Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəmirağac
Dəmirağac — (lat. Parrotia persica (DC.) C. A. Mey.). Dəmirağackimilər — (Hamamelidaceae R. Br.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 12–22 (25) m boyunda, artıq dərəcədə qollu –budaqlı ağacdır. Çətiri yumurtavari və ya enli-yumurtavaridir. Tumurcuqları iyvaridir, 6–11 mm uzunluğundadır. Yarpaqları 4–10 (13) sm uzunluğunda, 3–6 (8) sm enindədir, dərivari –Kağızvaridir. Növbə ilə düzülmüşdür, yumurtavari, tərs-yumurtavari və ya ellipsişəklindədir. Çiçəkləri ikicinsli, qısa saplaqlıdır.
Dəmirağac istirahət mərkəzi
Dəmirağac istirahət mərkəzi — Masallı rayonunda fəaliyyət göstərən istirahət mərkəzi. Dəmirağac istirahət mərkəzindən 1 km məsafədə İstisu bulağı yerləşir. == Dəmirağac == İstirahət mərkəzi "Dəmirağac" meşəsində yerləşir. Həmin agaclar Azərbaycanda eləcə də dünyada nadir agaclardan biridir - qirmizi kitaba daxil edilmisdir. Dəmirağac istirahət mərkəzi bir cox bulaqlar vardir ki, icdiyin zaman suyun cəkisini hiss eləmirsən.
Selin Dəmiratar
Selin Dəmiratar (20 mart 1983 və ya 21 mart 1983, İstanbul) — aktrisa. == Həyatı == Selin Dəmiratar 20 mart 1983-cü ildə Ərzincanda dünyaya gəlmişdir. Ən çox aktrisa kimi tanınmışdır. Selin Dəmiratar atasının işinə görə daim şəhər dəyişmək məcburiyyətində qalmışdır. Bu səbəbdən Adana, Ankara, Antalya və İstanbul kimi bir çox şəhərdə yaşamışdır. Aktyorluq karyerasına ilk olaraq "Qoçum Mənim" adlı TV serialı ilə başlayıb. Burada mükəmməl bir aktyorluq edən Selin Dəmiratar şöhrət olma yolundakı ən böyük addımını beləcə atmışdır. Lisey təhsilini bir çox şəhərdə oxuyan Gözəl aktyor Universiteti isə Memar Sinan Universitetində oxumuşdur. 1999-cu ildəki keçirilən "Miss Globe" gözəllik müsabiqəsində Türkiyə də birinci dünya da isə 3-cü Sırada yer alıb. Göstərdiyi bu uğur ilə önü açılmış, şöhrət qazanmışdır.
Nuri Dəmirağ
Məməd Nuri Dəmirağ (1886, Sivas – 13 noyabr 1957, İstanbul) — Türk iş adamı, siyasətçi. Türkiyə Respublikası Dövlət Dəmiryolları tikintisinin ilk mütəxəssislərindən biri. Türkiyənin 10 min km-lik dəmiryolu şəbəkəsinin 1250 km-lik hissəsinin tikintisini reallaşdırmış və bu səbəblə Mustafa Kamal Atatürk tərəfindən "Dəmirağ" soyadı verilmişdir. Respublika dövrünün saylı zənginləri arasına girmiş və xeyriyyəçiliyi ilə tanınmış bir iş adamıdır. Türkiyədə ilk təyyarə zavodunun quruluşu, ilk siqaret kağızı istehsalı, ilk yerli paraşüt istehsalı kimi böyük işləri həyata keçirən, İstanbul boğazı üzərində körpü inşa edilməsi, Kebana böyük bir anbar edilməsi düşüncələrini ilk dəfə gündəmə gətirən adamdır. Xüsusilə aviasiya sənayesində müvəffəqiyyətləri ilə xatırlanır.Türkiyə Respublikasının ilk müxalifət partiyası olan Milli İnkişaf Partiyasının qurucusudur. == Həyatı == 1886-ci ildə, Sivasın Divriği mahalında dünyaya gəldi. Möhrdarzadə Ömər bəyin oğludur, anasının adı Aişə xanımdır. Üç yaşında ikən atasını itirdi, anası tərəfindən böyüdüldü. Orta məktəbii Divriği Rüştiyə məktəbində tamamladıqdan sonra məktəbdəki müvəffəqiyyəti səbəbiylə müəllim köməkçisi olaraq bir müddət öz məktəbində işlədi.
Əmirağa Ağayev
Əmirağa Mahir oğlu Ağayev (29 may 2002, Surra, Dəvəçi rayonu – 11 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmirağa Ağayev 29 may 2002-ci ildə Şabran rayonu Surra kəndində dünyaya göz açmışdır. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra Əmirağa 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Əmirağa Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə 11 oktyabr tarixində əlaqə saxlayan Əmirağa Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmirağa Ağayevin nəşi 10 fevral 2021-ci ildə tapılmış və 11 fevral tarixində Şabran Şəhidlər Xiyabanında dəfn edilmişdir. Onun dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.