DİRYAN

(Basarkeçər)
üçdişli yaba. – Diryanı ver, otu haravıya yüx’lü:m
DİRSİLMƏX’
DİRZƏLƏMƏX’
OBASTAN VİKİ
Diryan
Diryan və ya Dıryan — Azərbaycan Respublikasının Lənkəran rayonunun Gəgiran inzibati ərazi vahidində kənd. == Toponimiyası == Diryan talış dilində Dıryon adlanır. Diryan Dıryonun Azərbaycan dilinə transliterasiyasıdır. Dıryon/Diryan Lənkəranın qeyri-şəffaf toponimlərindən hesab olunur. Diryan toponiminin izahı ilə bağlı müxtəlif mülafizələr vardır. Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı Diryanın talış dilində "iki kənd arasında" mənasını verdiyini qeyd edirlər. Musarza Mirzəyev Diryanın talışca Deron, "deği ron" sözündən yaranıb "Değə gedən yollar" (Değ Lerik rayonunun mikroregionlarından olan Dırığın talış dilində işlənən adıdır) və eyni zamanda "iki yol" mənalarını verdiyini yazır. İshaq Axundov toponimin mənasını "iki cığır arası" kimi izah edir. "Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti" kitabında yazılır: "Oykonimin düzgün yazılışı "Düruon" olmalıdır. Toponim talış dilindəki dü "iki", ru "çay" sözlərindən və cəmlik bildirən "on" şəkilçisindən ibarətdir (ikiçayarası kəndi)".
Diryan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.