Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The Classical Music of Azerbaijan: Chamber Volume 6
The Classical Music of Azerbaijan: Chamber Volume 6 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış altıncı və sonuncu albomdur. Adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda olan simfonik əsərləri daxil edilmişdir. Ümumilikdə alboma səkkiz Azərbaycan bəstəkarı - Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Qəmbər Hüseynli, Azər Rzayev və Həsən Rzayevin on bir əsəri daxil edilmişdir. Əsərlər Azərbaycan Dövlət Simfonik Orkestrı, Ramiz Quliyev və Oleq Qreçko tərəfindən ifa edilmişdir. Üzeyir Hacıbəyov (1885-1948) Arazbari (1928) Aşıqsayağı (1931) Qara Qarayev (1918-1982) Fortepiano üçün prelüd I (1950) Fortepiano üçün prelüd II (1950) Fortepiano üçün prelüd III (1950) Fikrət Əmirov (1922-1984) Nizami (1947) Vasif Adıgözəlov (1936-2003) Qərənfil (1959) (tarda Ramiz Quliyev) Aqşin Əlizadə (d. 1937) Cəngi (1982) (qoboyda Oleq Qreçko) Qəmbər Hüseynli (1916-1961) İlk Məhəbbət (1952) (tarda Ramiz Quliyev) Azər Rzayev (d. 1930) Qaytağı (1994) (tarda Ramiz Quliyev) Həsən Rzayev (d.
Dendrobium phalaenopsis var. chamberlainianum
Chambéry
Şamberi, Fransanın Auvergne-Rhône-Alpes regionunda yerləşən və Savoyya departamentində yerləşən kommunadır. Şəhərin ümumi əhalisi 56.835 nəfər təşkil edir.
Amber
Amber (Fransızca tələffüz: [ɑ̃bɛʁ]; Auvergnat: Embèrt, fr. Ambert) — Fransanın mərkəzində yerləşən Overn regionun Püi-de-Dom departamentinin kommunası (əsas şəhəri). Amber Alye çayının bir qolu olan Dore çayın kənarında yerləşir.
Hammer burnu
Hammer burnu — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimalda yerləşən qayalardan ibarət burundur. Burun Dreyk boğazından 1 km şimal-qərbdə yerləşmişdir. Burun Nevestino buxtasından isə cənub-qərbdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Burunun kim tərəfindən adlandırılması məlum deyil. Fort Vilyam burnundan 5.17 km şimal-şərqdə, Katarina burnundan 2.08 km cənub-qərbdə, Nevell burnundan 6.79 km şimal-qərbdə, Heyvuud adasından 2.24 km-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map.
Hayber-Paxtunxva
Hayber-Paxtunxva (urdu خیبر پختونخوا; puşt. خیبر پښتونخوا; ing. Khyber Pakhtunkhwa) — Pakistanda əyalət. Əsas əhali Hindukuş vadisindəki puştunlar, hind xalqları təmsil olunur, onların ən böyüyü Kho xalqıdır. 24 may 2018-ci ildə Pakistan Milli Assambleyası Federal Hökumətin Tribal Ərazisini (XPFU) və Hayber Paxtunxvanı (NWFP) birləşdirməyə razı oldu. Mayın 25-də Senat bu məsələyə baxdı. 31 mayda Federal Hökumət qəbilələrinin ərazisi vilayətə birləşdi. Əyalət Əfqanıstan (şimal-qərbdə), Qilgit-Baltistan (şimal-şərqdə), Azad Kəşmir (şərqdə), Qəbilə zonası (qərbdə), İslamabad (cənub-şərqdə) ilə həmsərhəddir. Vilayət inzibati mərkəzi Peşəvardır. Əsasən İran yüksəkliklərində, Avrasiya tektonik plitəsinin Hindu Kuş silsiləsinin yamacları indus hövzəsindəki Hindustan plitəsinin təpələrindən daha aşağı olduğu bir yerdə yerləşir.
Yan Hammer
Yan Hammer (çexcə: Jan Hammer, 17 aprel 1948, Praqa, Çexiya) - Çexiya kompozitorudur. Bir neçə dəfə "Qremmi" mükafatına layiq görülmüşdür. 1970-ci illərin əvvəllərində "Mahavishnu Orchestra" musiqi qrupunda çalışmış, "Mayami polisləri" teleserialı, Qaranlıq mələyi və çox filmlərə musiqi bəstələmişdi.
A Haber
Amber (rayon)
Amber (fr. Ambert) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Püi-de-Dom. Suprefektur - Amber. Rayonun əhalisi 2006-cı ildə 27 458 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 23 nəfər / km². Rayonun sahəsi 1188 km².
Amber Herd
Ember Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin, Texas, ABŞ) — ABŞ aktrisası.
Amber Hörd
Ember Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin, Texas, ABŞ) — ABŞ aktrisası.
Amber Staxovski
Amber Staxovski (d. 14 mart 1983) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Amber Staxovski, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Ataa Caber
Ataa Caber (3 oktyabr 1994) – Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin yarımmüdafiəçisi. Makkabi Hayfada ilk matçına 2 aprel 2012-ci ildə keçirilən Makkabi Hayfa-Aşdod matçında çıxıb. Matça start heyətdə başlayan Ataa Caber 46-cı dəqiqədə əvəzlənib. Matç Makkabi Hayfanın 3-0 hesablı qələbəsi ilə başa çatıb.Makkabi Hayfada ilk qolunu 11 avqust 2015-ci ildə keçirilən Makkabi Hayfa-Hapoel Akko matçında vurub. Matça 53-cü dəqiqədə daxil olan Ataa Caber 90+3-cü dəqiqədə fərqlənməyi bacarıb. Matç Makkabi Hayfanın 3-0 hesablı qələbəsi ilə başa çatıb.2 fevral 2017-ci ildə Makkabi Hayfadan ayrıldı. 2 fevral 2017-ci ildə Bney Saxnin klubuna transfer olundu. 31 avqust 2021-ci ildə Bney Saxnin klubundan ayrıldı. 31 avqust 2021-ci ildə Aşdod klubuna transfer olundu. Aşdodda ilk matçına 12 sentyabr 2021-ci ildə keçirilən Aşdod-Hapoel Hayfa matçının 59-cu dəqiqəsində çıxıb.Həmçinin o matçın 88-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
Caber qalası
Caber qalası - Suriyada yerləşən Osmanlı qalası. Qala Fərat çayının sol sahilində yerləşir. Qala Süleyman Şah ətəklərində yerləşdiyində 1921-1973-ci illərdə Türkiyə torpaqlarında yerləşirdi.
Fris Haber
Fris Haber (alm. Fritz Haber‎, 9 dekabr 1868, Breslau — 29 yanvar 1934, Bazel) — yəhudi əsilli alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1918). Fris Haber 1911-ci ilə qədər Karl Boş ilə birlikdə işləyərək,araşdırmaları nəticəsində Haber-Bosch nəzəriyyəsini yaradıb. İnqilab sayılacaq bu kəşf sayəsində onlar birbaşa olaraq hidrogen və azotdan ammonyak sintez etməyi bacardılar. Nəticədə gübrə istehsalının təməl elementlərindən olan ammonium nitrat və potasiumu əldə etməyi həm iqtisadi cəhətdən daha effektiv etdilər, həm də əldə olunma prosesini daha asan formaya saldılar. Haber, Birinci Dünya müharibəsi,xüsusilə İkinci İpr döyüşü dövründə xlor qazı və digər zəhərli qazların ixtirası və silahlanmada istifadəsi ilə bağlı apardığı ilk illərdəki fəaliyyətinə görə "kimyəvi müharibənin atası" sayılır. Fris Haber Prussiyanın Breslau (indi Polşanın Vrotslav şəhəri) şəhərində maddi imkanları yaxşı olan yəhudi ailəsində anadan olmuşdur.:38 Ailənin övladlarına verdiyi Haber adı bölgədə yayılmış ad idi,ailə məhz bu adı,Haberin Kempnodan olan yun alveri ilə məşğul ulu babası Pinkus Selinq Haberin şərəfinə övladlarına vermişdilər. 13 mart 1812-ci ildə,Pinkus Haber də daxil olmaqla yəhudilər və ailələrinə "yerli vətəndaşlar və Prussiya vətəndaşları kimi davranılmalısı" haqqında tarixi əhəmiyyətli Prussiya fərmanı verildi. Bu cür qaydalara əsasən, Haber ailəsinin üzvləri ticarət, siyasət və hüquq sahələrində hörmətli mövqelər qura bildilər.:3–5 Fris Haber, ailələrinin ciddi müqavimət göstərməsinə baxmayaraq evlənən ilk əmiuşağı Ziqfrid və Paula Haberin oğlu idi. Frisin atası Ziqfrid, boya piqmentleri, boyalar və əczaçılıq sahəsində öz işini qurmuş şəhərdə tanınmış tacir idi.:6 Paula çətin hamiləlik yaşadı və Frisin doğumundan üç həftə sonra öldü,Ziqfrid məyus oldu və Frisi xalalarının himayəsinə verdi.:11 Fris təxminən altı yaşındaykən, Ziqfrid yenidən Hedviq Hamburqer ilə evləndi.
Haber Global
Haber Global — 2018-ci ildə azərbaycanlı iş adamlarının Türkiyədə təsis etdiyi xəbər kanalı. Kanalın Direktorlar Şurasının sədri Elnur Abdullayev, İdarə Heyətinin sədri isə Məmməd Gülməmmədovdur. Global Media Groupa daxildir. 2018-ci ilin aprel ayında Türkiyə mediası azərbaycanlı iş adamları Elnur Abdullayev və Məmməd Gülməmmədovun "TR24" adlı yeni xəbər kanalı yaradacaqlarını yazırdı. Lakin həmin ilin iyun ayında Türkiyənin Radio-Televiziya Ali Şurası "TR24" markasının başqa teleşirkət tərəfindən patentləşdirilməsini əsas gətirərək "TR24" adıyla müraciət olunan lisenziya üçün müsbət cavab vermədi. Bunu nəzərə alan şirkət rəhbərliyi "Haber Global" adıyla lisenziya üçün müraciət etdikdən sonra müsbət cavab ala bildi. Bu qərardan təxminən 2 ay sonra isə Haber Global yayıma start verdi. İlk yayımında telekanalı Osman Girgin elan etdi. Telekanalın ilk rəhbəri Suat Toxdaş olsa da, o, bir neçə həftə sonra "telekanal sahibi ilə anlaşılmazlıq" olduğunu iddia edərək istefa verdi. Daha sonra bu vəzifəyə əvvəl CNN Türk rəhbərliyi vəzifəsində çalışmış Ərdoğan Ağdaş təyin olundu.
Haber krateri
Haber krateri (lat. Haber) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Fris Haberin şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. Boş kraterinə ən yaxın yerləşən krater Lavleys krateridir və ondan cənub-qərbdə yerləşir. Lenard krateri bu kraterdən şimal-qərbdə, Ermit şimalda və Silvester krateri isə cənub-şərqdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 83°24′ şm. e. 94°38′ q. u.83,4° şm. e.
TRT Haber
TRT Haber TRT tərəfindən qurulan xəbər kanalıdır. 18 mart 2010-cu il tarixində yayıma başlamışdır. Kanal qurulana yaxın TRT 2 bağlandı. Yayım saatını əsasən xəbər verilişləri təşkil edir. 18 noyabr 2013-cü il tarixində "HD" yayıma başlamış və 16:9 formatlı yayıma keçmişdir.
A Haber HD
Amber şahmat turniri
Amber şahmat turniri (rəsmi adı ilə ing. Amber Rapid and Blindfold Chess Tournament) — 1992-2011-ci illərdə keçirilmiş illik şahmat turniri. Turnirə ancaq dəvət yolu ilə dünyanın ən yaxşı şahmatçıları iştirak edirdilər. 1993-cü ildə keçirilən ikinci turnirdən etibarən gözübağlı şahmat və sürətli şahmat da turnirin proqramına salınmış və turnirin özü Monakonun paytaxtı Monte Karlo şəhərində keçirilməyə başlanmışdır. Turnirin sponsoru qiyabi şahmat üzrə dünya çempionu olmuş holland biznesmen Yup Van Osterom olmuşdur. Onun qızının şərəfinə adlandırılmış bu turnirin ilin mart ayında təşkil olunurdu. Van Osteromun bacısı da öz adını Kristal Kelli şahmat turnirinə vermişdir. Turniri ən çox Vladimir Kramnik qazanmışdır. (6 dəfə) Vişvanatan Anand yeganə şahmatçıdır ki, eyni turnirdə həm sürətli şahmat, həm də gözübağlı şahmat turnirlərinin qalibi olub. (Bunu iki dəfə etmişdir: 1997 və 2005-ci ildə) Sürətli şahmatda ən çox qalib gələn Anand (9 dəfə), gözübağlı şahmatda isə ən çox qalib gələn Kramnikdir.
Haber-Veys reaksiyası
Haber-Veys reaksiyası- H2O2 (hidrogen peroksid) və superoksidin (• O2−) OH hidroksil radikalıdır. Reaksiya oksidləşdirici olaraq qəfəsdə baş verə bilər. Dəmir ionları katalizator olaraq iştirak edir və reaksiya kifayət qədər yavaş gedir. Reaksiyanın birinci mərhələsi Fe3+ -nın reduksiya olunması ilə başlayır: Fe3+ + •O2− → Fe2+ + O2 İkinci mərhələ: Fe2+ + H2O2 → Fe3+ + OH− + •OH Fe katalizatoru üçün ümumi reaksiya: •O2− + H2O2 → •OH + OH− + O2 Reaksiyanın adı Frits Haber və onun tələbəsi İosif Veysin şərəfinə adlandırılmışdır. 1931-ci ildə alman kimyaçısı və kimya üzrə Nobel mükafatçısı Frits Haber və tələbəsi İosif Veys Haber-Weiss reaksiyası adlanan zəncirvari reaksiyanı belə izah etmişlər: (1) HO• + H2O2 → H2O + O2•- + H+ (2) O2•- + H+ + H2O2 → O2 + HO• + H2O Lakin 1947-ci ildə Corc superoksid və hidrogen peroksid (2) arasındakı reaksiyanın superoksid parçalanmasının sürətli reaksiyasına nisbətən əhəmiyyətsiz olduğunu göstərdi: (3) O2•- + H2O2 → OH− + HO• + O2 1949-cu ildə Veys bu dəlilləri qəbul etdi və Haber- Veys reaksiyası uzun müddət unuduldu. 1970-ci ildə Boşamp və Fridoviç superoksidin toksik təsirlərini izah etmək üçün unudulmuş bir reaksiyanı canlandırdılar, lakin 1970-ci illərdə aparılan laboratoriya tədqiqatları göstərdi ki, bu reaksiya üçün sürət sabitinin 1 M-1с-1 və ya daha az olması Corcun əvvəlki nəticələrini təsdiqlədi. Superoksid və hidrogen peroksid arasındakı reaksiyanın yenidən əhəmiyyətsiz olması təsdiqləndi və superoksidin toksikliyi Fentonun reaksiyasında öz əksini tapdı: (4) Fe2+ + H2O2 → Fe3+ + HO- + HO• 1994-cü ildə Kan və Keşa sərbəst oksigeni almaq məqsədilə Haber- Veys reaksiyasına müraciət etdilər. Hal-hazırda superoksidin toksikliyi Fenton reaksiyası ilə izah edilir. W. H. The Haber-Weiss cycle – 70 years later (неопр.) // Redox Report. — 2001.
Haber Türk TV
Habertürk TV — Türkiyədə Ciner Yayım Holdinq şirkətinə məxsus olan xəbər kanalıdır. Türk dilində xəbərlər yayımlayan kanalın təsisçisi Ufuq Güldəmir olmuşdur. Habertürk TV, Ufuq Güldəmir tərəfindən 23 mart 2001 tarixində Habertürk Radio ilə birlikdə təsis edilmişdir. Milli yayımçı olan telekanal, Ufuq Güldəmirin vəfatından sonra 16 noyabr 2007-ci il tarixində "Ciner Yayım Holdinq" şirkətinə satıldı. 27 oktyabr 2008-ci il tarixində kanalla eyni şirkətə məxsus olan digər televiziya kanalı "Kanal 1"-in analoq yayım tezliyindən yayımlanmağa başladı və "AGB"-nin reytinq hesabatına qatıldı. Kanalın rəhbəri uzun müddət Ərdoğan Ağdaş idi. Lakin 4 avqust 2009-cu ildə vəzifəsindən istefa verərək A Xəbər telekanalına keçdi. Ağdaşdan sonra boş qalan rəhbərlik vəzifəsinə İgid Bulud gəldi. Əli Çağatay isə kanalın xəbər koordinatoru oldu. Lakin daha sonra — 2012-ci ildə "Ciner Yayım Holdinq"-in qəbul etdiyi qərar əsasən şirkət, İgid Buludla əməkdaşlığı dayandırdı.
Halk Haber TV
Halk Haber TV — 10 yanvar 2005-ci ildə Dəniz Baykalın dəstəyi ilə qurulan televiziya kanalı. 3 fevral 2011-ci il tarixində bağlanan kanal həmin ilin 18 fevralında Cümhuriyyət Xalq Partiyasının qərarına əsasən təkrar quruldu. 31 iyul 2012-ci il tarixində 500.000 dollar borca görə "Digiturk"də yayımı sona çatdı. Borcun ödənilməsindən sonra 18 fevral 2013-cü ildə yenidən "Digiturk"də yayımlanmağa başladı. Kanalı Türksat 3A, Digiturk, D-Smart, Turkcell TV vasitəsilə izləmək mümkündür. 2013-cü ildə Gəzi Parkı hadisələri zamanı müqavimətin səsi olmuş və tamaşaçılarının sayı artmışdır.
Krım Haber Ajansı
Krım Xəbər Agentliyi (qısaca QHA ), Krım Tatar xalqının milli xəbər agentliyidir. QHA, Krım və Ukraynadakı Krım Tatarları və dünyadakı Krım Tatar diasporları ilə əlaqəli hadisələr haqqında yerli və xarici mətbuata Ukrayn, Rus, Türk və İngilis dillərində xidmət göstərir . Krım Tatar Milli Lideri Mustafa Əbdülcəmil Qırımoğlunun təlimatı ilə iş adamı İsmet Yüksel və Krım Tatar Milli Məclisi üzvü Dr. Gayana Yüksel tərəfindən qurulmuşdur. Agentlik 1944 Krım tatarlarının deportasiyasının 62-ci ildönümü olan 18 May 2006-cı ildə Simferopolda yayım həyatına başladı. 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra agentliyin fəaliyyəti qanunsuz olaraq bloklandı və 2015-ci ilin iyun ayında qərargahı Kiyevə köçürərək və 2016-cı ildə Ankarada bir əlaqə ofisi açaraq yenidən quruldu.
Demirören Haber Ajansı
Dəmirören Xəbər Agentliyi, həmçinin "Dəmirörən" Xəbər Agentliyi və ya "Demirören" İnformasiya Agentliyi (türk. Demirören Haber Ajansı, DHA) — Türkiyə informasiya agentliyi. 1999-cu ildə "Hürriyyət" Xəbər Agentliyi ilə "Milliyyət" Xəbər Agentliyinin birləşməsi ilə "Doğan Xəbər Agentliyi" adı ilə qurulmuşdur. 2011-ci ildə Türkiyədə 41, xaricdə isə 26 ofisi olmuşdur. "DHA" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana tənqidi yanaşması ilə tanınırdı. Agentlik 2018-ci ilin martında "Doğan Holdinq" tərəfindən sahibi Ərdoğan hökumətinə yaxın olan "Dəmirören Holdinq"ə satılmışdır. Bundan sonra agentliyin adı "Demirören Xəbər Agentliyi" olaraq dəyişdirilmişdir. Türkiyədə 34 ofisi olan DHA, müxtəlif yayım təşkilatlarına, xüsusən də "Dəmirören Media" qrupuna bağlı televiziya, radio və qəzetlərə xəbər və video xidmətləri göstərir. Burada ingilis, alman və Çin, eləcə də türk dillərində xəbərlər təqdim edilir.
Doğan Haber Ajansı
Dəmirören Xəbər Agentliyi, həmçinin "Dəmirörən" Xəbər Agentliyi və ya "Demirören" İnformasiya Agentliyi (türk. Demirören Haber Ajansı, DHA) — Türkiyə informasiya agentliyi. 1999-cu ildə "Hürriyyət" Xəbər Agentliyi ilə "Milliyyət" Xəbər Agentliyinin birləşməsi ilə "Doğan Xəbər Agentliyi" adı ilə qurulmuşdur. 2011-ci ildə Türkiyədə 41, xaricdə isə 26 ofisi olmuşdur. "DHA" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana tənqidi yanaşması ilə tanınırdı. Agentlik 2018-ci ilin martında "Doğan Holdinq" tərəfindən sahibi Ərdoğan hökumətinə yaxın olan "Dəmirören Holdinq"ə satılmışdır. Bundan sonra agentliyin adı "Demirören Xəbər Agentliyi" olaraq dəyişdirilmişdir. Türkiyədə 34 ofisi olan DHA, müxtəlif yayım təşkilatlarına, xüsusən də "Dəmirören Media" qrupuna bağlı televiziya, radio və qəzetlərə xəbər və video xidmətləri göstərir. Burada ingilis, alman və Çin, eləcə də türk dillərində xəbərlər təqdim edilir.
Sen-Ramber-an-Byuje
Sen-Ramber-an-Byuje (fr. Saint-Rambert-en-Bugey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-cu ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15–64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 76,0%, 1999-cu ildə 70,4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Halet Çambel
Halet Çambel (türk. Halet Çambel; 27 avqust 1916, Berlin – 12 yanvar 2014, İstanbul) — Türk arxeoloq və qılıncoynadan. Olimpiya Oyunlarında iştirak edən ilk müsəlman qadın. Halet Çambel 27 avqust 1916-cı ildə Berlində anadan olmuşdur. Atası Həsən Cəmil bəy, hərbi attaşe idi və Mustafa Kamal Atatürkün dostu olmuşdur. Çambelin anası Rəmziyə Xanım, o dövrdə Osmanlının Almaniyadakı səfiri vəzifəsini icra etmiş keçmiş Vəzir İbrahim Haqqı Paşanın qızı idi. Halet Çambel Arnavutköy Amerikan Qızlar Məktəbində oxumuşdur (daha sonra bu məktəb Robert Kolleci adlanır). Məktəbdə oxuyarkən qılıncoynatma ilə məşğul olmağa başlayır. 1933-39-cu illərdə Paris Universitetində arxeologiya təhsili alır. 1940-cı ildən İstanbul Universitetində köməkçi işləyir.