Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The Amazing World of Gumball
Qambolun heyrətamiz dünyası (ing. The Amazing World of Gumball) — Ben Bokle(en) tərəfindən yaradılmış cizgi serialı. Serialda Kaliforniyanın uydurma şəhəri Elmorda yaşayan 12 yaşlı insanabənzər mavi pişik Qambol Uotterson və ögey qardaşı qızıl balıq Darvin Uottersonun sərgüzəştlərindən bəhs olunur. Serial 3 may 2011-ci ildən etibarən Cartoon Network telekanalında yayımlanır. Serialın yaradıcısı Ben Bokle yeni televiziya şousu hazırlamaq istəyirdi. Beləliklə o, ailə və məktəbdə keçən əyləncəli cizgi serialı ideyasını Cartoon Network telekanalına təqdim etdi. Onlar bu ideyanı çox bəyəndilər və layihə üzərində işləməyə başladılar. Cizgi serial "Cartoon Network Studios Europe(en)", "Boulder Media(en)" və "Studio Soi" animasiya studiyalarının iştirakı ilə hazırlandı.Cizgi serial müxtəlif animasiya üslublarından istifadə edilərək hazırlanmışdır. Səhnələrin əksəriyyəti kuklalar, kompüter animasiyası, stop-motion, real kadrlar və s. üsulların qarışığı ilə yaradılıb.
The Amazing World of Gumball personajlarının siyahısı
The Amazing World of Gumball personajlarının siyahısı — İngilis-Amerikan komediya cizgi filmidir.Personajlar Elmore adlı yerdə yaşayırlar.Cizgi filmdə baş qəhrəman Gumball Watterson və ailəsinin başına gələn hadisələrdən bəhs edilir. == Wattersonlar == === Gumball === Baş qəhrəmandır.12 yaşında olan bir mavi pişikdir.Ən yaxın dostu Darwin adlı bir balıqdır.Məktəbində olan Penny Fitzgeralda aşiqdir. Tina Rex adlı personaja nifrət edir. Əsl adı Zach-dır. === Darwin === 10 yaşında olan narıncı balıqdır.Gumballın ən yaxın dostu və qardaşıdır.Hər zaman optimist olaraq düşünər və heç kimə zərər vermək istəməz.Sinif yoldaşı Carrie'yə aşiqdir. === Anais === 4 yaşında olan ailənin ən ağıllı və ən kiçik üzvüdür.Dovşandır.Hər zaman imtahanlardan müsbət nəticə alır. === Richard === Ailənin ən böyük üzvüdür.Dovşandır.Atası Frankie bir siçan, anası Jojo isə dovşandır.Anası ona çölə çıxmağa izin vermədiyinə görə tənbəl olmuşdur və özünü Elmorenin ən tənbəl insanı sayır.Ən çox sevdiyi uşağı Anaisdir.Amma Şifrə adlı bölümdə, bunun Anaisin dəyişdiyi üzə çıxmışdır.Sehirli çubuqların innsanların həyatını dəyidiyinə inanırdı, amma anasının bu gerçəyi ona dediyindən sonra 15 il boyunca bağırmışdır. === Nicole === Mavi rəngdə pişikdir.Hər zaman əsəbidir.Karate ilə uşaqlıqdan məşğul olub, Masaminin anası ilə də uşaqlıq dostu olub. === Frankie === Richardın atası və siçandır.3 bölümdə ortaya çıxıb və bunlardan birincisi İmzadır.Digərləri "Çek" və "Çöl" bölümləridir. === Joanne (Jojo) === Richardın anasıdır.Gumball ondan qorxar.Nicole isə ona nifrət edir.
The Amazing Spider-Man vs. The Kingpin (video oyun)
The Amazing Spider-Man vs. The Kingpin (Spider-Man Vs. the Kingpin və ya Spider-Man) - Sega oyun şirkəti tərəfindən 1990-cı ildə yaradılan macəra oyunudur. == Hekayə == Oyunun hekayəsində Ambala tərəfindən şəhəri atom bombası qoyulmuşdur. Hörümçək-adam (Spider-man) 24 saatın içində bombanı neytrallaşmalıdır. Əks halda şəhər partlayacaqdır. Bunun üçün Hörümçək-adama müxtəlif pis adamlarla döyüşmək lazım olacaqdır. Döyüşün ortasında Venom tərəfindən Hörümçək-adamın sevgilisi Meri Ceyn Uotsonu oğurlayır. Hörümçək-adam atom bombasını neytrallaşdırdıqdan sonra Ambala ilə döyüşməyə məcbur olur. Oyunun sonluğu portlarda müxtəlif sonluqla bitir.
Dalağın transplantasiyası
Dalağın transplantasiyası — dalağın və ya onun hissələrinin bir şəxsdən digərinə köçürülməsi. Digər transplantasiya edilmiş orqanlara immunoloji dözümlülüyün induksiyası üçün araşdırılır. Gəmirici modellərində müvəffəqiyyət əldə edilmişdir. Bu yaxınlarda balaca donuzlarda dalaq transplantasiyasının tolerogen təsirinə dair sübutlar əldə edilmişdir. Bundan əlavə, dalağın primitiv hematopoetik progenitor hüceyrələri var. Qarışıq nəticələri olan insanlarda dalaq transplantasiyası həyata keçirilib. == Autotransplantasiya == Splenektomiyadan sonra dalaq toxuması bilərəkdən autotransplantasiya edilə bilər, çünki bəzi toxumalar hələ də canlı olacaq və dalaq funksiyasını qoruyub saxlamağa çalışacaqlar (Böyük post-splenektomiya infeksiyasının (BPSİ) qarşısını almaq məqsədi ilə). Bu proses splenoz başa düşüldükdən sonra edildi; splenoz dalaq toxumasının travma və ya cərrahi müdaxilə nəticəsində dalaqdan qoparıldıqdan sonra bədənin başqa yerlərində (adətən qarın boşluğunda) qəfil reimplantasiyasıdır.18 eksperimental tədqiqatın 2020-ci il icmalına əsasən, transplantasiya edilmiş dalaq funksional görünür, reimplantasiya edilən toxumanın 95%-i bərpa olunur (sintiqrafiya vasitəsilə) və xəstələrin 90%-də qan yaxması normallaşır (funksional qan filtrasiyası nəzərdə tutulur). Bütün tədqiqatlar həmçinin antitel səviyyələrinin bərpasını bildirir. BPSİ dərəcələri haqqında nəticə çıxarmaq üçün kifayət qədər sübut yoxdur.