Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Echinops chardini
Echinops chardini (lat. Echinops chardini) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.
Carmina Burana (Orf)
Boyern nəğmələri və ya Karmina Burana (lat. Carmina Burana; tam adı."Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis" - Boyern nəğmələri: Musiqi alətlər və ovsunlu rəsmlərin müşayəti ilə müğənnilər və xor qrupları tərəfindən oxunması üçün sekulyar nəğmələr ) – alman bəstəkarı Karl Orf tərəfindən 1935 – 1936 – cı illərdə bəstələnmiş tetral kantata. Əsərin mövzusu orta əsrlərə aid şeirlər dəsti olan "Carmina Burana"dan götürülüb. Əsərin tam adı belədir: "Carmina Burana: Cantiones profanж cantoribus et choris cantandж comitantibus instrumentis atque imaginibus magicis" (Beuern mahnıları: İfaçıları və xorun musuqi alətləri və sehirli görüntülərlə ifa etməsi üçün). "Carmina Burana", "Catulli Carmina" və "Trionfo di Afrodite" kontataları ilə birgə "Trionfo" adlı dəstin tərkib hissəsidir. Carmina Burananın ən məşhur hissəsi əsəri açılışı və bağlanışında ifa edilən "Fortuna Imperatrix Mundi" ("O Fortuna") hissəsidir. == Məzmun == 1934 – cü ildə Orf Carmina Burana əsərinin İohann Andreas Şmeller tərəfindən 1847 – ci ildə yazılmış mətni ilə rastlaşır. Latın və yunan dillərini öyrənən gənc tələbə Maykl Hofmann Orfa "Carmina Burana" toplusuna daxil olan 24 şeirdən hissələri əsərin librettosu üçün seçməyə yardım etmiş və onlardan böyük hissəsi latın dilində, bir hissəsi isə alman dili və qədim Provansal dilində olmuşdur. Seçim geniş mövzu rəngarəngliyini əhatə etməklə XIII əsrdə məşhur olan, XXI əsrdə isə daha çox şans və zənginlik, həyatın keçici təbiəti, Baharın qayıtmasının gətirdiyi əyləncə və zövq, içkinin təhlükəliyi, acgözlülük, qumarbazlıq və şəhvət kimi mövzulardan ibarət idi. == Təqdim == Carmina Burana ilk dəfə 8 iyun, 1937 – ci ildə Frankfurtda, Frankfurt Opera Teatrı tərəfindən (rəhbər: Bertil Vetzelberq, xor Sisilensor, səhnələşdirmə Oskar Volterlin, kostyumlar Oskar Volterlin) ifa edilmişdir.
Devid Hardinq
Devid Hardinq (avqust 1961, Oksford) — İnvestisiyaların idarə olunması üzrə Vinton Qrup-un yaradıcısı və rəhbəridir. == Həyatı == 1961-ci ilin avqustunda İngiltərədə, London şəhərində anadan olmuşdur. Kembric Universitetində təbiət elmləri üzrə təhsil almışdır.
Florens Hardinq
Florens Klinq Hardinq (ing. Florence Harding; 15 avqust 1860[…], Marion[d], Ohayo – 21 noyabr 1924[…], Marion[d], Ohayo) — ABŞ-nin Prezidenti Uorren Hardinqin həyat yoldaşıdır.
Uorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). == ABŞ Uorren Hardinq prezidentliyi dövründə == 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Vorren Hardinq