Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konqueror
Konqueror — "Linux"un KDE ön qurğulu olaraq yer verilmiş şəbəkə skaneri dır. Könüllülər tərəfindən inkişaf etdirilməkdədir. Çox Unix əməliyyat sistemində çalışmaqdadır. "Konqueror" adı, məşhur şəbəkə skanerlərinin adlarından,Navigator və Explorer' dən ilham alınaraq qoyulmuşdur. İngiliscədə Fateh mənasını verən Conqueror sözü seçilmiş, bütün KDE proqramlarının adları K hərfiylə başladıldığı üçün Konqueror olaraq dəyişdirilmişdir. Konqueror, əslində Linux üçün inkişaf etdirilmiş olsa da fərqli platformalarda da çalışır. BSD, Solaris və son olaraq da Windows dəstəkləri əlavə olunmuşdur. Windows dəstəyi bu an üçün məhdud olsa da, tam dəstəyin Konqueror 4.0 ilə təmin edilməsi planlaşdırılmışdır.
Command & Conquer
Command & Conquer (transkripsiya: [kəˈmænd ənd ˈkɑŋkər] - tələffüz: kımənd ənd kankır)(qısaltmaları C&C və ya CnC)(tərc. "Əmr ver, fəth et" və ya "Əmr və Fəth") real-vaxt strategiya videooyun media françayzdır, ilk dəfə Westwood Studios tərəfindən istehsal olunub. İlk buraxılış real-vaxt strategiya (RTS) janrının ilk oyunlarından biridir. Westwood Studios şirkəti 1998-ci ildə Electronic Arts tərəfindən alınmış, 2003-cü ildə mövcudluğuna xitam verilmişdir. Studiyanın bəzi üzvləri Electronic Arts Los Angelesə keçmiş, seriyanın davam edilməsində iştirak etmişlər. İlk quruluş, Command & Conquer, Westwood tərəfindən 31 avqust 1995-ci il tarixində dünya bazarına çıxarılmışdır. Sujet: hadisələr yaxın gələcəkdə baş verir, Yer sirli təbii ehtiyat olan tiberium vasitəsi ilə infeksiyaya yoluxur. Bu maddəni nəzarətə götürmək istəyən BMT tərəfindən yaradılmış Qlobal Müdafiə Təşəbbüsü (GDI) ilə, maddəni ələ keçirməyə çalışan, müəmmalı Keyn tərəfindən idarə olunan "Nod Qardaşlığı" arasında qlobal müharibə başlayır. Yüksək uğurun ardınca seriyaya 1996-cı ildə Command & Conquer: Red Alert (tərc. "Qırmızı xəbərdarlıq") əlavə olunur, bu buraxılışda uydurulmuş alternativ kainatda Sovet İttifaqı Qərb Birliyinə qarşı müharibə aparır.
Command & Conquer (oyun seriyası)