Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boyun pirsinqi
Boyun pirsinqi — xaricən boyunda diş izlərini imitasiya edir. Ştanqa boynun yan tərəfinə fiksasiya edilir. Bəzək boyundan çıxarıldıqda dəridə vampir diş izlərinə oxşayan yara izi qalır.
Döş giləsi pirsinqi
Döş giləsi pirsinqi — bədəndə edilən pirsinq növlərindən biridir. Bu pirsinq döş giləsinin mərkəzi hissəsində və hər bir bucaq altında deşilə bilər, lakin adətən onu horizontal və ya şaquli formada etmək daha məqsədəuyğundur. Bundan başqa, döş giləsində bir-birinin üstündə və 1-dən çox pirsinq yerləşdirmək mümkündür. Bəzi insanlar bu növ pirsinqin 1 ilə yaxın müddətə sağaldığını bildirmişdilər. İnsanlar arasında pirsinq üçün tələb son illərdə xeyli artmışdır. == Tarix == Zinət əşyaları ilə tətbiq olunan döş giləsinin perforasiyası tarix boyu müxtəlif insanlar tərəfindən tətbiq edilmişdir. Kişi döş pirsinqi Texasın erkən tarixində mühüm rol oynamış hindu qəbiləsi Karankavalılar tərəfindən, qadın döş pirsinqi isə Əlcəzayirdə yaşayan Kabil xalqı tərəfindən ənənəvi olaraq tətbiq edilir. İlk olaraq bu növ pirsinqi Pretoriyanlar — Roma İmperatorlarının şəxsi mühafizəçiləri istifadə edirdilər. Onlar hesab edirdilər ki, gilədə sırğası olan şəxs cəsarət və igidliyə sahibdir. Pirsinq XIV əsrdən düz 1890-cı ilə kimi, həmçinin Viktoriyan dövründə cəmiyyət, xüsusən də qadınlar arasında çox populyar olur.