Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kənəfvari eupator
Kənafvari asırqalotu və ya Kənəfvari eupator (lat. Eupatorium cannabinum) - asırqalotu cinsinə aid bitki növü. == Yarımnövləri == Eupatorium cannabinum L. subsp. cannabinum Eupatorium cannabinum L. subsp. corsicum (Req. ex Loisel.) P.Fourn.Hündürlüyü 50-100 (120) sm, gövdəsi düzdür, nazik-şırımlıdır, tünd-qırmızı rəngə boyanmış və yuxarı hissədə budaqlanmış yaşıl, qısa-tüklü olan çoxillik ot bitkisidir.Çoxillik bitkidir. Gövdəsi al qırmızı, düz və şırımlı, 50-100 (120) sm hündürlükdə, qısatüklü, yaşıl bəzən boz rəngli, yuxarıdan budaqlı bitkidir. Yarpaqları qısasaplaqlı, qarşılıqlı, lansetvari yaxud yumurtavarilansetvari seqmentlərə bölünmüşdür; nadir hallarda yarpaqları bütöv, sadədir. Çiçəkqrupu sıx qalxanvaridir. Səbətləri azçiçəkli, 8 mm uzunluqda, 4-6 çəhrayı çiçəkdən ibarətdir.
Aşağı Craxor
Aşaği Craxor - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı. 1955-ci ildə Craxor su elektrik stansiyasının tikintisi ilə əlaqədar olaraq yaranmış kənddir. Azərbaycanlılar ermənilərlə qarışıq yaşamışlar. 1988-ci ildə azərbaycanlılar qovulmuşlar. Türk dillərində çeraq mineral bulaq və or çöməklik sözlərindən ibarətdir.
Tyler, the Creator
Tyler, the Creator (Əsl adı: Tayler Qreqori Okonma; 6 mart 1991, Hotorn[d], Kaliforniya) — amerikalı repçi və musiqi prodüseri. Odd Future musiqi qrupunun yaradıcılarından biridir. Okonma iki "Qremmi", üç "BET Hip Hop", bir "BRIT" və "MTV Video Music" mükafatı laureatıdır.Okonma 2009-cu ildə "Bastard" adlı ilk miksteypini yayımladı, o yazdığı sözlərlə medianın diqqətini üzərinə çəkdi. 2011-ci ildə buraxdığı debüt studiya albomu "Goblin" və albomun "Yonkers" sinqlı ona daha da böyük uğur qazandırdı. Okonma Odd Future qrupu ilə birlikdə bu müddət ərzində sürətlə populyarlaşmağa doğru getdi. Okonma 2013-cü ildə "Wolf" albomundan başlayaraq alternativ hip-hop üslubuna keçid etdi. Onun 2015-ci ildə yayımladığı "Cherry Bomb" albomu pərəstişkarları tərəfindən daha çox bəyənildi, tənqidçilər albomun caz melodiyalarını təriflədilər. 2017-ci ildə "Flower Boy", ardınca, "Igor" (2019) və "Call Me If You Get Lost" albomlarını yayımlayaraq karyerasına davam etdi. Son iki buraxılışı Billboard hit-paradında birinci pilləyə yüksəlmiş, və hər ikisi ona "Qremmi" mükafatı qazandırmışdır. == Həyatı == Tayler Qreqori Okonma 6 mart 1991-ci ildə Kaliforniyanın Hotorn şəhərində dünyaya gəlib.
De minimis non curat lex
lat. De minimis non curat lex – (Qanun xırdalıqlarla məşğul olmur) – Hüquqi prinsip. == Nümunə == Çoxmilyonlu müqavilədə 10 manatın ödənməməsi müqavilə şərtlərinin pozulması deyil. Böyük bir kitabdan bir cümlənin istifadə olunması müəlliflik hüquqlarını pozmur.