Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Chino Moreno
Kamillo "Çino" Vonq Moreno (20 iyun 1973, Sakramento) — ABŞ musiqiçisi. Deftones metal qrupunun müğənnisi və mahnı yazarıdır. O, həmçinin digər layihələri, Team Sleep, Crosses və Palms-ın üzvüdür. Moreno Kaliforniyanın Sakramento şəhərində anadan olub. Beş uşaqdan ikincisidir. Anası meksikalı və çinli əsilli, atası isə meksikalıdır. Onun ləqəbi "Çino" ispanca çinli deməkdir və o, meksikalıdan çox asiyalıya oxşadığı üçün ona bu ləqəbi veriblər.