Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səngsər
Səngsər və ya Mehdişəhr — İranın Simnan ostanının şəhərlərindən və Mehdişəhr şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,581 nəfər və 5,473 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti səngsər elindən ibarətdir və səngsər dilində danışırlar.
Gəncəsər monastırı
Gəncəsər monastırı və ya Qandzasar monastırı (erm. Գանձասար, Qanczasar) — Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.Gəncəsər monastırının başkilsəsi olan Müqəddəs İohann kilsəsi daha qədim kilsənin yerində, Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən inşa edilmişdir. Kilsənin inşasına 1216-cı ildə başlanılmış və tikinti 1238-ci ildə yekunlaşdırılmışdır. 22 iyul 1240-cı ildə Albaniya Katolikosu II Nersesin iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir. Kilsənin narteksinin inşasına Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkan xatunun sifarişi ilə 1240-cı ildə başlanılmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır. 1240-cı ildən Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ildə Alban Katolikosluğunun Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır. Bəzi azərbaycandilli müasir mənbələrdə abidənin əsil adının Xəzinədağ məbədi olduğu qeyd edilir. == Adın etimologiyası == Gəncəsər monastırının adı, monastırın inşa edildiyi təpəlik ərazinin adından götürülmüşdür.
Gəncəsər məbədi

Səngsər dili
Səngsər dili — Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran qrupunun Simnan dilləridəndir ki İranın Simnan ostanında, xüsusilə Səngsər (Mehdişəhr)də danışılır.
Səngsər eli
Səngsər eli - əsasən İranın Simnan ostanında Mehdişəhr(Səngsər) şəhərində yaşayırlar, amma köç ərazilərinə Tehran, Qəzvin, Gülüstan, Mərkəzi, Qum,Rəzavi Xorasan, Şimali Xorasan, Cənubi Xorasan, Gilan, Mazandaran, İsfahan ostanlarıda daxildir. Səngsərlər səngsər dilində danışırlar, müsəlman (şiə) və bəhaidirlər. Onlar dünyanın ən uzun miqrasiya marşrutunu keçirlər. Belə ki, onların ən uzaq yaylaq və qışlaq nöqtəsinin məsafəsi 1500 km-dən çoxdur.
Döngələr (teleserial, 2012)
"Döngələr" — Çoxseriyalı film. Filmi Carçı Film çəkmişdir. == Haqqında == Filmin rejissoru Cavid Təvəkküldür. "Döngələr"in iknici rejissoru Rövşən Ağayevdir. Ekran işində baş rolları əməkdar artist Eldəniz Rəsulov və Abbas Qəhrəmanov oynayıblar. Filmin ssenari müəllifi yazıçı-publisist, dramaturq Rafiq Səməndər, direktoru isə İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərovdur. == Məzmun == Yarı detektiv və yarı melodram janrında olan filmdə 1988-1989-cu illərin hadisələri cərəyan edir. Filmdəki hadisələr maraqlı xətt üzrə cərəyan edir. == İstinadlar == == Mənbə == Cansail, Y. "Döngələr": [rejissoru Cavid Təvəkkül olan eyni adlı bədii televiziya filmi haqqında] //Mədəniyyət. — 2011.- 20 iyul.- S. 10.
Gəncəsər alban məbədi