Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yem və dəyişdirmə
Yem və dəyişdirmə — dələduzluğun növü. Bu, əsasən pərakəndə satışda istifadə edilsə də, digər kontekstlərə də aid edilir. İlk növbədə, müştərilər satıcıların reklam etdiyi aşağı qiymətə olan məhsulları və ya xidmətlərinə görə "yemə düşürlər", lakin onlar mağazaya gələndə ya reklam edilən məhsulların mövcud olmadığını aşkar edirlər, ya da satıcılar müştərilərə oxşar, lakin daha yüksək qiymətə olan məhsullara baxmağa məcbur edirlər. Buna "dəyişdirmə" deyilir. "Yem və dəyişdirmə" üsulları kommersiya mədəniyyətinin bir hissəsi kimi uzun və geniş bir tarixə malikdir. Məsələn, məsələn, Çin müəllifi Çjan İnyinin təxminən 1617-ci ildə dələduzluq haqqında yazdığı "Dələduzluq haqqında kitab" əsərində bunun bəzi variasiyalarına rast gəlmək olar. == Leqallığı == "Yem və dəyişdirmə" İngiltərə və Uelsdə 2008-ci ildə qəbul edilmiş "İstehlakçıları ədalətsiz ticarət təcrübələrindən qorumaq" haqqında qanun çərçivəsində qadağandır. Bu qanunun pozulması cinayət məsuliyyəti daşıyır. Dələduzluğun bu növü Kanadada Rəqabət haqqında qanuna əsasən qadağandır. "Yem və dəyişdirmə" Avstraliyada 2010-cu ildə qəbul edilmiş "Rəqabət və istehlakçı haqqında akt"a görə qadağandır.
Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı
"Foreks" (tam adı: "Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı"; ing. Forex Trading, Currency Forex, Forex Exchange Market, FX) — dövlətlərarası valyuta dəyişdirmə bazarı.