Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Canfida
Canfida — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Canfəda kimi, Qafqazın 5 verstlik xəritəsində Canfida formasında qeyd edilmişdir. XVIII əsr mənbəyində göstərilir ki, kənddə oğuzların reyhanlı tayfası yaşamışdır. == Əhalisi == Kənddə 1831-ci ildə 283 nəfər, 1873 - cü ildə 999 nəfər, 1886-cı ildə 1165 nəfər, 1897-ci ildə 1071 nəfər, 1908-ci ildə 1172 nəfər, 1914 - cü ildə 1244 nəfər, 1916-cı ildə 1384 nəfər, 1918-ci ildə 1318 nəfər, 1919cu ıldə 1815 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ilin sonlarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və 1915-1918-ci illərdə Türkiyənin Alaşgerd, Samson vilayətlərindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndi ermənilər yaşayır. Canfida kəndində 1918-ci ildə 1300 nəfər əhalis olmuşdur.. Daşnak hökumətinin fitvası ilə erməni silahlıları kəndin altını üstünə çevirmişlər. Əhalinin əksər hissəsini qəddarcasına məhv emişlər.
Çanza
Çanza və ya şanza (монг. шанз, бур. шаанза) — monqol və buryat simli-mizrablı musiqi aləti. == Alətin quruluşu == Çanzanın xarici görünüşü olduqca orijinaldır. Böyük ölçülü aşıqlar bərkidilmiş boynu hamar səthli oval çanaq-rezonatora birləşdirilib.Adətə görə , çanağına üzünə ilan dərisi çəkilir.3 ipək və ya bağırsaq simlər (pərdə düzümü kvarta-kvintalıdır) özünəməxsus tembrdə titrəşən, xışıldayan, bir qədər zərb duyumu yaradan səs çıxarır. == Alətin tarixi == Çanza alətini XX əsrdə Rusiyada rekonstruksiya ediblər.Bəzi modellərinə 4-cü simi artırılıb, həmçinin , alətin bir neçə növü hazırlanıb. == Çanza aləti əsərlərdə == Orkestrlərdə, Çanza alətinə çox zaman müşayiətçi rol verilir, lakin onu həm solo , həm də tematik partiya ilə ifa etmək olar.Xalq təcrübəsində Çanza xalq mahnılarını oxuyanları müşayiət edir. Buryat bəstəkarları Çanzanı simfonik və XÇA orkestrinə daxil edirlər ki, bu da onun qeyri-adi səslənməsi ilə parlaq təəsürat oyadır.Çanza aləti J.Batuyev və B.Mayzelin "Eşq naminə" baletində Solo çıxış edir.
Culcha Candela
Culcha Candela — Berlində yaranmış alman Dancehall qrupu. Onların mahnılarının sözləri siyasətdən başlayaraq, (məsələn - "Una Cosa" və ya "Schöne, neue Welt") party, gecə klubları (məsələn - "Partybus") kimi bir çox mövzuları əhatə edir. Culcha Candela adının mənası "qaynar" və "parlaq" kimi tərcümə oluna bilər. == Tarix == Culcha Candela üç gənc oğlan Johnny Strange, Itchyban, və Lafrotino tərəfindən yaranmışdır. Sonradan bu qrupa Larsito, Mr. Reedoo, Don Cali, və DJ Chino con Estilo da daxil olmuşlar. Belə multikulturizm qrupun musiqi üslubunun seçiminə də özünü göstərmişdir: belə ki, mahnıların bir çoxunda alman, ingilis, ispan və patua dillərində aktiv istifadə olunur. Həmçinin musiqidə Rok, Salsa, Hip-hop və Reggae üslubları hiss olunur. == Albomlar == == Mahnılar == == İstinadlar == == Xarici keçidlər == Culcha Candela Official Website Culcha Candela Fan Website Arxivləşdirilib 2007-07-22 at the Wayback Machine English Lyrics Arxivləşdirilib 2012-04-07 at the Wayback Machine Culcha Candela interview with Big Up!