Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Chaff
Chaff və ya Saçılma hərbi aviasiyada döyüş təyyarələri və vertolyotları tərəfindən düşmən radar vahidlərini aldatmaq üçün istifadə olunan bir əks tədbirdir. Pilotun işə salması ilə daxili çox nazik alüminium, mis, metalize edilmiş lif və ya plastik ilə doldurulmuş şaft silindrləri təyyarə ilə təhlükə elementi arasında partladılır (məsələn, düşmən radarı və ya yaxınlaşan döyüş raketi) və yüngüllüyünə görə bir müddət havada asılı olaraq qalan metal bulud təbəqəsi yaranır. Nəticədə düşmən radarından gələn radiodalğaları bu təbəqədən əks olunaraq alıcıya qayıdacaq və bu səbəbdən arxasındakı təyyarəni tanımaqda çətinlik çəkəcəkdir.
Charly Coombes və The New Breed
Charly Coombes & The New Breed - Musiqi (rock-n-roll) qrupudur. == Qrupun yaradılması və tarixi == Qrup 2009-cu ildə Oksfordda liderləri Çarli Kombes olan dörd gənc tərəfindən "köhnə ruhun və yeni musiqinin vəhdəti" şüarı ilə yaradılmışdır. 2009-cu ildə qrup Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıqnda müxtəlif səhnələrdə çıxış etmişlər. 2011-ci ildə Braziliya turneləri isə onların məhşurlaşmasına gətirib çıxarmışdır. Qısa müddət ərzində bir zamanların ən yaxşı oyunlarından biri hesab edilən Dream League Soccer seriyasının ilkin versiyasında (2011-2016-cı il üçün nəzərdə tutulan; v2.07) qrupun musiqilərinin çalınması üçün təklif gəlir və qrup təklifi qəbul edir, qrupun populyarlığı daha da artır. Qrup tarixi ərzində 3 albom buraxır: "Wawes", "Panic" və "Noise Control". Sonradan qrup köhnə stabilliyini qoruya bilmir, satışlar sıfıra yaxınlaşır, nəhayət qrup yekdil qərarla dağılır. Qrupun rəsmi internet səhifəsi də bu minvalla tarixin tozlu səhifələrinin arasında itib batır.