Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cosplay
"Kospley" (yap. コスプレ kosupure) — Yapon dilində "kostyum oyunu" birləşmiş sözündən əmələ gəlir, ekranda görünən fəaliyyətinin hərəkət formasını almaq demekdir. Müasir kospley anime və manqa həvəskarları nəticəsində Yaponiyada çıxdı. == Tarix == Kospley müasir Yaponiya mədəniyyətinin bir parçası olaraq qəbul olunsa da, ABŞ-də yaranmışdır. 1939-cu ildə Nyu-Yorkda ilk dəfə keçirilən WorldCon`a (World Science Fiction Convention) qatılan iki gənc, Forrest J.Akerman və onun dostu Mirtl R.Cons “Street Fighter” kostyumu geyinmişdilər. Daha sonra bu, digər tədbirlərdə adət halını almağa başladı. 1983-cü ildəki WorldCona qatılan ləqəbi NoV olan Nobuyuki Takahaşi özünü nağıl, oyun, komiks və s. qəhrəmanları arasında tapır və bu onun o qədər xoşuna gəlir ki, Yaponiyaya qayıdar-qayıtmaz bu barədə məqalə yazır. "Kospley" terminini də ilk dəfə o işlədir. == Kospley tədbirləri == Kospley konvensiyası – genişmiqyaslı tədbirlərə verilən addır.
Fosil
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, et/ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Cosey
Josei və ya Cosey 18 yaş üstü qadın auditoriyası üçün nəzərdə tutulan anime və manqa janrı. Süjet adətən Yaponiyada yaşayan qadınların gündəlik həyatları haqqda bəhz edir. Cizgi şocoya oxşasa da, ondan bir qədər realistik olur. Sevgi münasibətlərinə daha çox diqqət ayrılır ("Paradise Kiss", "Honey and Clover").
Cosiya Binnema
Cozil boğazı
Cozil boğazı - Hind okeanının gərbində yerləşir. Mzamboro adası ilə Mayotta adasını ayırır. Mozambik boğazının bir hissəsini təşkil edir.
Fosil su
Fosil su — minilliklər boyu sulu təbəqədə yeraltı sularda saxlanılan qədim su obyekti. Fosil suların digər növlərinə Antarktidanın Vostok gölü kimi subqlasial göllər və hətta digər planetlərdəki qədim sular daxil ola bilər. UNESCO qalıq qrunt sularını belə təyin edir.Adətən minilliklər əvvəl və tez-tez indikindən fərqli iqlim şəraitində sızan və o vaxtdan bəri yerin altında saxlanılan su. == Yenilənə bilən == Tərkibində qalıq suyu olan böyük, məhsuldar sulu təbəqələr (xüsusilə Nubian Qumdaşı sulu təbəqə və Oqallala sulu təbəqə) əhəmiyyətli sosial-iqtisadi dəyərə malikdir. Fosil su bu sulu təbəqələrdən bir çox insan məqsədləri üçün, xüsusən də kənd təsərrüfatı, sənaye və istehlak üçün çıxarılır. Arid bölgələrdə mövcud və istifadəyə yararlı su olan bəzi sulu təbəqələr çox az və ya heç bir şəkildə doldurulmur və bu, həmin sulu təbəqələrdə yeraltı suları effektiv şəkildə bərpa olunmayan mənbəyə çevirir. Yenidən doldurulma dərəcələrindən yüksək hasilat dərəcələri su səviyyəsinin aşağı düşməsinə səbəb olur və yeraltı suların tükənməsinə səbəb ola bilər. Qeyri-bərpa olunmayan yeraltı su ehtiyatlarının hasilatı məhdud təbiətinə görə yeraltı suların “mədənçilik” adlanır. == Ümumi geologiya == Sulu təbəqələr adətən yarı məsaməli süxurdan və ya məsamə sahəsi su ilə doldurulmuş bərkidilməmiş materialdan ibarətdir. Nisbətən nadir hallarda məhdud sulu təbəqələrdə keçirməyən geoloji təbəqə (məsələn, gil və ya kalkrit) sulu təbəqəni əhatə edir, suyu içərisində bəzən minilliklər boyu təcrid edir.
Ayaqlı ilan fosili
Ayaqlı ilan fosili — 2000-ci ildə Livanda, al-Nammourada tapılmışdır. == Tarix == Miladdan əvvəl 92-ci ilə, təbaşir dövrünə aiddir. Adı fransız naturalist Didier Descouens-in şərəfinə adlandırılmışdır. Paris Təbiət Tarixi Muzeyində, Fransada saxlanılır. İkinci dəfə 2008-ci ildə araşdırılmışdır. == Xarakteristika == Uzunluğu 85 santimetrdir. Təbaşir dövrünün ikinci yarısında yaşamış olan bu ilan növü Eupodophis sahib olduğu üzvləri ilə məşhurdur. Onsuz da ilanların, üzvlərinin təkamül müddəti ərzində inkişafdan qalaraq təkamülləşmiş sürünənlər olduğu məlumdur, Eupodophis isə bunu dəqiq şəkildə təsdiq edənm "ara keçid növüdür". Aralıq dənizində yaşamış olduğu hesab edilən bu növ 2 ədəd tam inkişafdan qalmamış ön ayağa malikdir. Qabırğa və onurğalarındaki, digər sürünənlərlə müqayisədə daha qalın sümüklər növün su həyatına adaptasiya olduğunu göstərir.
Marağa Fosil Sahəsi
Marağa Fosil Sahəsi — 1840-cı ildə rus tədqiqatçısı tərəfindən aşkar edilən, İranın Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində yerləşən 7–12 milyon il öncəyə aid olan heyvan qalıqları sahəsi. == Haqqında == Marağa fosil sahəsində ümumilikdə 1500 kvadratmetr qazıntı işləri aparılıb, ərazidəki beş fosil sahəsindən 1330 fosil parçası aşkar edilərək müəyyənləşdirilib və 370 detal arxivə göndərilib. Marağa fosil sahəsi 40 min hektardan çox çox ərazini əhatə edir və 1026 hektarı Marağanın milli və təbii fosil abidəsi kimi sənədləşdirilib. Maraghe'nin fosil sahəsi, dünyanın elmi icmaları tərəfindən illər əvvəl diqqət yetirilən məməlilərin fosillərinə görə dünyanın bənzərsiz yerlərindən biridir. Fosil bölgəsinin əhəmiyyətinə görə bu şəhərdə 15 il öncə Fosil Tədqiqat Mərkəzi və bir muzeyin inşası başlayıb lakin hələ bu layihələ başa çatmayıb.