Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Customer-premises equipment
Customer-premises equipment (CPE; hərf. müştəri tərəfindən təchiz edilmiş avadanlıq) — telekommunikasiyada abunəçinin ərazisində yerləşən və demarkasiya nöqtəsində daşıyıcının telekommunikasiya kommutasiyasında qoşulmuş istənilən terminal və əlaqəli avadanlıq. Demarkasiya nöqtəsi müştərinin avadanlığını rabitə xidməti provayderinin paylayıcı infrastrukturunda və ya mərkəzi ofisində yerləşən avadanlıqdan ayırmaq üçün bina yaxud kompleksdə qurulmuş nöqtədir. CPE ümumiyyətlə telefonlar, ruterlər, şəbəkə svişləri, yaşayış şlüzləri (RG), "set-top box"lara, sabit mobil konvergensiya məhsullarına, ev şəbəkəsi adapterlərinə, eləcə də istehlakçılara lokal şəbəkə (LAN) olan yaşayış yeri və ya müəssisələrdə provayderlərin rabitə xidmətlərinə daxil olmaq və onları yaymaq imkanı verən internetə çıxış şəbəkə keçidləri kimi cihazlara aiddir. CPE yuxarıda qeyd edildiyi kimi aktiv avadanlıq, analoq telefon adapterləri (ATA) və ya xDSL bölücüləri kimi passiv avadanlıq ola bilər. Bura əsas telefon sistemləri və özəl filialların əksəriyyəti daxildir. CPE kateqoriyasına ifrat voltaj üçün mühafizə avadanlıqları və "payphone" daxil deyil. Telekommunikasiya xidmətinin çatdırılması üçün zəruri olan, lakin avadanlıq kimi müəyyən edilməyən digər növ materiallar, məsələn, təlimatlar, kabel paketləri və kabel adapterləri əvəzinə CPE-periferik qurğular adlandırılır. CPE abunəçi tərəfindən satın alınmış cihazlara, ya da operator və ya xidmət təminatçısı tərəfindən təmin edilən avadanlıqlara aid ola bilər. == Tarixi == "Customer-premises equipment" və "customer-provided equipment" ifadələri bu avadanlığın tarixini əks etdirir. ABŞ-də "Bell System" inhisarına əsasən həmin şirkət telefonların mülkiyyətçisi idi və bir şəxs onları ya özəl mülkiyyətdə olan, ya təchiz edilmiş cihazları şəbəkəyə və ya stansiya aparatına qoşa bilməzdi.
Karl Stomer
Frederik Karl Mülertz Stomer (norv. Fredrik Carl Mülertz Størmer; 3 sentyabr 1874[…] – 13 avqust 1957[…], Oslo) — norveçli riyaziyyatçı və astrofizik. Riyaziyyatda ardıcıl düz ədədlər üzərində π və Stormer teoreminin hesablanması da daxil olmaqla say nəzəriyyəsi sahəsindəki töhfələri ilə tanınır.O, fizikada maqnitosferdəki yüklü hissəciklərin hərəkətini və aurora meydana gəlməsini öyrənir və bu mövzularla bağlı olan "Kosmik Dərinliklərdən Atom Qəlbinə" kitabını yazır.Stomer, Norveçin Oslo Universitetində riyaziyyat professoru kimi çalışmışdır. Aydan uzaqda yerləşən Stömer krateri onun adını daşıyır. == Həyatı == Stormer 3 sentyabr 1874-cü ildə Skiendə bir əzcaçı Georq Lüdviq Stormer (1842-1930) və Elizabet Amali Yohan Henritte Mülertzin (1844–1916) ailəsində anadan olmuşdı. Əmisi sahibkar və ixtiraçı olan Henrik Kristian Frederik Stormer idi.Stormer, 1892-ci ildən 1897-ci ilə qədər Norveç Kral Frederik Universitetində (indiki Oslo Universiteti) riyaziyyatı öyrənmiş, 1898-ci ildə "Candidatus realium" dərəcəsi qazanmışdır.O, Parisdə Pikard, Poincare, Painlevé, Yordan, Darbux, Sorbonna və Qursat kimi professorlar ilə 2 il (1898-1900) təhsil almışdı. 1900-cü ildə riyaziyyat üzrə elmi işçi olaraq Kristianiyaya (Oslo) qayıtdı, 1902-ci ildə Göttingen Universitetində oldu və 1903-cü ildə yenidə Kristianiyaya qayıtdı və buradakı universitetdə riyaziyyat professoru vəzifəsinə təyin olundu.43 il riyaziyyat professoru vəzifəsini icra etdi. Kristianiyada daimi bir vəzifə aldıqdan sonra adını Karl Stomer olaraq qısaltdı. 1918-ci ildə yaradılan Norveç Riyaziyyat Cəmiyyətinin ilk prezidenti seçildi. Skandinaviya riyazi konqreslərində müntəzəm olaraq iştirak etmiş və 1936-cı ildə Osloda keçirilən Beynəlxalq Riyaziyyat Konqresinin prezidenti seçildi.O, 13 avqust 1957-ci ildə Blindern-də vəfat etmişdi.Tələbə günlərindən başlayaraq o, həvəskar bir küçə fotoqrafı idi .