Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Chgrp
chgrp — Unix əməliyyat sistemlərində faylın daxili olduğu qrupu dəyişmək üçün komandadır. == Nümunə == test.cpp faylı root qrupuna daxildir. chgrp ilə onun test.cpp faylının qrupu rootdan sys-ə dəyişdirildi.
Katya Chilly
Yekaterina Petrovna Boqolyubova (Kondratenko) (ukr. Катерина Петрівна Боголюбова; 12 iyul 1978, Kiyev) — Katya Chilly səhnə adı altında çıxış edən ukraynalı müğənni, musiqiçi və bəstəkar. Peşəkar karyerasının on üç ilində mətbuatın və ictimaiyyətin diqqətini çəkən dörd albom buraxmışdır. == Bioqrafiya == === Uşaqlıq və gənclik === Kondratenko ilk dəfə 1986-cı ilin yayında televiziya kanallarında görünür. Onun pioner düşərgələrindən birində “Çernobıl uşaqları” konserti zamanı çıxışı sovet televiziyası tərəfindən göstərilib. Bu səkkiz yaşlı müğənninin "33 inək" mahnısını ifa etdiyi ilk ciddi çıxış idi. Kondratenko ümumtəhsil məktəbinin üçüncü sinfində oxuyarkən folklor dərnəyində iştirak edir və “Oryol” uşaq folklor xorunda oxuyur. Musiqi məktəbində fortepiano və violonçel siniflərində oxuyub. VII sinifdə incəsənət məktəbinin folklor şöbəsində təhsil alır. Daha sonra Taras Şevçenko adına Milli Universitetə daxil olan Milli Humanitar Liseydaha oxuyur Taras Şevçenko adına Milli Universitetinin filologiya fakültəsində oxuyarkən ali təhsil alıb.
Cherry Bomb
Cherry Bomb — amerikalı repçi Tyler, the Creator-un üçüncü studiya albomu. 13 aprel 2015-ci ildə Odd Future Records tərəfindən buraxılıb.
IAI Harpy
IAI Harpy İsrail Aerokosmos Sənayesi tərəfindən istehsal olunmuş pilotsuz uçuş aparatıdır. Harpy düşmənin radar sistemlərini sıradan çıxarmaq məqsədilə hazırlanmışdır. Bu, yüksək partlayıcı gücə malik döyüş başlığı ilə təchiz olunmuşdur. Harpy indiyə qədər bir neçə xarici ölkəyə ixrac edilmişdir ki, bu ölkələr də Cənubi Koreya, Türkiyə, Hindistan və Çindir.
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. == Tarixi == Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. == Beynəlxalq paylanma == Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).
Thirty Seconds to Mars
Thirty Seconds to Mars — 1998-ci ildə məşhur Amerikalı aktyor Jared Leto (vokal, gitara) və qardaşı Shannon Leto (baraban) tərəfindən qurulan alternativ rock qrupu, heyətinə Matt Wachter (bas, klaviatura) və Solon Bixler'i (gitar) daxil etdikdən sonra ilk albom işlərinə başladı. Cared Leto-nun gətirdiyi şöhrətdən uzaq bir şəkildə qrupun meydana gəlməsini təmin etməyə çalışan qrup, öz adlarıyla eyni adı daşıyan ilk albomlarını 2002-ci ildə Virgin Records vasitəsilə satışa çıxardı. "30 Second To Mars" albomunun istehsal kreslosunda Bob Ezrin oturarkən, alboma gələn tənqidlər həm müsbət həm də mənfi oldu. Albomdan "Capricorn (A Brand New Name" və "Edge Of The Earth" sinql olaraq nəşr olundu, ancaq hər iki sinql da siyahılarda əhəmiyyətli bir müvəffəqiyyət əldə edə bilmədi. 2005-ci ildə satışa çıxarılan ikinci albom "A Beautiful Lie" ilə Amerika siyahılarında 36-cı sıraya yerləşən qrupda bu albomla gitarist dəyişikliyi baş verdi və Bixlerin yerinə Tomo Milişevic heyətə daxil oldu. Albomun sözlərində insanın hisslərinə toxunan qrup, sound olaraq da olduqca yüksək bir atmosferi yaxalamağı bacardı. Albomdan "Attack", "The Kill" və "From Yesterday" sinql olaraq nəşr olunarlarkən, "The Kill" və "From Yesterday", Amerika Müasir Rock siyahılarında müvəffəqiyyət əldə etdi. 2006-cı ildə MTV Video Musiqi Mükafatlarından "The Kill" mahnısına çəkdikləri video kliplə "MTV2 Mükafatı"-na layiq görülən qrup, eyni ilin Oktyabr ayında ‘Welcome To The Universe' turnesine çıxdı. Turnenin sponsorluğunu MTV2 üstlənərkən, qrupa turnede Head Automatica, The Receiving End Of Sirens və Cobra Starship kimi qruplar yoldaşlıq etdi. Turne əsnasında "From Yesterday" parçasına bir də video klip çəkən qrup, bu kliplə bir qanun imza ataraq ilk dəfə bir Amerikan qrupunu Çin Xalq Respublikasında göründürdü.
Charly Coombes və The New Breed
Charly Coombes & The New Breed - Musiqi (rock-n-roll) qrupudur. == Qrupun yaradılması və tarixi == Qrup 2009-cu ildə Oksfordda liderləri Çarli Kombes olan dörd gənc tərəfindən "köhnə ruhun və yeni musiqinin vəhdəti" şüarı ilə yaradılmışdır. 2009-cu ildə qrup Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıqnda müxtəlif səhnələrdə çıxış etmişlər. 2011-ci ildə Braziliya turneləri isə onların məhşurlaşmasına gətirib çıxarmışdır. Qısa müddət ərzində bir zamanların ən yaxşı oyunlarından biri hesab edilən Dream League Soccer seriyasının ilkin versiyasında (2011-2016-cı il üçün nəzərdə tutulan; v2.07) qrupun musiqilərinin çalınması üçün təklif gəlir və qrup təklifi qəbul edir, qrupun populyarlığı daha da artır. Qrup tarixi ərzində 3 albom buraxır: "Wawes", "Panic" və "Noise Control". Sonradan qrup köhnə stabilliyini qoruya bilmir, satışlar sıfıra yaxınlaşır, nəhayət qrup yekdil qərarla dağılır. Qrupun rəsmi internet səhifəsi də bu minvalla tarixin tozlu səhifələrinin arasında itib batır.
Çirpoy
Çirpoy adası (rus. Чирпой) — Kuril adalarının Böyük Kuril cərgəsinə, mərkəzi qrupuna daxil olan Çornıye Bratya adalarının tərkib hissəsini təşkil edən ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Brat-Çirpoev adasından Snou boğazı ilə ayrılır. Andezit-bazaltdan təşkil olunmuş adanın ən hündür nöqtəsi 691 metr olan Çirpoy dağıdır. Ərazisində iki fəaliyyətdə olan vulkanlar vardır:Çornı vulkanı (624 m) və Snou vulkanı (395 m).
Chip Chrome & the Mono-Tones
Chip Chrome & the Mono-Tones — amerikan rok qrupu The Neighbourhood-un dördüncü studiya albomu. 25 sentyabr 2020-ci ildə Columbia Records tərəfindən buraxılıb.
Aytun Çıray
Aytun Çıray (1957, Bayındır, İzmir ili) — TBMM XXIV, XXV, XXVI, XXVII çağırış millət vəkili, İYİ Partiyanın baş katibi, Türkiyə səhiyyə nazirinin müşaviri, həkim və siyasətçi. == Həyatı == Aytun Çıray 1957-ci ildə anadan olmuşdur. Egey Universiteti Tibb fakültəsini bitirib. Daxili xəstəliklər üzrə rezidentura təhsili almışdır. 1989-cu ildə başhəkim olmuşdur. Fransızca bilir. == Siyasi fəaliyyəti == Aytun Çıray müəyyən dövrlərdə səhiyyə nazirinin müşaviri, baş nazirin müşaviri, PETKİM, ERDEMİR və İSDEMİR İdarə Heyətlərinin üzvü olmuşdur. ERENCO şirkətinin İdarə Heyətinin sədri olmuşdur. Dünya Bankı 2. Səhiyyə Layihəsi Krediti Müqaviləsi danışıqlarına Türkiyə adından rəhbərlik edib.