QİYAMƏT

I. i. 1. the end of the world; great disaster; 2. tumult, ballyhoo; ~ qoparmaq / salmaq / etmək to create an uproar, to raise* hell / scandal / ballyhoo

II. s. marvellous, splendid, charming, very nice, excellent; ~ şey marvellous / splendid / very nice thing; ~ səs marvellous voice; ◊ ~ günü doomsday

III. z. marvellously, splendidly, wonderfully; ~ oxumaq to sing* wonderfully / marvellously

QİYAMÇILIQ
QİYMƏ
OBASTAN VİKİ
Qiyamət
Qiyamət günü və ya məşhər günü — İbrahimi dinlərin esxatologiyasında - əməlisalehləri və günahkarları müəyyən etmək, əvvəlkinin mükafatını və sonuncunun cəzasını təyin etmək üçün Allahın insanlar üzərində etdiyi son məhkəmə. Yəhudilikdə Qiyamət günü hamının dirilməsindən sonra Allahın məhkəməsidir, bunun ardınca əməlisalehlərin əbədi səadəti və günahkarların isə əbədi əzabı gələcəkdir. Hamının dirilməsi o deməkdir ki, müəyyən bir zamanda bütün ölülər cismani olaraq diriləcəklər. Yeşaya, Yezekel, Daniel və başqaları kimi yəhudi peyğəmbərləri ölülərin dirilməsi haqqında danışmışlar. Belə ki, Daniel peyğəmbər bu barədə belə deyir: Torpağın altında uyuyanların bir çoxu oyanacaq, bəziləri əbədi həyata, bəziləri isə əbədi təhqir və rüsvayçılığa düçar olacaq. — Дан. 12:2 Xristianlıqda ümumi dirilmə, Qiyamət günü və intiqam doqması əsas olanlardan biridir. İncildə deyilir: “Ata heç kəsi mühakimə etmir, lakin bütün hökmü Oğula verib... hökmü ona icra etmək səlahiyyəti verib, çünki O, Bəşər Oğludur » ( Ин 5:22, Ин 5:27 ). Bu səbəbdən xristianlar inanırlar ki, İsa Məsih “özü və bütün müqəddəs mələklər Onunla birlikdə gələndə ” bütün xalqları mühakimə edəcək ( Мф 25:31).
Böyük Qiyamət
Böyük Qiyamət — Knyaz Volfqanq Vilhelm fon Pfals-Noyburq tərəfindən Noyburq kilsə altarı üçün Rubensə sifariş olunmuş tablo. Tablodakı açıq-saçıqlıq kilsə tərəfindən narazılıqla qarşılandığı üçün yarı örtülmüş şəkildə altardan asılsa da, 1692-ci ildə Düsseldorf qalereyasına verilir. "Böyük Qiyamət" hal-hazırda Köhnə Pinakotek muzeyinin Rubens adlanan VII zalında 320 nömrə altında sərgilənir.
Qiyamət anbarı
Qiyamət anbarı — "Qlobal Toxum Anbarı" layihəsidir. Anbarda dünyadakı bütün bitki toxumlarından var. Bill Qeyts də daxil olmaqla dünyanın bütün zənginlərinin uzun illərdir ki, dağın altında anbar yaratdıqları ortaya çıxıb. "Qlobal Toxum Anbarı" layihəsi 1983-cü ildən bəri Norveçdə həyata keçirilir. Anbar əgər bir gün qiyamət qoparsa, "Nuhun gəmisi" rolunu oynamalıdır. Əfsanəyə görə Nuh peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürüb və dünyada həyatın davamını təmin edib. Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn "Svalbard Qlobal Toxum Anbarı" 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Divarları nüvə bombalarına qarşı belə dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4 milyon ədəd müxtəlif toxum saxlanır. Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb. Təxminən yüz ölkədəki "bitki mənşəli gen bankları"nda olan toxum nümunələri Qiyamət Anbarı (Doomsday Vault) adlandırılan bu nəhəng anbarda yığılır.
Qiyamət günü
Qiyamət
Qiyamət (film)
Qiyamət — rejissor Andrzej Bartkowiak tərəfindən çəkilmiş 2005-ci ildə elmi fantastika filmidir. İd Software tərəfindən eyni adlı video oyun seriyasına əsaslananfilmdə baş rollarda Karl Urban , Rosamund Pike , Razaaq Adoti və Dwayne Johnson (The Rock kimi qeyd olunur). Filmdə dəniz piyadaları xilasetmə missiyası ilə Marsda bir obyektə göndərilir və orada şeytana bənzər canlılarla qarşılaşırlar. Universal Pictures və Columbia Pictures ilə film hüquqları müqavilələri başa çatdıqdan sonra id Software Warner Bros, ilə müqavilə imzaladı və bu şərtlə filmin bir il ərzində yaşıl işıqlandırılmasını nəzərdə tutdu. Warner Bros. sonradan 2004-cü ildə istehsalına başlayan Universal-a qaytarılan hüquqları itirdi. Film ABŞ, Böyük Britaniya, Çexiya və Almanyanın beynəlxalq birgə istehsalı idi. Doom, mənfi rəylər üçün 21 oktyabr 2005-ci ildə ABŞ-da teatral olaraq buraxıldı. Film , 60–70 milyon dollar arasında istehsal büdcəsinə qarşı dünya üzrə 58,7 milyon dollar gəlir gətirən kassa bombası idi. 2019-cu ildə Universal, Doom: Annihilation adlı ikinci birbaşa video filmini yayımladı.
Qiyamət (dəqiqləşdirmə)
Qiyamət —
Qiyamət (kitab)
Qiyamət — Çingiz Aytmatovun yazdığı kitab.
Əlaməti-Qiyamət
Əlaməti Qiyamət — rejissoruluğunu Doğa Can Anafartanın etdiyi 2016-cı ilin türk filmi. Filmin baş rollarını Murad Onuk və Mügə Əsməray paylaşır. Filmdə 1999-da Türkiyədə və dünyanın bəzi yerlerində yaşanan qorxu dolu hadisələrin Yeni Dünya Nizamı, Mehdi, İsa, şeytan, dəccal, cin və illüminati kimi mövzulara paralel inkişaf etdiyi düşüncəsini müdafiə edən hekayəsinə yer verilib. Hekayənin mərkəzində isə yalnız yaşayan "Əlif" adlı hamilə bir qadın var.
Qiyamət (film, 2003)
Qiyamət (Rom: Qayamat, digər adı: "Qiyamət: Şəhər təhlükə altında") — 2003-cü ildə Harri Baveja tərəfindən çəkilmiş hind trilleridir. Film Hollivud istehsalı olan Qaya filminin remeykidir. Baş rollarda Acay Devqan və Sunil Şetti oynamışdır. Film Hindistanda bir sıra mükafatlar əldə etmiş və eyni zamanda da, hərəkətlər, xüsusi effektlər və kinematoqrafiya üzrə mükafatlara namizəd olmuşdur. Mumbayda milyonlarla insan bioloji silah hücumundan sonra əzab içində ölümlə üz-üzə qalırlar. Təhlükəli raketlərin istehsalında istifadə edilən virus, pakistanlı generalın sifarişi ilə iki qanqster qardaş olan Əli və Abbas Ramani və onların müştərək sevgilisi Leyla tərəfindən Hindistan laboratoriyasından oğurlanmışdır. 200 nəfəri girov götürdükdən sonra şəhərlə üzbəüz yerləşən bir adadakı həbsxananı tuturlar. Onlar Hindistan hökumətindən Kəşmirin müstəqilliyini, yüz milyonlarla rupi və onların qaçması üçün vertolyot tələb edirlər. Komando əməliyyatına cavabdeh olan kəşfiyyat zabiti Əkrəm Şeyx (Sunil Shetty), bir vaxtlar həbsxanadan qaçmağı bacaran və buna görə də həbsdən azad edilən yeganə cinayətkar olan Raçitaya (Ajay Devqan) indi terrorçular tərəfindən işğal olunmuş adadakı həbsxanaya girməyə kömək etməsi üçün müraciət edir.
Qiyamət günü (Mikelanjelo)
Qiyamət günü və ya Son qiyamət (it. İtaliyan: II Giudizio Universale), İtalyan Renessans ustası Mikelancelonun Vatikandakı Cassini Şapelinin qurbangahının divarına çəkmiş olduğu fresk. İsanın ikinci dəfə gəlməsini və Allahın insanlığa son qərarını təsvir edir.
Qiyamət günü saatı
Qiyamət günü — Kainatın və bütün canlıların məhv olacağı deyilən, dini cəhətdən qəbul edilən bir zaman kəsimidir. Bir çox dini əhəmiyyətli kitablarda bu günün mövcudluğu və mütləqiyyətliyi barədə yazılsa da, elmi cəhətdən mümkünsüzlüyünü göstərən bir sıra sübutlar da vardır. Sonuncu dəfə qiyamət gününün yaxınlaşdığı tarix 12 dekabr 2012-ci ildə verilmişdir, lakin tamamilə yalan olduğu sübuta yetirilmişdir.
Qiyamət günü (Mikelancelo)
Qiyamət günü və ya Son qiyamət (it. İtaliyan: II Giudizio Universale), İtalyan Renessans ustası Mikelancelonun Vatikandakı Cassini Şapelinin qurbangahının divarına çəkmiş olduğu fresk. İsanın ikinci dəfə gəlməsini və Allahın insanlığa son qərarını təsvir edir.
Qiyamət günü (İslam)
Qiyamət (ərəb. يوم القيامة‎, — "Diriliş Günü" və ya يوم الدين Din Günü, Hökm Günü) monoteist və ya təktanrılı dinlərdə və bir çox inanışda olan, dünyanın sonunun gəlib bütün ölülərin dirilərək məhşər meydanında toplananacağına inanılan zaman, hesab günü, məhşər günü. Din adamları Qiyamətlə bağlı bir çox fikir bildiriblər. Həzrəti Məhəmməd Qiyamət yaxınlaşarkən saatın sürətlə hərəkət edəcəyini, insanların zinaya meyilli olacağını, insanların başına qəribə hadisələrin gələcəyini, qadınların başını açacağını, ateistlərin çoxalacağını və s.kimi 55 ifadə deyib. Demək olar ki bu 55 hadisədən 5-i qalıb:İmam Hüseynin qanlı köynəyi ilə geri gəlməsi, Mehdinin geri dönməsi, Dünya müsəlmanlarının ayağa qalxması, Yerlə göyün aralanması, sonuncu körpənin anadan olması. Əl müstədrək surəsində yazılana görə, Bir dəfə Ənəs ibn Malik və Hz. Məhəmməd bir yerdə söhbət edirmişlər. Birdən peyğəmbər gülür və ağ dişləri açıq qalır. İbn malik ondan niyə güldüyünü soruşur. Həzrət Məhəmməd deyir: -Allah Təala mənə qiyaməti göstərdi.
Şər yuvası: Qiyamət (film)
Şər yuvası: Qiyamət (ing. Resident Evil: Apocalypse) — 2004-cü il istehsallı amerikan qorxu və macəra filmi. Şər yuvası-nın davam filmidir. Aleksander Vitt tərəfindən çəkilən, Paul Anderson tərəfindən yazılmışdır. Şər yuvası oyununun filmləşdirilmiş versiyasıdır. 10 Sentyabr 2004 tarixində kinoteatrlarda göstərilmiş və 130 milyon dollar gəlir əldə edilmişdir. Film seriyasının birinci filmi Şər yuvasının son anlarında Alisin Racoon City küçələrində olduğu görünür. Bu filmdə isə Umbrella şirkəti təkrar "Hive"ı açmaq qərarına gəlir lakin bu virusun daha da yayılmasına səbəb olur və şirkət şəhərdən bütün professorlarını köçürmək qərarına gəlir. Ancaq professorlardan biri olan Şarl Aşford qızının itməsinə görə getməyəcəyini bildirir və qızını tapılması üçün şəhərdə sağ qalan insanları axtarır. Əvvəlki seriyada Umbrella işçiləri Alis ilə Mettyu Eddison-u saxlayırlar və Alisi "Alis proyekti", Mett-i isə "Nemesis proyekti" üçün özləriylə götürürlər.
Əlaməti-Qiyamət (film, 2016)
Əlaməti Qiyamət — rejissoruluğunu Doğa Can Anafartanın etdiyi 2016-cı ilin türk filmi. Filmin baş rollarını Murad Onuk və Mügə Əsməray paylaşır. Filmdə 1999-da Türkiyədə və dünyanın bəzi yerlerində yaşanan qorxu dolu hadisələrin Yeni Dünya Nizamı, Mehdi, İsa, şeytan, dəccal, cin və illüminati kimi mövzulara paralel inkişaf etdiyi düşüncəsini müdafiə edən hekayəsinə yer verilib. Hekayənin mərkəzində isə yalnız yaşayan "Əlif" adlı hamilə bir qadın var.
Şər yuvası: Qiyamət (film, 2004)
Şər yuvası: Qiyamət (ing. Resident Evil: Apocalypse) — 2004-cü il istehsallı amerikan qorxu və macəra filmi. Şər yuvası-nın davam filmidir. Aleksander Vitt tərəfindən çəkilən, Paul Anderson tərəfindən yazılmışdır. Şər yuvası oyununun filmləşdirilmiş versiyasıdır. 10 Sentyabr 2004 tarixində kinoteatrlarda göstərilmiş və 130 milyon dollar gəlir əldə edilmişdir. Film seriyasının birinci filmi Şər yuvasının son anlarında Alisin Racoon City küçələrində olduğu görünür. Bu filmdə isə Umbrella şirkəti təkrar "Hive"ı açmaq qərarına gəlir lakin bu virusun daha da yayılmasına səbəb olur və şirkət şəhərdən bütün professorlarını köçürmək qərarına gəlir. Ancaq professorlardan biri olan Şarl Aşford qızının itməsinə görə getməyəcəyini bildirir və qızını tapılması üçün şəhərdə sağ qalan insanları axtarır. Əvvəlki seriyada Umbrella işçiləri Alis ilə Mettyu Eddison-u saxlayırlar və Alisi "Alis proyekti", Mett-i isə "Nemesis proyekti" üçün özləriylə götürürlər.
Qiyaməttəpə yaşayış yeri
Qiyaməttəpə yaşayış yeri — Qazax konserv zavodunun yanında yerləşir. Eneolit dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.

Digər lüğətlərdə