Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Crocodilia
Timsahlar (lat. Crocodilia) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinə aid heyvan dəstəsi. Hesab olunur ki, timsahlar 120 milyon il bundan əvvəl təbaşir dövründə yaranmışdır. Timsahların orqanizminə yaxın müasir qohumları quşlar hesab olunur. == Ümumi xarakteristika == Timsahlar müasir sürünənlərin ən yüksək quruluşlu taksonu olub, yarımsu həyatına uyğunlaşıblar. Bunlarda çənəarası və üst çənə sümüklərinin, damaq çıxıntılarının, eləcə də damaq sümüklərinin böyüməsi nəticəsində sümük damağın əmələ gəlməsi səciyyəvi əlamətdir. Avstraliya və bir çox Afrika ölkələrində timsah ən təhlükəli heyvan hesab olunur. Timsahları ağac tirlərlə səhv salmayın. O "qurbanını" gözləyən zaman suyun altına çəkilib gizlənir. "Qurbanı" görən zaman isə suyun altından çıxır, onun üzərinə atılaraq onu tutur və yenidən suyun altına girir.
Bulbophyllum crocodilus
Bulbophyllum crocodilus (lat. Bulbophyllum crocodilus) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum crocodilus növü Yeni Qvineya üçün endemik növdür.
Caiman crocodilus
Eynəkli kayman (lat. Caiman crocodilus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. == Görünüşü == Orta ölçülü, kifayət qədər uzun sifətli alliqatordur. Bu növün yetkin erkəkləri ümumiyyətlə 1,8–2 m uzunluqdadır. Dişiləri isə daha kiçik, təxminən 1,2–1,4 m-dir. Əksər yetkinlərin bədən çəkisi 7 ilə 40 kq arasındadır. Bu növ üçün qeyd olunan maksimum uzunluq 2,2 m-dir. Baxmayaraq ki, 2,5 metrdən uzun və 58 kq-a qədər olan heyvanlar barədə məlumatlar gəzir. Məlum olan ən böyük dişi 1.61 m uzunluğa və 20 kq ağırlığa sahib olmuşdur. Venesuelada yayılmış katmanlar Meksikadakı nümunələrdən daha böyükdür.