.CinemaPlus Azərbaycanda yerli dublyajın inkişafı ilə məşğul olur və gündəlik olaraq bu filmlərə bir neçə seans ayırır. Dublaj Cinemazadeh studiyası tərəfindən hazırlanır. Bundan əlavə, açıq havada kino nümayişləri, kino həftələri, filmlər üçün xüsusi nümayişlər keçirilir.
New Line Cinema
New Line Cinema - Robert Şeye tərəfindən 1967-ci ildə əsası qoyulan film istehsal edən şirkətdir. "New Line Cinema" kinokompaniyası Qarağac küçəsində qarabasma filmindən sonra böyük müvəffəqiyyət əldə etmişdir. 2008-ci ildə krizisə görə Warner Bros. kompaniyasına qatılmışdır.
İnama Qayıdış (1992)
== Məzmun == Kinolentdə son 70 ildə dinin qadağan olunması, bunun nəticələri və bu gün yenidən dirçəlməsi haqqında danışılır. == Film haqqında == Film "Turan" Şirkətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Məmmədov, Ramiz Əliyev Ssenari müəllifi: Xamiz Muradov Operator: Azər Salayev, Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Sponsor == "Turan" Şirkəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.
İnama qayıdış (film, 1992)
== Məzmun == Kinolentdə son 70 ildə dinin qadağan olunması, bunun nəticələri və bu gün yenidən dirçəlməsi haqqında danışılır. == Film haqqında == Film "Turan" Şirkətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Məmmədov, Ramiz Əliyev Ssenari müəllifi: Xamiz Muradov Operator: Azər Salayev, Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Sponsor == "Turan" Şirkəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.