Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Doğancı Yusif Paşa
Doğancı Yusif Paşa (v. yanvar 1670, Timeşvar əyaləti, Osmanlı imperiyası) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərun doğancılar ocağında təlim-tərbiyə gördükdən sonra 1652-ci ildə vəzir rütbəsi alaraq divana daxil olan Yusif Paşa həmin ilin iyulunda Sultan Əhmədin qızlarından Burnaz Atikə Sultanla nigahlandı. Rumeli və Anadoluda müxtəlif dövlət vəzifələrində xidmət edən Yusif Paşa 1666-cı ildə Timeşvar bəylərbəyi təyin edildi. 1670-ci ilin yanvarında burada vəfat etdi.