Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cheel
Edvin Çil (ing. Edwin Cheel; 14 yanvar 1872 – 19 sentyabr 1951, Sidney) — İngiltərə əsilli Avstraliya botaniki və mikoloqu. == Elmi fəaliyyəti == Edvin Çil göbələk və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Edwin Cheel. 1923. Two additional species of leptospermums. 5 pp. Edwin Cheel. 1924. Notes on boronia in the pinnatae section, with a description of a new species.
Spilornis cheela
Adi kəkilli ilanyeyən (lat. Spilornis cheela) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli ilanyeyən cinsinə aid heyvan növü.
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. == Tarixi == Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. == Beynəlxalq paylanma == Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).
Uriah Heep
Uriah Heep — 1969-cu ildə Londonda yaranmış ingilis rok qrupudur. Qrupun adı Çarlz Dikkensin «Devid Kopperfild» adlı əsərindəki personajın adından götürülmüşdür. Qrup, 1971—1973-cü illər arasında yazdığı «Look at Yourself», «Demons and Wizards» və «The Magician's Birthday» adlı hard-rok klassikası hesab edilən bu üç albom ilə dünya şöhrətini qazanır. Uriah Heep, proqressiv rok, art rok, caz-rok və hard-rok elementlərindən ibarət öz orijinal hard-rok üslubunu yaratdı. Qrupun qızıl illərdə əsas göstəricisi mürəkkəb çoxnəsəli harmonik effektli bek-vokal partiyaları və Bayronun dramatik vokalı idi. Uriah Heep-in stilistik eksperimentlərinin rok-musiqinin inkişafına əhəmiyyətli təsiri var idi. Qrup xüsusilə çox şeydə Queen'in analoji eksperimentlərini üstələyirdi. Qrupun on iki albomu UK Albums Chart'a düşdü. Bunlardan ən böyük müvəffəqiyyət qazananı "Return to Fantasy" oldu (7-ci yer, 1975). Qrupun on beş albomu isə Billboard 200 siyahısına adını yazdırdı.