Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Acacia clavata
Acacia montana (lat. Acacia montana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia clavata Schltdl. Acacia montana var.
Bidens clavata
Bidens clavata (lat. Bidens clavata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bolbophyllaria clavata
Bulbophyllum clavatum (lat. Bulbophyllum clavatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum clavatum növü Maskaren adaları üçün endemik növdür.
Callista clavata
Nephila clavata
Nephila clavata həmçinin coro hörümçəyi (ジョロウグモ(女郎蜘蛛、上臈蜘蛛)Coro-qomo olaraq da bilinir, qızıl orb-tor hörümçəyi cinsinin bir növüdür. Bu hörümçəyə Yaponiyada, Hokkaydo istisna olmaqala, Koreyada Tayvan və Çində rast gəlinir. Dişi Nephilanın böyük ölçüsü, həmçinin əlvan rəngi və parlaqlığı səbəbi ilə Yaponiyada "lütüfkar" olaraq qəbul olunur. Son vaxtlar elm adamları Şimali Amerikada N.clavatanın bilinən ilk meydana çıxışını doğruladılar. == Xüsusiyyətlər == Nephilalar qışı yumurtada keçirir yayda isə yumurtadan çıxıb səpələnməyə başlarlar. Dişisinin bədəninin ölçüsü 17-25 mm, erkəyininki isə 7-10 mm-dir. Dişi Nephilanın torunun genişliyi bir metrə çata bilir; sarı ip parçası günəş şuaları səbəbi ilə qızıl rəngində görünür. Torun eninə kəsiyindən görünən hissəsinin strukturu orb toruna görə qeyri-adidir; onun 3 təbəqəsi var: mərkəzi orb və iki nizamsız qat, orbun önü və arxa tərəfində. Yetgin dişi fərdlərin qarnının arxasına doğru sarı, tünd göy və qırmızı çizgiləri vardır. Payızda dişinin torunda cütləşəmk üçün erkək(lər) görülə bilir.
Phyllorchis clavata
Bulbophyllum clavatum (lat. Bulbophyllum clavatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum clavatum növü Maskaren adaları üçün endemik növdür.
Phyllorkis clavata
Bulbophyllum clavatum (lat. Bulbophyllum clavatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum clavatum növü Maskaren adaları üçün endemik növdür.
Capsella cavata
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Vladimir-Rasate
Vladimir-Rasate (təq. 850, Birinci Bulqar dövləti – ən tezi 893 və ya 893, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin Tenqriçi son imperatoru. == İlkin həyatı == Vladimir-Rasate atasının dövründə sərkərdə idi. Serbiya knyazının Vlastimirin ölümündən sonra oğulları Mutimir,Stroyimir və Qoynik arasında müharibə başlamışdı. Serbiya knyazlığındakı ara müharibələrindən istifadə edən Boris oğlu Vladimir-Rasate başçılığında ordu göndərsə də qələbəyə nail ola bilməmişdi. Vladimir və 12 boyar əsir düşmüşdü. Daha sonra əsirlikdən qurtulmuşdu və evinə qayıtmışdı. == Hakimiyyəti == 892-ci ildə Müqəddəs Roma imperiyası hökmdarı Arnulf ilə saziş imzalamışdı. Vladimir-Rasate xristianlığı Bizansın təsiri olaraq görür və Tenqriyə inamı geri qaytarmaq istəyirdi. Sadəcə bir hissə boyar tərəfindən dəstəklənən Vladimir 893-cü ildə atası Boris tərəfindən devrildi və kor edildi.
Virtual Private Network
VPN (ing. virtual private network) — iki kompüter arasında məlumatları virtual tunel vasitəsi ilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Azərbaycancaya "Virtual Şəxsi Şəbəkə" olaraq tərcümə olunur. == İşləmə Prinsipi == VPN bağlantısi üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Yəni VPN qurulmuş iki nöqtə arasında bir nöqtədən digərinə informasiya göndərilərkən həmin paket şifrələnir və digər tərəfdə deşifrələnir və informasiya açıq şəkildə təqdim olunur. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur. Yəni qoşulmaya kimsə müdaxilə etsə, əldə edəcəyi məlumat şifrələnmiş olur, amma bu cür hallar davamlı təkrar olunmur, çünki əgər VPN server məlumat sızması müşahidə edərsə, həmin əlaqəni başqa yolla marşrutlayır. Bəzi hallarda VPN istifadəçiləri evlərində, ofislərində köhnə kabellər işlətdiklərindən məlumat transferində paketlərin itməsi baş verir ki, VPN serveri də bunu xaker hücumu olaraq başa düşür və davamlı olaraq VPN əlaqəsini regenerasiya edir. İki cür VPN bağlantısı mövcuddur: Remote access VPN Site-to-site VPN Remote access VPN əlaqələri — evdə, yolda və ya səfərdə olan istifadəçilərin internet vasitəsilə şəbəkə tərəfindən təmin edilən infrastrukturu istifadə edərək xüsusi şəbəkə üzərindəki bir serverə qoşulmalarına imkan yaradır.
Navate mağaza küçəsi
Navate mağaza küçəsi (縄手通り商店街, Navate Dori Şotenqay) – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən küçə. Qurbağa heykəlləri, qurbağa festivalı və qurbağalara həsr olunmuş məbədi səbəbi ilə Qurbağa küçəsi (かえる道, Kaeru miçi) kimi də tanınır. == Tarixi == Metoba çayının sahilində yerləşən küçənin adı "nava no yoni naqay dote" (縄のように長い土手, azərb. "kəndir kimi uzun çay sahili"‎) sözlərinin qısaltmasından yaranmışdır. 2001-ci ildə küçədə yenidənqurma işləri aparılmışdır. Küçənin hekayəsinə görə Yapon Alp dağlarında yerləşən bu küçənin ərazisində Yaponiya üçün endemik qurbağa növü olan kacikaların böyük populyasiyası yaşayırdı. 1959-cu ildə baş verən tayfun mövsümü qeydə alınan ən pis tayfun mövsümlərindən biri olmuş, Yaponiyada bir çox yerdə daşqınlara səbəb olmuşdur. Bu daşqınlar nəticəsində Matsumoto şəhərinin yaxınlığında axan Metoba çayı daşmış, Navate və ətraf küçələri su basmışdır. Daşqından sonra kacika qurbağaları çayın yuxarı axınında yerləşən daha hündür yerə miqrasiya etmişdirlər. Yerli əhali daşqının fəsadlarını aradan qaldırsa da, qurbağalar bir daha qayıtmamışdır.
One Man, and a Crate of Puppets
One Man, and a Crate of Puppets (azərb. Bir kişi və bir kukla qutusu‎) — Cerri Holkins tərəfindən yazılan, Mayk Krahulik tərəfindən illistrasiya edilmiş və "Fallout 3" video oyununun baş dizayneri Emil Paqliarulo ilə birgə yaradılmış 12 hissəli rəsmi "Fallout" veb-komiksi. Komiks 2008-ci ilin iyul ayında rəsmi "Fallout 3" veb-saytında buraxılmışdır. Komiks "Sığınacaq 77"nin yeganə sakini və onun kuklalarla dolu qutusundan bəhs edir. Veb-komiks, hər həftənin çərşənbə günü yenilənirdi. == Məzmun == Komiksin əvvəlində baş qəhrəman "Sığınacaq 77"nin yeganə sakini və sığınacaqda sadəcə kuklalarla dolu bir qutunun olduğunu öyrənir. Bu, Volt-Tek tərəfindən həyata keçirilmiş təcrübələrdən biri idi. Sığınacaq sakini ilk aylarda ilkin vahimə və depressiya yaşamışdır. Buna görə də o, oyanmasından bir il, üç ay və on iki gün sonra qutunu açmışdır. Kukla-adam bu kuklalarla — Kral, Nənə və Müqəddəs itlə oynayır.