Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çömçədan
Çömçədan - mətbəx ləvazimatlarını saxlamaq üçün torba.Çömçədan Azərbaycanda uzunsov torba, üz tərəfi Zilinin toxunuş üsulu ilə toxunmuş, ancaq arxa tərəfi isə sadə palaz toxunuşuna bənzəyir. Onda qaşıq, çömçə, oxlov və digər bunlara bənzər məişət əşyaları saxlanılardı. Çömçədan (Qaşıqdan) müxtəlif ölçülərdə toxunsada əsasən 15x35x40 olçülü çımçədana (qaşıqdana) daha çox təsadüf edilir. Azərbaycanlılar tərəfindən "qaşıqdan" və ya "çömçədan" adlandırılan bu xalça məmulatını türkmənlər çömçə torba adlandırırlar.
Çimediyn Sayxanbileq
Çimediyn Sayxanbileg (monq. Чимэдийн Сайханбилэг; d.17 fevral 1969) - Monqolustan baş naziri. == Həyatı == Çimediyn Şayxanbileq, 17 fevral 1969-cu ildə Monqolustanın Dornod əyalətində anadan olub. O Monqolustanın Monqolustan Xalq Universitetini, Rusiya Federasiyasının Moskva Dövlət Universitetini və ABŞ-nın Corc Vaşinqton Universitetini bitirib. O, siyasi proseslərdə iştirak etməkdən əvvəl hüquq firmasında işləyib. Şayxanbileq, Monqolustan Demokratik Partiyasına qoşulub, 1997-2002-ci illərdə Monqolustan Gənclər Federasiyasının prezidenti olub. 2008-2012-ci illərdə Monqolustan Parlamentində Demoktarik Fraksiyasının lideri olub. Monqolustan Baş naziri təyin olunmaqdan əvvəl, Monqolustanın təhsil naziri idi. O, 5 noyabr 2014-cü ildə etimadsızlıq səbəbi ilə vəzifəsindən azad edilən baş nazir Norovyn Altanxuyaqın əvəzinə 21 noyabr tarixində baş nazir təyin edilib. Onun baş nazir təyin edilməsinə Monqolustan Xalq Partiyası qarşı çıxır.