Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sağ çıqqıltı
Sağ çıqqıltı (ing. Right-click) - siçanın sağ (ikinci) düyməsinin çıqqıldadılması. Windows əməliyyat sistemində sağ çıqqıltıdan, adətən, kontekst menyusunun (CONTEXT MENU) açılması üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dınqıl, sazım, dınqıl (film, 1976)
== Məzmun == Burada özündən çox razı, tüfeyli sərçənin macəralarından bəhs olunur. Eyni zamanda kinolent xatırladır ki, fırıldaqla, yalanla xeyir görmək olmaz. == Film haqqında == Applikasiya filmidir. Film Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissorlar: Məsud Pənahi, Hafiz Əkbərov Quruluşçu rəssamlar: Məsud Pənahi, Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamları: Anatoli Abarenov, Rauf Dadaşov, Sergey Dyojkin, Vahid Talıbov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova Rəssam: N.Ağayeva Montaj edən: A.Vəliyeva Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Rəssam assistenti: Y.Uznadze Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə Fazaçı-rəssam: Hüseyn Cavid İsmayılov (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dikili
Dikili (türk. Dikili) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 75 km-dir. İlçənin şərqində Berqama ilçəsi, şimalında Balıkəsir ili, qərbində və cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 534 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,806 nəfərdir.
Beqqer dərgili
Rza Diqqəti
Reza Deqati (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Cizgili qızılquş
Cizgili qızılquş (lat. Falco zoniventris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Dirili Qurbani
Aşıq Qurbani (az.-əbcəd آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Qurbani 15–16-cı əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O, bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır. Bu dastan "Qurbani və Pəri" adlı aşıq hekayəsinin əsasına çevrilir. == Kitablar == Qurbani.
Dirili Surxay
Dirili Surxay (1902-1945) — aşıq. == Həyatı == Aşıq Surxay Bəyalı оğlu 1902-ci ildə Cəbrayıl qəzasının Xudayarlı kəndində dоğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdu. Özünü tanıyandan heyvandarlıqla məşğul оlub. Yaylaqları Camal qalağından, qışlaqları Diridağa qədər yоllarda ayaq döyüb, qоyun-quzu оtarıb. Anası Tüкəzban xanım Hacı Abbasəli bəy qızının fiкri Surxayı mоlla, ruhani еtməк idi. Surxay isə bir ucu nimçədən, bir ucu çömçədən yapışıb aşıqlıq еtdi. Dirili Surxay 1945-ci ildə vəfat edib. == Ailəsi == Dirili Surxay Zəhra Mehdi qızı ilə ailə qurmuşdu.
Dirili Qurbani Məclisi
Dirili Qurbani Məclisi - Ədəbi-bədii ictimai təşkilat == Haqqında == Dirili Qurbani Məclisi Azərbaycan aşıq poeziyasının, saz-söz sənətinin ən dəyərli nümunələrini yaratmış Aşıq Qurbaninin adını daşıyır. Məclisin sədri Yusif Dirilidir. == Mənbə == "Dirili Qurbani Məclisi üzvlərinin nəsr əsərləri - 2", Bakı, Təfəkkür, 2011. 80 səh. (tərtib edənlər.