Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Coşua Palmer
Coşua Palmer (10 avqust 1991) — Avstraliyanı təmsil edən üzgüçü. Coşua Palmer Avstraliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Coşua Palmer birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.13 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Falmer şəlalələri
Fulmer Falls – ABŞ Pensilvaniya ştatında şəlalə.
Kristine Kalmer
Kristine Kalmer (10 fevral 1986) — Cənubi Afrika Respublikasını təmsil edən marafonçu. Kristine Kalmer Cənubi Afrika Respublikasını 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kristine Kalmer birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 24 saniyəyə qət edərək 157 marafonçu sırasında 96-cı yeri tutdu.
Palmer Torpağı
Palmer Torpağı (ing. Palmer Land) — Antarktik yarımadasının cənubunda, Qreyam Torpağı ilə Elsuort Torpağı arasında yerləşir. 1964-cü ilə qədər Antarktik yarımadası adlanırdı. == Adı == Torpağın adası amerikalı kapitan Nataniel Palmerin şərəfinə adlandırılmışdır. O, 1820−1821-ci illərdə Antarktik yarımadasını tətqiq etmişdir. == Yerləşməsi və sərhədləri == Palmer Torpağı Antarktik yarımadasınln cənubunda yerləşir. Şimal sərhədi — Qreyam Torpağı ilə sərhəd qərbdən Ceremi burnu, şərqdən isə Agassiz burnuna uzanır. Qərb sərhədi — I Aleksandr Torpağı ilə VI Georq boğazı ilə ayrılır. Boğazda VI Georq şelf buzlağı yerləşir. Şərq sərhədi — Ueddell dənizi və Ronn şelf buzlağı.
Robert Palmer
Robert Rozuell Palmer (ing. Robert Roswell Palmer; 11 yanvar 1909, Çikaqo, İllinoys[…] – 11 iyun 2002) — ABŞ tarixçisi. Prinston və Yel universitetlərində XVIII əsr Fransa tarixi üzrə ixtisaslaşmış Palmerin ən mühüm elmi əsəri 1959 və 1964-cü ildə nəşr olunmuş "Demokratik inqilab əsri: Avropa və Amerikanın siyasi tarixi 1760-1800-cü illər" (The Age of the Democratic Revolution: A Political History of Europe and America, 1760–18004) əsəridir ki, burada Palmer XVIII sonu — XIX əsrin əvvəllərində Avropa və Amerika qitəsini bürüyən demokratik inqilab çağı olan Atlantik İnqilabları araşdırmışdır. O, bu əsərin birinci cildinə görə tarix üzrə Benkroft mükafatına layiq görülmüşdür. == Həyatı == İllinoys ştatının Çikaqo şəhərində anadan olan Palmer dövlət məktəblərində təhsilini davam etdirmişdir. Latın dilində yazılmış əsəri üçün ümumşəhər müsabiqəsində qalib gələrək, o, tarixçi Lui Qotşalk ilə birlikdə oxuduğu Çikaqo Universitetində tam təqaüd qazanmış və 1931-ci ildə bakalavr dərəcəsini (Ph.B.) almışdır. Bundan üç il sonra - 1934-cü ildə o, Karl L. Beker ilə birlikdə Kornell Universitetinin Tarix fakültəsidə namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiyası "Fransa inqilabı ərəfəsində Amerikanın müstəqilliyinin fransız ideyası” adlanır1950-ci ildə Palmerin "Müasir dünyanın tarixi" (A History of the Modern World) adlı fundamental monoqrafiyası nəşr olundu. Bu əsər altı dilə tərcümə edilmişdir və hazırda 1000-dən çox kollecdə, habelə bir çox Avropa tarixi üzrə orta məktəb kurslarında istifadə olunur. O, aydın dildə olan yazı üslubu ilə diqqət çəkir.
Yevgen Almer
Yevgen Almer (d. 14 yanvar 1953) — Rumıniyalı keçmiş üzgüçü. Yevgen Almer Rumıniyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yevgen Almer birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 17:49.80 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Uill Çalker
Vill Çalker (doğ. 7 mart 1980, Şərqi Sasseks, İngiltərə) — tanınmış ingilis Top-Model və peşəkar boksçu. Models.com's saytının "Money Guys" siyahısında 15-ci yeri tutur. == Karyera == Vill model karyerasına 20 yaşında (2000-ci ildən) başlamışdı. Çalker 2003-cü ildə Paco Rabanne kompaniyasının Black XS parfümünün reklamının çəkilişlərindən sonra çox populyarlaşmışdı. O vaxtdan bəri o J.Crew, YSL, Perry Ellis, Wormland, Valentino, Mark O'Polo, Zara, Bottega Veneta, Louis Vuitton, Shiatzy Chen, Dsquared2, Gap, Ermenegildo Zegna və Paul Smith kimi bir çox reklam kampaniyaların çəkilişlərində iştirak etmiş, GQ, l'Uomo Vogue, i-D, Wallpaper, Esquire və Upstreet jurnalların üz qabığını bəzəmişdi. O, British Fashion Awards'un "Ən yaxşı Kişi-Model" nominasiyası üzrə namizədliyi irəli sürülmüş ilk insandır. === Maraqlı faktlar === Vill Çalkerin anketi: Boyu : 185 sm Çəkisi : 75 kq Sinə ətrafı : 102 cm Beli : 83 cm Omba genişliyi : 98 cm. Saçlarının rəngi : Sarışın Gözlərinin rəngi : Yaşıl Ayaqqabı ölçüsü : 45 Paltar ölçüsü : == Fiziki xarakteristikalar == Vill öz qüsursuz bədəninə, dar ombasına, kişi kimi üz cizgilərinə görə model biznesində çox populyardı. == Şəxsi həyatı == Villın şəxsi həyatı haqda məlumatlar o qədər də çox deyil.
Vill Çalker
Vill Çalker (doğ. 7 mart 1980, Şərqi Sasseks, İngiltərə) — tanınmış ingilis Top-Model və peşəkar boksçu. Models.com's saytının "Money Guys" siyahısında 15-ci yeri tutur. == Karyera == Vill model karyerasına 20 yaşında (2000-ci ildən) başlamışdı. Çalker 2003-cü ildə Paco Rabanne kompaniyasının Black XS parfümünün reklamının çəkilişlərindən sonra çox populyarlaşmışdı. O vaxtdan bəri o J.Crew, YSL, Perry Ellis, Wormland, Valentino, Mark O'Polo, Zara, Bottega Veneta, Louis Vuitton, Shiatzy Chen, Dsquared2, Gap, Ermenegildo Zegna və Paul Smith kimi bir çox reklam kampaniyaların çəkilişlərində iştirak etmiş, GQ, l'Uomo Vogue, i-D, Wallpaper, Esquire və Upstreet jurnalların üz qabığını bəzəmişdi. O, British Fashion Awards'un "Ən yaxşı Kişi-Model" nominasiyası üzrə namizədliyi irəli sürülmüş ilk insandır. === Maraqlı faktlar === Vill Çalkerin anketi: Boyu : 185 sm Çəkisi : 75 kq Sinə ətrafı : 102 cm Beli : 83 cm Omba genişliyi : 98 cm. Saçlarının rəngi : Sarışın Gözlərinin rəngi : Yaşıl Ayaqqabı ölçüsü : 45 Paltar ölçüsü : == Fiziki xarakteristikalar == Vill öz qüsursuz bədəninə, dar ombasına, kişi kimi üz cizgilərinə görə model biznesində çox populyardı. == Şəxsi həyatı == Villın şəxsi həyatı haqda məlumatlar o qədər də çox deyil.
Çalgər (Ərdəbil)
Çalgər — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Mərkəzi bölgəsində, Xanəndəbil kəndistanında, Xalxal şəhərindən 11 km qərbdədir.
Çalmers Texnologiya Universiteti
Çalmers Texnologiya Universiteti — İsveçin Göteborq şəhərində yerləşən ali təhsil müəssisəsi; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Çalmers Texnologiya Universiteti informasiya texnologiya, təbiət elmləri və memarlıq sahəsində ixtisaslaşmış bir ali təhsil müəssisəsidir. İsveçin Göteborq şəhərində yerləşən universitet Avropanın ən yaxşı araşdırma mərkəzlərindən hesab olunur. "Swedish East İndia Company"nin sahibi Viliam Çalmersin ianəsi ilə 1829-cu ildə yaradılıb. 1937-ci ilə qədər özəl universitet statusu ilə fəaliyyət göstərib, 1994-cü ilə qədər dövlət, daha sonra isə özəl ali təhsil ocağı kimi fəaliyyətini davam etdirib. Çalmers İsveçdə şəxs adını daşıyan yeganə universitetdir. Ali təhsil ocağı 1937-ci ildə Gibraltar (Johannaberg) kampusuna köçürülüb, 1990-cı illərin əvvəllərində Hisingen adasında universitetin yeni Lindholmen kampusu tikilib. İsveçdə mühəndislik və memarlıq sahəsində çalışanların təqribən 40%-i Çalmers Texnologiya Universitetinin məzunlarıdır. Universitet bu günə qədər 30-a yaxın proqram üzrə təhsil prosesini həyata keçirib. Ali məktəb riyazi modelləşdirmə, ətraf mühit elmlər və nəqliyyat təhlükəsizliyi kimi 6 beynəlxalq araşdırma bölümünə ev sahibliyi edir.
Alsmer
Alsmer (nid. Aalsmeer) — Niderlandın şimalında, Harlemin şərqində şəhər. XVI əsrə aid qotik üslubunda tikilmiş kilsə mövcuddur. Avropanın aparıcı gül bazarlarından biri burada yerləşir. Toxuma və qida sənayesi, maşın zavodları var. Şəhərdə dəniz idman növləri keçirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "Postcodetool for 1431EH" [Zip Tool for 1431EH]. Actueel Hoogtebestand Nederland (holland). Het Waterschapshuis.
Jammer
Passiv Jammer: Jammer-Siqnal kəsici (siqnal qarışdırıcı, siqnal pozucu) , qarşılıqlı sistemdə aradakı əlaqəni pozmaq üçün yaradılmış cihaz. Müasir texnikada alıcını (əksəriyyətlə radio) hədəfləyən qüvvətli bir ötürücü. Siqnalın daşınma şəkli ən sıx elektromexaniki dalğa olmaq üzrə səs, işıq (UV-dən IR-yə qədər) də ola bilər. Alıcının həssas olduğu bant aralığında yüksək gücdə siqnalı qəbul edərək alıcının giriş nötəsinin bütün bant üçün təzyiqlənməsini təmin edir və alıcını “karlaşdırar”. Siqnal boğucu, alıcıda seçicilik və həssaslıq xüsusiyyətlərini hədəf alır. Q faktoru yüksək alıcılar bu cür maneə törətmələrə qarşı daha müqavimətlidirlər. Əsasən aşağıdakı yerlərdə tətbiq olunur: İctimaiyyətdə yüksək səslə radio-tv dinləmələrinə maneə törətmək. Kino, konsert, teatr kimi cib telefonlarının istifadəsinin qadağan olunduğu mühitlərdə nizamı təmin etmək üçün. Uzaqdan idarə edilən alətlərin işinə maneə törədilməsi. Uzaqdan idarə edilən bombaların əvvəlcədən atılması ya da bloklanması.
Kalder
Kaldera (isp. Caldera; "yemək qazanı") və ya kalder — vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur. Kaldera eninə ölçüləri 10–15 km-ə, dərinliyi isə bir-neçə 100 m-ə çatır. Belə güman olunur ki, vulkan boğazından və ya çatdan partlayış zamanı külli miqdarda maqma püskürür. Bu zaman vulkan kamerasının daha dərin mənbələrdən gələn materiallarla dolmasına nisbətən, onun enməsi daha sürətlə gedir və vulkanın tavanı dayaq nöqtəsini itirərək uçur, yer səthində kaldera əmələ gəlir. Kraterdən mənşəyinə və böyük ölçülərinə görə fərqlənir. Vilyams qeyd edir ki, kraterin diametri əsasən 1–1,5 km olduğu halda, bir çox kaldera diametri 8 km-dən 15 km və daha böyük olur. Kaldera təsnifatı onların formasına və genezisinə əsaslanmışdır. Ritman, 1964, aşağıdakı kaldera tiplərini ayırır: zirvə kalderası (və ya nəhəng kraterlər), nəhəng eksploziv püskürmələr nəticəsində əmələ gələn monogen kaldera, bir sıra ardıcıl püskürmələr nəticəsində əmələ gələn poligen kaldera. Kalderanın əmələ gəlməsi haqqında iki fərziyyə məlumdur: Eşerə görə, kaldera maqmatik ocağın yalnız böyük dərinlikdə, Vilyamsa görə isə, yalnız az dərinlikdə yerləşməsi nəticəsində əmələ gələ bilər.
Kalmar
Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları; lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. == Həyat tərzi == Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir. == Quruluşu == Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir.
Narmer
Narmer (e. ə. XXXII əsr – e.ə. 3125) — e.ə. 3100-cü illərdə hökm sürmüş və bir çox alim tərəfindən Misirdəki ilk sülaləni qurmuş olan firon olaraq adlandırılır. Keçmişdə Ka-nın (Əqrəb Kralın) vəliəhdi olaraq taxta çıxıb, Aşağı və Yuxarı Misiri birləşdirən firon olaraq tanınmaqda olan Narmerin son vaxtlarda kəşf edilən tapıntılar ilə Əqrəb Kralla eyni adam ola bilmə ehtimalı güclənməkdədir. 1898-ci ildə Hierakonpolda tapılan məşhur Narmer tabletlərində Aşağı və Yuxarı Misirin birləşməsndən bəhs edən Narmerin bu tabletlər sayəsində Misirin ilk fironu ola biləcəyi düşünülür, ancaq ənənəvi tarixçilərin keçərli saydığı Manethonun firon siyahısında sözügedən birləşdirici firondan Menes olaraq bəhs edilir. Bu çərçivədə Misirin ilk fironu məsələsi, hələ də tarix və arxeologiya dünyasında mübahisələrin davam etdiyi bir mövzu olaraq gündəmdə qalmağa davam etmişdir. Bu dövrə aid arxeoloji məlumatların çox dəqiq olmaması səbəbilə, bəzi elm adamları Manethonun siyahısında yer alan Menes ilə Narmerin görünüş bənzərliyi səbəbi ilə eyni şəxs olduğunu önə sürərkən, bəzi elm adamları ilə Narmerin oğlu və vəliəhdi olan Hor-Aha ilə Menesin eyni adam olduğunu önə sürmüşdür. Ortaya atılan başqa bir teoremə görə isə, Narmerin Misiri əsl olaraq birləşdirən və Əqrəb Kral olaraq adlandırılan bir Yuxarı Misir fironunun yerinə təcili olaraq taxta keçmək məcburiyyətində olan vəliəhdi olduğu önə sürülmüş, və Misirin birləşdirilməsi qələbəsinin bu təcili dəyişiklik səbəbilə Narmerə ithaf edildiyi iddia edilmişdir.
Salmea
Salmea (lat. Salmea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Salmea caleoides Griseb.Salmea eupatoria DC. Salmea glaberrima Griseb. Salmea hirsuta (Sw.) DC. Salmea insipida (Jacq.) Bolick & R.K.Jansen Salmea oligocephala Hemsl. Salmea orthocephala Standl. & Steyerm. Salmea palmeri S.Watson Salmea pauciceps Griseb. Salmea petrochioides Griseb. Salmea scandens (L.) DC. Salmea umbratilis B.L.Rob.
Kajmer
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
Xylothamia palmeri var. palmeri
Neonesomia (lat. Neonesomia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Neonesomia palmeri (A.Gray) Urbatsch & R.P.RobertsSinonim Aster palmeri A.Gray Ericameria austrotexana M.C.Johnst. Isocoma palmeri (A.Gray) Shinners Xylothamia palmeri (A.Gray) G.L.Nesom Xylothamia palmeri var.
Actinea palmeri
Plateilema (lat. Plateilema) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Plateilema palmeri (A.Gray) CockerellSinonim Actinea palmeri (A.Gray) B.L.Rob.
Actinella palmeri
Plateilema (lat. Plateilema) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Plateilema palmeri (A.Gray) CockerellSinonim Actinea palmeri (A.Gray) B.L.Rob.
Ageratina palmeri
Ageratina palmeri (lat. Ageratina palmeri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Alan Kalter
Alan Robert Kalter (21 mart 1943, Nyu-York, Nyu-York ştatı – 4 oktyabr 2021, Stamford) ― Amerika televiziya aparıcısı.
Aster palmeri
Neonesomia (lat. Neonesomia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Neonesomia palmeri (A.Gray) Urbatsch & R.P.RobertsSinonim Aster palmeri A.Gray Ericameria austrotexana M.C.Johnst. Isocoma palmeri (A.Gray) Shinners Xylothamia palmeri (A.Gray) G.L.Nesom Xylothamia palmeri var.
Taymer
Taymer (timer) – akustik sistemi idarə etmək, tarix və zamanı izləmək və başqa işlərlərdə gərəkli olan zaman intervallarını ölçmək üçün istifadə olunan hesablama sistemində: registr (yüksəksürətli yaddasaxlama sxemi), xüsusi sxem (kristal), yaxud sistem proqramı. Taymerin impulsları sinxronlaşmanın sistem tezliyi əsasında alına bilərsə də, o, sistem saatı deyil. Sistemlərin çoxunda kəsilmə taymerləri olur ki, onlar cari proqramın icrasını dayandırır və idarəetməni əməliyyat sisteminə verir Taymerlər == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Valser
Valser (fr. Valserres, oks. Vauserres) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05176. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 217 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 133 nəfərin (15-64 yaş arasında) 101-i iqtisadi cəhətdən, 32-i fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.9%, 1999-cu ildə 76.8%). Fəal olan 101 nəfərdən 95 nəfər (56 kişi və 39 qadın) işləyir, 6 nəfər işsizdir (4 kişi və 2 qadın).
Walter
Volter Tomas (ing. Thomas Walter, 1740[…], Hempşir qraflığı[d] – 17 yanvar 1789, Cənubi Karolina) — İngilis mənşəli Amerika botaniki. == Elmi əsərləri == Flora caroliniana. 1788. == Ədəbiyyat == Robert Zander; Fritz Encke, Günther Buchheim, Siegmund Seybold (Hrsg.): "Handwörterbuch der Pflanzennamen". 13. Auflage. Ulmer Verlag, Stuttgart 1984, ISBN 3-8001-5042-5.
Achillea palmeri
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Apus caffer
Apus caffer (lat. Apus caffer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Bahia palmeri
Orochaenactis (lat. Orochaenactis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Kaşmər
Kaşmər — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kaşmər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 81,527 nəfər və 21,947 ailədən ibarət idi.
Çöllər
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..