Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Galium murale
Galium murale (lat. Galium murale) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparinanthus muralis (L.) Fourr. Aparine minima All. ex DC. Aspera muralis (L.) Lowe Aspera nutans Moench Galium apsheronicum Pobed. Galium calvipes Pau Galium filiforme (Aiton) Roem. & Schult. Galium fragile Pourr. ex DC. Galium minimum Roem. & Schult.
Curab (Nir)
Curab (fars. جوراب‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Nir kəndistanında, Ərdəbil şəhərindən 25 km qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 299 nəfər yaşayır (72 ailə).
Fransua Rable
Fransua Rable (1494 və ya 1493, Şinon[d] – 9 aprel 1553, Paris) — Fransız yazıçısı. Məşhur "Qarqantüa və Pantaqrüel" romanının müəllifi. == Həyatı == Fransua Rable 1494-cü ildə Şinyon şəhərində anadan olmuşdur. Məşhur rus alimi A.K.Civeleqov deyir ki, Rable kiçik bir məhkəmə məmurunun kiçik oğlu olmuşdur. Fransız alimi isə deyir ki, Rablenin atası ya kiçik bir dükan sahibi,yaxud da əczaçı olub. O dövrdə dini təhsilə xüsusi diqqət verilirdi. F.Rablenində yeddi yaşı tamam olanda onu dini məktəbə verirlər. Lakin onun oxumağa böyük həvəsi var idi. Rable 16 yaşından etibarən Fonten-Lekontda rahib olu və ruhani rütbəsi alır.Valideynlərnin təkidi ilə dini təhsil almasına baxmayaraq Rable gələcəkdə ruhani olmaq istəmirdi.Monastırda olan dostlarının köməyi sayəsində o,bir sıra qədim dilləri və dünyəvi elmləri öyrənir.O tezliklə qədim Yunan və latın dillərini öyrənir. Kilsə xadimləri,müqəddəs Fransisk təliminin daşıyıcıları və keşikçləri olan rahiblər gənc Rablenin bu Qeyri-ənənənəvi təhsildən xəbər tutan kimi,onun min əzabla əldə etdiyi bu qədim yunan kitablarını əlindən alırlar.Rahiblər belə hesab edirdilər ki,heç də hər şeyi bilmək lazım deyil,çünki onların etiqad etdikləri müqəddəs Fransisk belə demişdir: "Qoy nadan adamlar savadlanmağa çalışmasınlar!". Dostlarının köməyi ilə o, Benedikt məzhəbini qəbul edir və yerini dəyişərək Malyezza abbatlığında yaşamağa başlayır.Benediktçilər təhsil məsələlərində fransiskçilərdən fərqlənirdilər və Rable artıq burada nəinki ürəyi istədiyi kitabları tapıb oxuya bilərdi,o,hətta burada bir sıra təbiət elmləri ilə,xüsusilə də təbabət elmi ilə dərindən məşğul olmağa başlayır.Burada o yepiskop d`Estissakla dostlaşır.Sonra təhsilini davam etdirmək məqsədilə o,dini rəhbərlərin razılığı ilə 1528-ci ildə Parisə yollanır.O dövrdə baş verən bir sıra siyasi hadisələr nəticəsində dini dünyagörüş məsələlərində və qadağalar sahəsində bir qədər yumşalmalar baş verir.Bundan ruhlanan gənc Rable daha böyük səylə öz dövrünün elmlərini öyrənməkdə davam edir. 17 yanvar 1536-ci il tarixində verilmiş sənədlərin birində deyilir ki, "Rableyə hər yerdə təbabətlə məşğul olmağa icazə verilir,ancaq bir şərtlə-bu gərək təmənnasız olmalıdır və oddan dəmirdən istifadə olunmamalıdır,çünki ,bu tipli əməliyyatlar ruhanilərə qadağan edilib".1537-ci ildə Rable tibb doktoru adını qazanmışdır. Rable Fransanı şəhərbəşəhər gəzərək həm həkimlik edir,həm ruhani kimi fəaliyyət göstərir,həm də günü-gündən təhsilini artırdı.1532-ci ildə Lion şəhərində yaşayarkən o,böyük bir xəstəxananın həkimi olur və ele həmin vaxt da Niderland humanizminin və ümumiyyətlə,Avropa İntibahının ən görkəmli nümayəndələrindən biri olan Rotterdamlı Erzamla məktublaşır. "Qarqantüa və Pantaqrüel"romanının "Məşhur Pantaqruelin çox dəhşətli və vahiməli əməlləri və qəhrəmanlıqları"adlanan birinci kitabını da Fransua Rable məhz elə bu şəhərdə yazmış və 1533-cü ildə Alcofridas Nasier imzası ilə çap etdirmişdir.
Ağ corablı qadın (Kurbe)
"Ağ corablı qadın" (fr. Les Bas Blancs) — 1861-ci ildə fransız rəssam Qüstav Kurbenin yağlı boya texnikası ilə nü janrında çəkdiyi rəsm əsəri. Filadelfiya Barns fondunda sərgilənən bu tablonun ölçüləri 65×84 sm-dir. Tablo Q. Kurbe tərəfindən rəssam dostu Fajona verilmişdir. Sonralar əsər Albert Kums Barns tərəfindən 1922-ci ildə alınmışdır. Tablonu görməkçün əvvəlcədən növbə siyahısına yazılmaq və orta hesabla 6 həftə gözləmək lazımdır. == Süjeti == Tabloda akrobatik duruşlu qadın Qüstav tərəfindən ehtiras doğurucu təsvir olunmuşdur. Ağ rəngli corabı sağ ayağına geyinməyə çalışan bu qadının təhrikedici baxışları geyim prosesinə deyil, məhz qarşısındakına doğru yönəlmişdir. Əvvəlki rəssamlar çılpaq bədən əks etdirərkən müvafiq əndazədən kənara çıxmırdılar. Bu da əsərin əsas ideyası fonunda bir o qədər də diqqət obyektinə çevrilmirdi.
Larry the Cable Guy
Daniel Lawrence "Larry" Whitney (ing. Larry the Cable Guy; 17 oktyabr 1963, Pawnee City, Nebraska) — ABŞ aktyoru.
Sərablə
Sərablə — İranın İlam ostanının şəhərlərindən və Çardavul şəhristanının mərkəzidir. 2011-ci ilin siyahıya alınması əsasında bu şəhər 9,703 nəfərdən və 2,079 ailədən ibarət idi.