Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Commons
Vikianbar və yaxud Vikixəzinə (ing. Wikimedia Commons və ya sadə şəkildə Commons) — Vikipediyanın ümumi mediafayl anbarı. Vikianbar — şəkil, səs, videoçarx və s. multimedia faylların saxlandığı virtual qlobal layihədir. Anbar qlobal olduğundan onun dil prinsipinə əsasən bölünməsi vacib deyildir. Vikianbarda materialları azad surətdə yaymaq, dəyişmək və istənilən məqsəd üçün (o cümlədən, kommersiya) istifadə etmək olar. Burada saxlanılan faylların ümumi sayı 2013-cü ilin iyuluna olan məlumata görə, 23 milyon ədəd, redaktələrin sayı 100 milyondan çoxdur. Vikipediya istifadəçilərinə malik olduqları mediafaylları Vikianbara yükləmək məsləhət bilinir. Bu halda, dil bölümündən asılı olmayaraq, bütün istifadəçilər həmin faylları azad istifadə edə bilərlər. Vikianbara yüklənən bütün fayllar hüquqi cəhətcə azad istifadəyə tam sərbəst olmalıdırlar.
Creative Commons
Creative Commons (CC) — Amerika qeyri-kommersiya təşkilatı, təhsilə çıxışa və başqalarının qanuni şəkildə əsaslandırması və paylaşması üçün mövcud olan yaradıcı əsərlərin çeşidini genişləndirməyə həsr olunmuş beynəlxalq şəbəkə. Təşkilat Creative Commons lisenziyaları kimi tanınan bir neçə müəllif hüququ lisenziyasını ictimaiyyətə pulsuz olaraq təqdim edib. Bu lisenziyalar yaradıcı əsərlərin müəlliflərinə alıcıların və ya digər yaradıcıların xeyrinə hansı hüquqları qoruduqlarını və hansı hüquqlardan imtina etdiklərini bildirməyə imkan verir. Asan başa düşülən bir səhifəlik hüquqların izahı və əlaqəli vizual simvollar hər bir Creative Commons lisenziyasının xüsusiyyətlərini izah edir. Məzmun sahibləri müəllif hüquqlarını qorumağa davam edirlər, lakin Creative Commons lisenziyaları "bütün hüquqlar qorunur" adı altında zəruri olan müəllif hüququ sahibi (lisenziya verən) və lisenziyaçı arasında xüsusi hüquqlar üzrə fərdi danışıqları əvəz edən standart buraxılışlar verir. Təşkilat 2001-ci ildə Lovrens Lessiq, Hal Abelson və Erik Eldred tərəfindən İctimai Mülkiyyət Mərkəzinin dəstəyi ilə qurulub. Hal Plotkin tərəfindən yazılmış Creative Commons haqqında ümumi maraq doğuran nəşrdə ilk məqalə 2002-ci ilin fevralında dərc edilmişdir. Müəllif hüququ lisenziyalarının ilk toplusu 2002-ci ilin dekabrında buraxılmışdır. Lisenziyaları hazırlayan və hal-hazırkı Creative Commons infrastrukturunu quran təsisçi idarəetmə komandasına Molli Şaffer Van Hovlinq, Qlen Otis Brovn, Niru Paharia və Ben Adida daxildir. 2002-ci ildə David Vayli tərəfindən 1998-ci ildə yaradılmış prekursor layihəsi olan Açıq Məzmun Layihəsi (ing.
Vikimedia Commons
Vikianbar və yaxud Vikixəzinə (ing. Wikimedia Commons və ya sadə şəkildə Commons) — Vikipediyanın ümumi mediafayl anbarı. Vikianbar — şəkil, səs, videoçarx və s. multimedia faylların saxlandığı virtual qlobal layihədir. Anbar qlobal olduğundan onun dil prinsipinə əsasən bölünməsi vacib deyildir. Vikianbarda materialları azad surətdə yaymaq, dəyişmək və istənilən məqsəd üçün (o cümlədən, kommersiya) istifadə etmək olar. Burada saxlanılan faylların ümumi sayı 2013-cü ilin iyuluna olan məlumata görə, 23 milyon ədəd, redaktələrin sayı 100 milyondan çoxdur. Vikipediya istifadəçilərinə malik olduqları mediafaylları Vikianbara yükləmək məsləhət bilinir. Bu halda, dil bölümündən asılı olmayaraq, bütün istifadəçilər həmin faylları azad istifadə edə bilərlər. Vikianbara yüklənən bütün fayllar hüquqi cəhətcə azad istifadəyə tam sərbəst olmalıdırlar.
Wikimedia Commons
Vikianbar və yaxud Vikixəzinə (ing. Wikimedia Commons və ya sadə şəkildə Commons) — Vikipediyanın ümumi mediafayl anbarı. Vikianbar — şəkil, səs, videoçarx və s. multimedia faylların saxlandığı virtual qlobal layihədir. Anbar qlobal olduğundan onun dil prinsipinə əsasən bölünməsi vacib deyildir. Vikianbarda materialları azad surətdə yaymaq, dəyişmək və istənilən məqsəd üçün (o cümlədən, kommersiya) istifadə etmək olar. Burada saxlanılan faylların ümumi sayı 2013-cü ilin iyuluna olan məlumata görə, 23 milyon ədəd, redaktələrin sayı 100 milyondan çoxdur. Vikipediya istifadəçilərinə malik olduqları mediafaylları Vikianbara yükləmək məsləhət bilinir. Bu halda, dil bölümündən asılı olmayaraq, bütün istifadəçilər həmin faylları azad istifadə edə bilərlər. Vikianbara yüklənən bütün fayllar hüquqi cəhətcə azad istifadəyə tam sərbəst olmalıdırlar.
Creative Commons Lisenziyaları
Creative Commons (CC) — başqa şəkildə müəllif hüququ ilə qorunan "əsərin" azad yayımlanmasına icazə verən ictimai müəllif hüququ lisenziyalarından biri. CC lisenziyası müəllifin digər insanlara yaratdığı əsəri paylaşmaq, istifadə etmək və onun əsasında yaratmaq hüququ vermək istədiyi zaman istifadə olunur. CC müəllifə çeviklik təmin edir (məsələn, müəyyən bir əsərin yalnız qeyri-kommersiya məqsədli istifadəsinə icazə verməyi seçmək olar) və müəllifin əsərindən istifadə edən və ya yenidən yayımlayanları müəllifin əsəri yayımladığı lisenziyada müəyyən edilmiş şərtlərə əməl etdikləri müddətcə müəllif hüquqlarının pozulması narahatlıqlardan qoruyur. CC lisenziyalarının bir neçə növü mövcuddur. Hər bir lisenziya yayımlanma şərtlərini müəyyən edən kombinasiyalar ilə fərqlənir. İlk dəfə ABŞ-ın 2001-ci ildə qurulan qeyri-kommersiya korporasiyası Creative Commons tərəfindən 16 dekabr 2002-ci ildə yayımlanmışdır. Lisenziyalar dəstinin 1.0-dan 4.0-a qədər nömrələnmiş beş versiyası da mövcuddur. 2013-cü ilin noyabrında yayımlanan 4.0 ən aktual olandır. Creative Commons lisenziyası ilkin olaraq Amerika hüquq sistemində əsaslandırılsa da, indi beynəlxalq qanunları özündə cəmləşdirən bir neçə Creative Commons yurisdiksiya portları mövcuddur. 2014-cü ilin oktyabr ayında Open Knowledge Foundation Creative Commons CC BY, CC BY-SA və CC0 lisenziyalarını məzmun və data üçün "Open Definition"-a uyğun olaraq təsdiqlədi.
The Common Linnets
The Common Linnets Niderlandı "Calm After The Storm" mahnısı ilə 2014 Avroviziya Mahnı Müsabiqəsində iki ifaçı (İlze DeLanj və Ueylon) və müşayiət edən digər musiqiçilərlə təmsil edən Niderland rok-qrupu. Avroviziya 2014-də yalnız avstriyalı Konçita Vurstdan geri qalaraq, “Calm After The Storm” adlı duet mahnısı ilə ikinci yerə (238 xalla) sahiblənmişdirlər. DeLanj və Ueylon dueti planlaşdırmadan əvvəl də tanış idilər. Hər ikisi də əslən Şərqi Niderlanddandır. Bu ərazinin əhalisini ədətən “heikneuters” adlandırırlar, bu da dat dilindən tərcümədə “kətanquşu” mənasını verir, ingiliscə isə “common linnet” deməkdir. Qrupu belə adlandıran dizayner Rens Dekkerdir, hansı ki sinqlın və qrupun debüt albomunun ərsəyə gəlməsində səy göstərib.
Cosmos
Kosmos (lat. Cosmos) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır.
Ricinus communis var. communis
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Xanthium commune var. commune
Adi pıtraq (Xanthium strumarium) Xanthium abyssinicum Wallr. Xanthium acerosum Greene Xanthium acutilobum Millsp. & Sherff Xanthium acutum Greene Xanthium affine Greene Xanthium albinum subsp. ripicola (Holub) J. Dostal Xanthium americanum Walt. Xanthium americanum Walter Xanthium arcuatum Millsp. & Sherff Xanthium arenarium Lasch Xanthium aridum St.John Xanthium barcinonense Sennen Xanthium brevirostre Hochst. [Invalid] Xanthium brevirostre Wallr. Xanthium bubalocarpon Bush Xanthium californicum var. rotundifolium Widder Xanthium calvum Millsp. & Sherff Xanthium campestre Greene Xanthium cenchroides Millsp.
Cichorium commune
Cnicus communis
Command & Conquer
Command & Conquer (transkripsiya: [kəˈmænd ənd ˈkɑŋkər] - tələffüz: kımənd ənd kankır)(qısaltmaları C&C və ya CnC)(tərc. "Əmr ver, fəth et" və ya "Əmr və Fəth") real-vaxt strategiya videooyun media françayzdır, ilk dəfə Westwood Studios tərəfindən istehsal olunub. İlk buraxılış real-vaxt strategiya (RTS) janrının ilk oyunlarından biridir. Westwood Studios şirkəti 1998-ci ildə Electronic Arts tərəfindən alınmış, 2003-cü ildə mövcudluğuna xitam verilmişdir. Studiyanın bəzi üzvləri Electronic Arts Los Angelesə keçmiş, seriyanın davam edilməsində iştirak etmişlər. İlk quruluş, Command & Conquer, Westwood tərəfindən 31 avqust 1995-ci il tarixində dünya bazarına çıxarılmışdır. Sujet: hadisələr yaxın gələcəkdə baş verir, Yer sirli təbii ehtiyat olan tiberium vasitəsi ilə infeksiyaya yoluxur. Bu maddəni nəzarətə götürmək istəyən BMT tərəfindən yaradılmış Qlobal Müdafiə Təşəbbüsü (GDI) ilə, maddəni ələ keçirməyə çalışan, müəmmalı Keyn tərəfindən idarə olunan "Nod Qardaşlığı" arasında qlobal müharibə başlayır. Yüksək uğurun ardınca seriyaya 1996-cı ildə Command & Conquer: Red Alert (tərc. "Qırmızı xəbərdarlıq") əlavə olunur, bu buraxılışda uydurulmuş alternativ kainatda Sovet İttifaqı Qərb Birliyinə qarşı müharibə aparır.
Commelina communis
Adi kommelina (lat. Commelina communis) — kommelinakimilər fəsiləsinin kommelina cinsinə aid bitki növü. Commelina communis var. communis L. Commelina communis var.
Dactylopterus communis
Aralıq dənizi uzunüzgəci (lat. Dactylopterus volitans) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin uzunüzgəclər fəsiləsinin uzunüzgəc cinsinə aid heyvan növü. Callionymus pelagicus Rafinesque, 1818 Cephalacanthus spinarella (Linnaeus, 1758) Cephalacanthus volitans (Linnaeus, 1758) Dactilopterus volitans (Linnaeus, 1758) Dactylopterus blochii Swainson, 1839 Dactylopterus communis Owen, 1853 Dactylopterus fasciatus Swainson, 1839 Dactylopterus occidentalis Swainson, 1839 Dactylopterus spinarella (Linnaeus, 1758) Dactylopterus tentaculatus Swainson, 1839 Dactylopterus vulgaris Steindachner, 1867 Gasterosteus spinarella Linnaeus, 1758 Gonocephalus macrocephalus Gronow, 1854 Polynemus sexradiatus Mitchill, 1818 Trigla fasciata Bloch & Schneider, 1801 Trigla volitans Linnaeus, 1758 Bədəninin uzunluğu adətən 38 sm (bəzən 50 sm-ə qədər), kütləsi 1 kq 810 q-a qədər olur. Yuxarı hissələri açıq qəhvəyi, aşağı hissələri gümüşü, bütün bədəni və üzgəclərində kiçik ağ xallar olur. İri döş üzgəcləri yelpikşəkillidir və ilk 6 şüası qısadır və ayrıca qanad əmələ gətirir. Kürək üzgəcində 7 iti uclu və 8 yumşaq, anal üzgəcində 6 yumşaq şüa var. Zəhərli deyil. La Manş boğazından Anqolaya kimi Aralıq dənizi, Madeyra sahilləri və Azor adaları da daxil olmaqla Atlantik okeanının şərqində, Meksika körfəzidə daxil olmaqla Kanadadan Argentinaya kimi Atlantik okeanının qərbində tropik və subtropik zonalarında yayılıb. Dənizin dibində qumsal və lilli sahələrdə, bəzən isə 1 m-dən 100 m-ə qədər dərinlikdə sualtı qayalıqlarda yaşayır. Riflərdə rast gəlinir.
Daucus communis
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Den Simmons
Den Simmons (4 aprel 1948[…], Peoriya[d], İllinoys və ya ABŞ) — amerikan elmi-fantastik və qorxu yazıçısı. Simmonsun qarışıq janrda yazdığı "Kali mahnısı" (1985) Dünya Fantaziya Mükafatını qazanıb.
Ferula communis
Adi ilankölgəsi (lat. Ferula communis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Ficus communis
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Gladiolus communis
Adi qladiolus və Adi qarğa soğanı (lat. Gladiolus communis) - qladiolus cinsinə aid bitki növü. Hündürlüyü 50-70 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli-dəyirmidir; pulcuqları kobud liflidir, yuxarı hissədə torludur. Gövdəsi kifayət qədər nazikdir. Yarpaqlar 2 ədəd, bəzən 3 ədəd olur, yaşıl rəngdədir, xətli-qılıncvaridir, eni 0,5-1,5 sm, 3 ədəd nəzərə çarpan damarı vardır. İyun ayında çiçəkləyir. Sünbüldə çiçəklərin sayı 2-3 ədəddir, həmişə birtərəfli düzülmüşdür. Çiçəkyanlığı fırfır-bənövşəyi, və ya tünd-fırfır bənövşəyi rəngdədir. Qutucuq oval-ellipsşəkillidir.
Hedera communis
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. Təbii halda Qərbi Avropada meşələrdə bitir. Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Juniperus communis
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Korali Simmons
Korali Simmons (d. 1 mart 1977) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Korali Simmons, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Lapsana communis
Adi ziyilotu (lat. Lapsana communis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ziyilotu cinsinə aid bitki növü. Hündürlüyü 20-100 sm, gövdəsi seyrək süpürgəvari budaqlanmış və az tüklü olan birillik ot bitkisidir. Yarpaqları nazikdir, çılpaq və ya az tüklüdür, aşağı yarpaqları 1-2 cüt xırda yumurtaşəkilli uzunsov-yumurtaşəkilli yan seqmentləri və çox iri üçbucaq-yumurtaşəkilli oyuqlu-dişli təpə seqmentlərləri vardır, yuxarı yarpaqları yumurtavaridir, neştəvari formaya qədər dəyişir, kənarları oyuqlu-dişli və ya tamkənarlıdır, aşağı yarpaqlar uzun, orta yarpaqlar daha qısa saplaqda yerləşmişlər, yuxarı yarpaqlar isə demək olar ki, oturaqdır. Səbətin eni bar verənə yaxın 4-5 mm olub, qismən uzun saplaq üzərindədir, boş süpürgədə toplanmışdır və adətən çoxsaylıdır. Çiçəkləri açıq-sarı rəngdədir, adətən 1,5 dəfə qından uzundur. Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, uzunsovdur, az əyilmiş və nazik tillidir. (May) İyun-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.
Melanosinapis communis
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Myrtus communis
Adi mərsin (lat. Myrtus communis) - mərsin cinsinə aid bitki növü. Mərsindən alınan efiryağları ətriyyat sənayesində istifadə edilir. Yarpaqları və meyvələri Aralıq dənizi ölkələrinin məbəxlərində (kulinariyada) ədviyyə vasitəsi kimi işlədilir. Mərsini ət və balıq şorbalarına, pörtlədilmiş mal və donuz ətlərinə, dəniz balıqlarının qaynadılmış ətlərinə əlavə edirlər.Adi mərsin gözəl dekorativ bitkidir. Onun özünə məxsus gözəl ətri və böyük fitonsid aktivliyi vardır. Mərsini otaq şəraitində də becərmək olar. Mərsindən alınan efir yağı rəngsiz və ya yaşılımtıl-sarı rəngli maye olub, xoşagələn təravətli iyə və yandırıcı dada malikdir. Bu yağın tərkibində α-pinen, dipekten, kamfen , sineol, mirtenol, qeraniol, nerol, kamfora və aldehidlər vardır. Mərsinin yarpaqlarında qatranlar, aşı maddələri, zülal, acı maddələr və s.
Neoseiulus communis
Neoseiulus communis (lat. Neoseiulus communis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.